Dövlət Gömrük Komitəsi yanında İctimai Şura yaradılır

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsibarədə

ELAN

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 17 iyul 2021-ci il tarixli 1000/117 saylı sərəncamı ilə Komitə yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə Seçki Komissiyası yaradılmışdır. Seçki Komissiyasının 17 iyul 2021-ci il tarixli qərarı ilə 23 iyul 2021-ci il tarixdən 23 avqust 2021-ci il tarixədək İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydiyyatı elan olunur. İctimai Şura 13 nəfərdən ibarət tərkibdə seçiləcəkdir.

Seçki Komissiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən Dövlət Gömrük Komitəsiyanında İctimai Şura üzvülüyünə namizədlər üçün müvafiq tələblər müəyyən etmişdir.

 

İrəli sürülən namizədlər aşağıdakı tələblərdən birinə uyğun gəlməlidir:

 

– Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri ilə əlaqədar müvafiq bilik və bacarığa, təcrübəyə malik olmalı; (təhsil, ixtisas göstəriciləri, uyğun iş təcrübəsi, elmi tədqiqat işlərinin aparılması, metodiki vəsaitlər hazırlanması);

– Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri ilə əlaqədar işlər, müvafiq layihələrin həyata keçirilməsində iştirak təcrübəsinin olması (layihə rəhbəri, ekspert, məsləhətçi/konsultant, təlimçi, tədqiqatçı və s.);

– Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri ilə əlaqədar ictimai iştirakçılıq təcrübəsinin olması (Komitə ilə birgə və yaxud müstəqil şəkildə tədbirlərin, maarifləndirmə, məlumatlandırma kampaniyalarının təşkili, ictimai iştirakçılığı ehtiva edən digər fəaliyyətlər);

– Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri ilə əlaqədar ən azı son üç il müddətində mütəmadi olaraq KİV-də məqalələri dərc edilmiş KİV nümayəndələri.

Namizədliyin irəli sürülməsi barədə müraciət [email protected] elektron poçt ünvanına göndərilməlidir.

 

Müraciətə namizəd barədə aşağıdakı sənədlər əlavə edilməlidir:

1. şəxsiyyət vəsiqəsinin surəti;
2. namizədin tərcümeyi-halı;
3. namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyünü təsdiq edən sənədin surəti və dövlət reyestrindən çıxarış;
4. Namizədliyi irəli sürülmüş şəxsin yuxarıda qeyd edilən tələblərdən birinə uyğun gəldiyini sübut edən sənəd və məlumatlar (olduğu halda əmək kitabçasının sürəti, diplomun surəti, elmi tədqiqat işləri, metodiki vəsiatlər, iştirak etdiyi layihələr və təşəbbüslər, Komitənin fəaliyyət istiqamətləri ilə əlaqədar ictimai iştirakçılıq təcrübəsi, KİV-də dərc olunmuş məqaələləri barədə məlumatlar).

5. Tələb olunan sənəd və məlumatlardan əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənəd və məlumatlar təqdim edilə bilər.

Seçki Komissiyasının üzvləri barədə məlumatı aşağıdakı link vasitəsilə əldə edə bilərsiniz:

https://customs.gov.az/az/komite/ictimaisura/

Vətəndaş cəmiyyəti institutları Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilərlə bağlı suallarla əlaqədar iş günləri saat 10.00-dan 17.00-dək Seçki Komissiyasına müraciət edə bilər.

 

Telefon nömrəsi: (012) 404-22-00 (daxili 22-14)

E-mail: [email protected]