Səhiyyə mütəxəssisi ailə daxilində koronavirus yoluxmalarından danışdı


Ailədə bir nəfərdə COVID-19 testinin nəticəsi pozitiv çıxıbsa, onunla təmasda olan şəxs dərhal peyvənd vurdursa belə, bu effect verməyəcək.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov canlı yayımda sualları cavablandıran zaman deyib.

O bildiirb ki, ailə daxilində onunla təmasda olan şəxs izolyasiya edilməldir:

“14 gün gözləmək lazımdır. Karantin müdəti bitdikdən sonra peyvənd vurulması tövsiyə edilir. Çünki ailədə kimsə virusa yoluxubsa, kimsə də təşvişə düşüb peyvənd vurdurmamalıdır. Bu heç bir effect verməyəcək. Yaxşı olar ki, izolyasiya olunsunlar və karantin müddəti bitdikdən sonra vaksinasiya olunsunlar”.

Source link