DAUİB-YI Balakən rayon,Qaysa kəndindən Əsdiyev Heybullah Məzahir oğlunun valideyinləriylə görüşdü

Dünya ana və uşaq ictimai birliyi və Dunyaxeber.com infomasya aqentliyinin bir qurup numayəndələri Dünyaxanim Əliyeva,şairə Səriyyə dumanli, Qasimov Aqil,Caniyev Məmməd,Xanım Nurullayeva Balakən rayon,Qaysa kəndindən Əsdiyev Heybullah Məzahir oğlunun valideyinləriylə görüşdü.Şəhidin anası Əsdiyev Heybullah haqqinda ürək dolusu təsüratlarını bölüşdürdü.O,sentyabrın 21-i könüllü döyüşlərə qoşulub.Getdiyi ilk gündən ön cəbhədə canını sipər edərək qanı-canı bahasına döyüşüb,onlarca yaralı əsgərimizi çiynində daşıyaraq döyüş meydanından çıxarıb.Ancaq,oktyabrın 15-dən 16-na keçən gecə qolaltından və ayağından ağır qəlpə yarası alaraq şəhid olub. Íctimai birliyinin sədri Dünyaxanım valideyinlərinə ürək sözlərini söylədi,və onlara səbr dilədi.Sonra müəllimi Caniyev Məmməd Əsdiyev Heybullah onun necə şagird olmağindan danişdi.Şairə Səriyyə dumanli, torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş, Vətən övladları bu müqəddəs savaşın qəhrəmanlarıdır.Hamısıahdan şəhidimizə rəhmət,valideynlərinə isə səbir diləyirik!