Azərbaycan Şuşada “Xarıbülbül” musiqi festivalını keçirməklə bu torpaqların tarixi kimliyini bir daha dünyaya nümayiş etdirdi. Festivalın açılışında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bir daha bütün dünyaya Şuşadan, qədim torpağımızdan mesaj verdi. Bu tədbir dünya azərbaycanlılarının qürur və sevincinə səbəb oldu. Bu həm də tarixi Zəfər, Qələbə festivalı, konserti idi. Əlbəttə ki, bu fetivalın sədaları və sondakı atəşfəşanlıq erməniləri kəskin şəkildə narahat etdi. Bununla ermənilər bir daha məğlubiyyətin acısını yaşamış oldular. Ermənilərin festivalın və atəşfəşanlığın Xankəndindən görüntülüərini sosial şəbəkələrdə yayması, erməni ekspertlərinin bu haqda kədərli açıqlamaları bunun bariz nümunəsidir. “Xarıbülbül” musiqi festivalına Ermənistan rəhbərliyi özünün çirkin siyasəti ilə cavab verməyə çalışdı. Görünür elə, məhz buna görədir ki, rəsmi İrəvan Ermənistan-Azərbaycan sərhəddindəki gərginliyi siyasiləşdirdi. Hətta Rusiyanı, o cümlədən KTMT-ni də bu siyasi oyununa alət etməyə cəhd göstərdi, amma istəyinə çata bilmədi. Rəsmi Bakının açıqlmasında isə bu cür destruktiv yanaşmanın yalnız gərginliyin artmasına xidmət etdiyi vurğulanırdı.
Bütün bunlara nail olmayan ermənilər xaricdə Azərbaycana qarşı qarayaxma kampaniyaları aparmağa və tərxibatalar törətməyə üstünlük verirlər. Xüsusən də erməni diasporunun ideloji mərkəzi hesab olunan Amerikanın Erməni Milli Komitəsi (ANCA) son günlər bu baxımdan daha da fəallaşıb. ANCA üzvü olan ermənipərəst konqresmenlər ABŞ prezidenti Cozef Baydenə və Dövlət katibi Entoni Blinkenə sürəkli olaraq məktublar yazaraq Azərbaycan əleyhinə çıxışlar edirlər. Onlar Bayden Administrasiyasının ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin imtina etməsindən narahatlıqlarını bildirir, Azərbaycana qarşı sanksiyaların təbiqi üçün çağırışlar edirlər. “Biz narahatıq ki, Dövlət Departamenti milli təhlükəsizliyin ciddi problemlərini ətraflı təsvir etmədən, bu imtinanı irəli çəkib. ABŞ-ın Azərbaycana bütün hərbi yardımını və ya təhlükəsizlik sahəsində yardımı dərhal dayandırmağı xahiş edirk”, -deyə məktubda bildirilir.
Konqresin ermənipərəst üzvləri, eyni zamanda özlərinin sosial şəbəkə profillərində Ermənistan-Azərbaycan arasındakı son sərhəd gərginliyini əsasız olaraq siyasi formada təqdim edir, ölkəmiz əleyhinə tərxribatçı fikirlər sələndirirlər. Ümumiyyətlə, ermənipərəst konqresmenlər ABŞ tərəfindən Azərbaycana ediləcək istənilən gələcək yardımları bloklamaq üçün maksimum cəhdlər göstərirlər.
Belə bir məqamda ABŞ ermənilərinin də bu ölkədəki soydaşlarımıza qarşı təxribatlar törətməsi gözləniləndir. Çünki İyul hadisələri zamanı, elə Vətən müharbəsi dövründə də biz ermənilər tərəfindən edilən bu kimi halların şahidi olmuşduq. ABŞ-ın Los-Anceles şəhərindəki Azərbaycan konsulluğunun erməni ekstremistlərin mümkün təxribatları ilə bağlı ABŞ-da yaşayan azərbaycanlılara müraciəti də bundan irəli gəlir. Bütün bunlar Ermənistanın 44 günlük Vətən müharibəsində məğlubiyyətinin aqressiyasıdır. Artıq dünya erməniləri Azərbaycanın bu şanlı zəfərini həzm edə bilmirlər. “Xarıbülbül” festivalı isə Ermənistana musiqi sədaları altında vurulan növbəti “Dəmir yumruq” oldu. Məhz buna görə də ermənilər milli xislətlərinə uyğun olaraq terror və təxribatçı əməllərə əl atırlar.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə