DAUİB-liyi Dunyaxeber.org Şəhidimiz Yusifli Məhəmmədin Şəhadətə qovuşmağının il dönümündə iştrak etdilər

2 oktyabr 2021-ci il tarixində “Dünya” Ana və Uşaqlar İctimai Birlyinin Sədr müavini Səriyyə Dumanlı, həmin İctimai Birliyin “Dünyaxəbər”İnformasiya Agentliyinin Region Sədri Aqil Qasımov və mən 44 günlük II Qarabağ müharibəsində Şəhidlik zirvəsinə ucalan Qax rayonunun Almalı kəndində doğulub boya-başa çatan Əsgər Yusifli Məhəmməd Rəhman oğlunun Əziz xatirəsini yad etmək üçün onların evinə getdik.
Məlumat üçün bildirim ki, 2 oktyabr 2021-ci il tarixi Şəhidimiz Yusifli Məhəmmədin Şəhadətə qovuşmağının ildönümü idi.Şəhidin valideynləri,doğmaları ilə görüşdük.Şəhidin valideynlərinə və əzizlərinə səbr dilədik.Həmişə onlara dəstək olacağımıza söz verdik.Sonra Şəhidlərimizin uyuduğu müqəddəs məkana üz tutub onların məzarlarını ziyarət etdik.
Əsgər Yusifli Məhəmməd Rəhman oğlu 23 avqust 2001-ci ildə Qax rayonunun Almalı kəndində doğulub,o,2 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə Şəhid olub.Şəhidimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Vətən uğrunda” və “Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirakına görə” medalları ilə təltif olunub.
Hamısıah Şəhidimiz Yusifli Məhəmməd Rəhman oğluna və Bütün Şəhidlərimizə rəhmət eləsin.Məkanları cənnət olsun.Məzarları nura qərq olsun.