Tanınmış araşdırmaçı jurnalist, QHT təmsilçisi, fact-info.az saytının baş redaktoru Əkrəm Bəydəmirli
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətini (AzTV) məhkəməyə verib. Xatırladırıq ki, Əkrəm müəllim uzun illər AzTV-nin Radiosunda redaktor vəzifəsində çalışıb. Həm Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Alışanovun, həm də indiki sədr Rövşən Məmmədovun dövründə çox ədalətsiz, haqsız münasibətlə üzləşən Əkrəm Bəydəmirli Prezident İlham Əliyev və Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya məktub vasitəsilə dəfələrlə müraciət edib. Həmin məktublar təəssüf ki, Prezidentə və Birinci vitse-prezidentə çatdırlmayıb.
Prezident Administrasiyasıda bəzi qüvvələır vaxtilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Alışanovu necə müdafiə edirdilərsə, indi də AZTV-nin sədri Rövşən Məmmədovu elə müdafiə edirlər. Bu isə Rövşən Məmmədovun qərəzli, ədalətsiz münasibətinə stimul verib.
Bütün bu ədalətsizliklərə son qoymaq məqsədilə Əkrəm Bəydəmirli Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. İyul ayının 22-də Səbail rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə keçiriləcək prosesdə bu işə baxılacaq. Media nümayəndələrini, QHT təmsilçilərini bu vicdansız münasibətə son qoyulmasına, ədalətə və Əkrəm müəllimə dəstək olmağa çağırırıq.
Şamil Sabiroğlu(Ələkbərli),
medonline. az və sabiroghlu.com saytlarının baş redaktoru, “Tərəqqi”medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının mükafatçısı, müharibə veteranı