Hörmətli, Mehriban xanım Əliyeva

Hər zaman xalqa qarşı qayğıkeş, səmimi münasibətiniz, təəssübkeşliyiniz, insanlara qarşı duyarlılığınız cəmiyyətdə müsbət qarşılanmışdır. Bu münasibətlər bütün sahələri əhatə edir və açıq şəkildə nəzərə çarpır. Ulu öndərin söylədiyi “Gələcək gənclərin çiyinləri üzərində qurulacaqdır” ifadəsi dövlətimizin bu gün həyata keçirdiyi proqram və islahatlar çərçivəsində həyata keçməkdədir.

Sizin də hər zaman gənclərə qarşı yönəlmiş diqqət və qayğınız göz önündədir. Bu xoş və səmimi münasibət biz gəncləri də sevindirir, eyni zamanda da gələcəklə bağlı ümidimizi artırır, daha yüksək hədəflərə doğru fəaliyyətimizə stimul verir. Biz gənclər hər zaman dövlətimizin yanındayıq və dövlətçiliyimizin qorunması yolunda mübaizəyə daim hazırıq. Bu dövlət hər birimizindir və onu qorumaq, zirvələrə ucaltmaq da hər birimizin borcudur.

Hörmətli, Mehriban xanım bu gün sizin üçün əlamətdar bir gün, doğum gününüzdür. Bu münasibətlə sizi “Gənclərin Təşəbbüs Qrupu” adından səmimi qəlbdən təbrik edirik. Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, sevgi və hüzur dolu həyat, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik.

 

 

 

Hörmətlə,

Pərviz Usubov

“Gənclərin Təşəbbüs Qrupu”nun sədri

Bakı, 26 avqust 2021-ci il