Əziz Azərbaycanlı xalqım, baci və qardaşlarım və dəyərli dostlarım!
Öz milli və dini dəyərlərinə, tarixi adət-ənənələrinə həmişə sadiq qalmış Azərbaycan xalqı da bütün dünya Müsəlmanları ilə həmrəylik göstərərək 12 ayın sultanı sayılan RAMAZAN bayramını böyük məhəbbətlə qeyd edir.
İnanıram ki, müsəlman bacı və qardaşlarımız sülh, əmin-amanlıq, bərabərlik rəmzi olan RAMAZAN bayramı günlərində mehribanlıq və qardaşlıq tellərinin möhkəmləndirilməsi yolunda daha böyük əzmkarlıq nümayiş etdirərək bir-birlərini yad edərək, daha mehribanlaşacaqlar.
Azərbaycan Respublikası «Beynəlmiləlçi Döyüşçülər» Fondunun Himayəçilik Şurasının adından, Azərbaycan Respublikasi Veteranlar Təşkilatıın Rusiya Federasiyası üzrə numayəndəliyi adından və şəxsən öz adımdan ilk öncə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsini bu əziz günündə yad edərək, onların hamısına Hamısıahdan rəhmət diləyirəm. Daha sonra, şaxtada–soyuqda doğma vətənimizin keşiyində duran əskər və zabitlərimizi və Sizi bu gözəl ruzibərəkətli olan RAMAZAN bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək, hər birinizə uzun ömür, cansağlığı və xöşbəxt həyat yaşamağınızı diləyirəm.
Arzu edirəmki, Hamısıahtala Sizin evləinizdən ruzi bərəkətinizi əskik etməsin.
Qoy bu Müqəddəs RAMAZAN Bayramı süfrənizi bol-bol ruzi bərəkərlə bol etsin, qəlbinizi isə xoş hisslərlə doldursun, Sağlamlığınız möhkəm, arzularınız sonsuz, bütün ümüdləriniz gerçək olsun!
Əzizlərim RAMAZAN Bayramınız mübarək olsun.
Hörmətlə,
Azərbaycan Respublikası «Beynəlmiləlçi Döyüşçülər»
Fondunun Prezidenti, Azərbaycan Respublikasi Veteranlar Təşkilatıın Rusiya Federasiyası üzrə numayəndəsi SƏRRAF ORUC
Moskva şəhəri 13 may 2021-ci il