“Euronews” telekanalı Lahıc qəsəbəsi barədə növbəti reportajını təqdim edib.
Videomaterialda paytaxt Bakıdan üç saatlıq məsafədə yerləşən məkanın qədimliyindən və mədəniyyətindən bəhs olunub.
Süjetdə həmçinin Lahıc miskərlərinin açıqlamaları da yer alıb. Yüksək sənətkarlıqla hazırlanmış mis qabların qəsəbənin rəmzinə çevrildiyi bildirilib.
Reportajda Lahıcın misgərlik sənətinin 2015-ci ildə YUNESKO-nun bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri siyahısına daxil edildiyi də qeyd olunub.