Azərbaycan və Türkiyə,tarixin ən mürəkkəb dövrlərində bir -birinə dəstək olmuşlar

Dili,dini,kökü bir olan Azərbaycan və Türkiyə,tarixin ən mürəkkəb dövrlərində bir -birinə dəstək olmuşlar.Respublika Qadınlar Cəmiyyəti İ.B.Türkiyədəki təmsilçisi həkim ,bəstəkar,ssenarist Kəmalə Qasımovanın təşəbbüsü ,”AMEİFA “dərnəyinin başkanı Engün Vuralın təşkilatçılığı və Muratpaşa Bələdiyyəsinin başqanı Umit Uysalın dəstəyilə Abdullah Sevimçok Sivil Toplum Mərkəzində ULU ÖNDƏR Heydər Əliyevin ildönümü ilə əlaqədar böyük tədbir keçirilib.Tədbirdə Türkiyənin elm adamları,ziyalılar,gənclər və tələbələr iştirak etmişdir.İki dövlət arasında qardaşlıq -dostluq münasibətlərinin daha da möhkəmlənməsi qeyd olunub.Azərbaycanlı tələbə Fidan xanımın çıxışından bir neçə cümləni qeyd etmək istəyirəm.”Ulu Öndər hakkında konuşmaya nə aylar,nə də yıllar yetmez.Onun olum haberini duyduğumda 5 yaşındaydım. O zaman anneme sormuştum,bu insan bizim neyimiz oluyor?Annem cevap verdi:O halkın dedesidir və bir daha onun gibi bir dede olmayacaq.Ben o zamanlar bunu tam anlamıyla anlamamışdım,yıllar geçdikcə Azərbaycan halkının boyle rahat və refah içində yaşamasının sebebini anladım. Ulu Öndər gerçekten de buyuk şahsiyyet və halkın dedesidir və bu gün onun varisi cumhurbaşkanımız sayın İlham Aliyev Ulu Önderin siyasetini layikıyla devam etdirməktədir.Böyle bir dövlette buyuduyum için gurur duyuyorum. Bu gun Turkiye benim ikinci memleketim sayılır.Dünyanın Atatürk,Vaşinqton,De Goll gibi tarihi insanlar sırasında Haydar Aliyev şahsiyyeti de kendi yerini tutduğu için bir daha durur duyuyorum”. Yüksək səviyyədə keçən tədbir konsert proqramı ilə başa çatdı.Sonda xatirə şəkilləri çəkildi. Tədbirin keçirilməsində iştirak edən bütün insanlara və təşkilatçılara təşəkkürümüzü bildiririk.
Azərbaycan xalqı durduqca,dünyanın hər yerində Heydər Əliyevin xatirəsi daim anılacaq.Respublika
Qadınlar Cəmiyyətinin İ.B. sədri Bahar Qasimova