Qəhrəman mayor Aqşin İbadovun şəhadətindən bir il keçdi


Bu gün Vətən müharibəsində şəhid olan mayor Aqşin İbadovun şəhadətindən bir il keçir.

 Vətən müharibəsi şəhidinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

İbadov Aqşin Nazim oğlu 1984-cü il avqust ayının 24-də Lənkəran rayonunun Boladi kəndində anadan olub. 1990-cı ildə Boladi kəndinin 1 saylı orta məktəbində təhsilinə başlayıb. 2001-ci ildə həmin məktəbi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olub. 2005-ci ildə həmin məktəbi kəşfiyyatçı kimi bitirib. 2006-2010-cu illərdə kəşfiyyat taqım komandiri, 2010-2015-ci illərdə kəşfiyyat bölük komandiri, 2015-2019-cu illərdə hərbi hissənin kəşfiyyat rəisi kimi xidmət edib. Sonradan Hərbi Akademiyada təhsil alıb. 2019-2020-cu illərdə Türkiyədə “Milli Savunma Üniversitesində” komanda heyəti, kəşfiyyat ixtisaslarında təhsil alıb.

2020-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrdə mayor rütbəsində kimi yüksəlib. Xidməti dövründə “3-cü dərəcəli fərqlənmə”, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı”, “3-cü dərəcəli Qüsursuz hərbi xidmətə görə medalı”, “Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı”, “2-ci dərəcəli Qüsursuz xidmətə görə medalı” ilə təltif olunub.

25 sentyabrdan Vətən müharibəsinə hazırlaşan hərbçimiz döyüş tapşırıqlarını uğurla yerinə yetirib. 19 oktyabr 2020-ci ildə Xocavəndin Tuğ kəndi döyüşlərində şəhid olub. Lənkəran rayon Boladi kənd qəbiristanlığında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Aqşin İbadov ölümündən sonra isə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə medalı”, “Kəlbəcərin azad olunmasına görə medalları”, “3cü dərəcəli Rəşadət ordeni” ilə təltif olunub.

16 sentyabr 2020-ci ildə Zeynəb adlı qızı dünyaya gəlib.

Source link