Regionda təhlükəsizliyi təmin ermək üçün yeni güc platformasının yaranması zəruri idi

II Qarabağ savaşından sonra bəzi məkrli qüvvələrin diş qıcaması, ermənilərə havadarlıq etməsi prosesndə həssas bölgə olan Cənubi Qafqazda yeni güc platformasının yaranması zərurəti ortalığa çıxdı. Regionda və o cümlədən Ermənistanda gedən prosesləri izləyəndə bu qənaətə gəlmək olar ki, sülhə təhlükə təhdidləri artmaqda davam edir. Müharibə cinayətlərində, dinc insanlara qarşı törədilən soyqırımlarda birbaşa iştirakı olan Ermənistanın keçmiş prezidentləri Koçaryan -Sarkisyan cütlüyü və digər qüvvələr regionda möhkəm sülhü, gələcəyə istiqamətlənən iqtisadi inkişafı qəbul etmək fikirində deyillər.
Məhz belə məqamda Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi bu məkrli qüvvələrə ciddi mesajdır. Onu qeyd edim ki, Şuşa Bəyannaməsi hər hansı üçüncü dövlətə qarşı imzalanmış sənəd deyil. Əslində bu strateji sənədlər regionda marağı olan tərəflərə normal, qarşılıqlı əməkdaşlıq mesajıdır.
Digər önəmli məqam ondan ibarətdir ki, sülhə, sabitliyə və bu iqtisadi əməkdaşlığa əngəl olmaq istəyənlər Türkiyə və Azərbaycanın, həmçinin digər tərəfdaşların timsalında formalaşmış yeni güc platforması ilə üzləşəcəklər. Zamanın tələbinə görə, bu, güc platformasının və iqtisadi əməkdaşlığın əhatə dairəsinin genişlənməsi ehtimalı çox böyükdür. Bir sözlə Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi regiona sabitlik, sülh və rifah gətirmək gücündə olacaq sənəddir. Uğurlu olsun!
Əkrəm Bəydəmirli