Dunya ana və uşaqlar ictimai birliyi olaraq İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Nəzərə alsaq ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Valideyn himayəsində olan uşaqların müdafiəsi ilk növbədə onların valideynləri tərəfindən təmin olunur, amma valideyn himayəsindən məhrum olmuş uşaqların hamımızın qayğısına və diqqətinə ehtiyacları var. İnsanlığın xoşbəxtliyi, dünyamızın gözəlləşməsi üçün dünyanın harasında olmağımızdan asılı olmayaraq uşaqlarımızın xoşbəxt və sağlıqlı olması diləyi ilə bütün uşaqların bayramını təbrik edirik. Xoşbəxt, sevincli, uğurlu bir həyat yolu arzu edirik.
Bu gün sizin gününüzdür əziz balacalar. Uşaqlar gününüz mübarək olsun!