15 İyın- xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”

                                                                                                                                       Heydər Əliyev

 

15 İyın- xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür. Ulu öndər Heydər Əliyevin  ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 İyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir.

Məhz bu bayram günündə, Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri iki böyük Sərkərdənin Qarabağın tacı olan Şuşamızı ziyarət etməsi,  böyük tarixi hadisədir. Bu səfər Azərbaycan və Türkiyə qardaşlığının simvolu olmaqla bərabər, həm bütün dünyaya  bir məsaj ötürəcək, həm də yeni tarix yazacaq.

“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İ.B.  hər bir azərbaycanlını xalqımızın tarixinə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə ürəkdən təbrik edir.

Əminik ki, Ulu Öndərimizin ruhu bu gün şaddır, “ ata vəsiyyəti” 30 il düşmən tapdağı altında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandan, Ümummilli Lider Heydər Əliyev kursunun ləyaqətli davamçısı Möhtərəm Prezident İlham Əliyev tərəfindən  yerinə yetirildi! Bayramımız mübarək!

 

 “AQRC” İ.B. sədri    Bahar Qasımova