Ulu öndərimiz Heydər Əliyev çox gözəl söyləmişdir, “uşaqlar bizim gələcəyimizdir.” Hər bir uşaq öz ailəsinin güzgüsüdür. Hər bir ailə isə kiçik bir dövlətdir. Saglam gələcək üçün saglam uşaq və möhkəm ailə olmalıdır. Elə bunun üçün də dövlətimizə, xalqımıza gərəkli vətəndaşların yetişdirilməsində Dünya Ana və Uşaqlar İctimai Birliyimizin rolu böyükdür.DAUİB-yi Agcabədi rayon şöbəsinin sədri Sevinc xanım ilə Qiyamaddınlı kəndindən olan aztəminatlı ailənin müraciətinə əsasən Agcabədi rayon mərkəzi xəstəxanasına yollandıq. Bu gözəl ramazan bayramında ailənin 3 -cü övladının dünyaya gəlməsində ana və körpənin xərclərini öz üzərimizə götürdük. Ana və körpənin ilk mərhələdən başlayaraq evlərinə yola salınmasına qədər iştirak etdik. Körpə üçün lazım olan geyimlər, dərmanlar, uşaq yeməyi və s.x.ilə təmin etdik. Xəstəxanada bizə köməklik göstərən xəstəxananın rəhbərliyinə və dogum şöbəsinin həkimi Sevda xanıma öz dərin təşəkkürümüzü bildiririk.Dogrudanda Ramazan ayı birlik, həmrəylik, saflıq, təmizlik rəmzidir.Hər bir kəsə ramazan ayının savabını arzu edirik…