Əziz Həmvətənlər, Müstəqil Azərbaycanımızın dəyərli insanları!

Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikası qısa müddət ərzində mövcud olsa da, onun varlığı dövlətçilik tariximizdə böyük tarixi əhəmiyyətə malik olmuşdur.
Ümummilli liderimizin layiqli davamçısı kimi Möhtərəm Prezidentimizin güclü siyasi səriştəsi sayəsində bu gün bu Bayramı daha ürəkli, qürurlanaraq qeyd edirik.
Başda Möhtərəm Prezidentimiz olmaqla hər birinizi 100 illik tarixi olan “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İ.B.-nin bütün üzvləri adından ölkəmizin tarixində şanlı səhifə olan 28 May-Respublika Günü münasibəti ilə ürəkdən təbrik edir, azadlığımızın, bütövlüyümüzün əbədi olmasını arzulayırıq. Bu gün, cəbhə xəttində vətənimizin keşiyində mətanətlə dayanmış əskərlərimizə də Hamısıahdan səbr, sağlıq, dəyanət arzu edirik.
BAYRAMINIZ MÜBARƏK!

“AQRC“ İ.B.- nin sədri Bahar Qasımova