Biz yaşayırıq ona görə ki, sakit deyilik
Elə bil dalğayiq ki, sakit otursaq məhv olarıq
Səfər Qəhrəmani (Səfər Xan) zülmə və istibdada qarşı Azərbaycan xalqının müqavimət simvolu, Pəhləvi rejimi məhkəmələrinin fatehi, sadə və şərəfli bir insan idi. O, xalqın içindən çıxaraq mərkəzi hökümət və feodallar tərəfindən Azərbaycan xalqına edilən zülmü bütün vücudu ilə hiss edirdi. Zülm və istibdada qarşı təkbaçna üsyan etdi. Xalqın tüğyan edən mübarizəsinə qoşulub və o yolla yürüyürdü. Ona görə də şahın avtoritar rejimi ona kin bəsləyərək nifrət edirdi. O, bir müddət təqib edildikdən sonra tutulub və 1980-ci il mart ayının 9-da Urmiyədə həbs edildi. 1979-cu ilin şanlı Bəhmən inqilabı ərəfəsində, xalqın çiyinlərində otuz illik məhbus həyatı yaşadıqdan sonra, həbsdən azad edildi. İdealları yolunda müqavimət göstərdiyinə görə siyasi məhbuslar onu “Səfərxan” adlandırırdılar. İran xalqı və dünyanın azadlıq mübarizləri tərəfindən xüsusi hörmətə layiq görüldü. “ Heç vaxt özü ilə və apardığı mübarizə ilə öyünməyirdi. Odan jurnalistlər “otuz il həbsdən sonra sərbəst buraxıldığınız haqda nə düşünürsünüz?” sualını soruşduqda, belə cavab verir: “…. 30 ildən sonra bu azadlıq gözlənilməzdir. Mən xalqa borcluyam. Bu azadlıq xalqın səyi ilə əldə edildi. ” “… Gözəl azadlıq sözünü başa düşmək mənim üçün hələ də mümkün deyil. Xalqın səyi ilə əldə edilən bu azadlıq mənim üçün çox dəyərlidir…. Məndən soruşursunuz ki, arzum nədir? Açıq şəkildə bəyan edirəm: “Bütün partiyaların və bütün siyasi məhbusların sərbəst buraxılmasını istəyirəm.”
Səfər Qəhrəmani(Səfər Xan) 1959-cu il may ayının 4-də Urmiya gölü sahilində və Qala Çay çayının sahilində yerləşən yaşıl və məhsuldar olan Əcəbşirin Şişəvan kəndində anadan olmuşdur. Anasnın adı Gohartac və atasının adı isə Məhəmməd Hüseyn idi. Yaşadığı yerdə məktəb olmadığından 7 il müddətində Gülüstan və Bustan mirzələri və mollalarının yanında təhsil almaq məcburiyyətində qaldı. O, deyir: “… dilim türk dili olduğundan onlardan heç nə öyrənmədim.”
Ondan sonra Əcəbşirdə bir məktəbə daxil olur və ancaq ibtidai məktəbi bitirə bilir. Yeniyetmə Səfər ailələrini dolandırmaq üçün əkinçiliklə məşğul olur. O dövrdə kəndlilərin ağır zəhmətlə əldə etdikləri məhsulların böyük bir hissəsi hökumət və jandarmalar tərəfindən himayə olunan maliklərə verilirdi. Faktiki olaraq maliklər kəndlilərin canlarının, mallarının və namuslarının sahibi idilər.
Səfər Xan deyirdi: “… Bu gün zülm və namus təcavüzü, sabah başqa dərdlərin xəbərləri, hər gecə yeni ağrılarla baş yastığa qoyurduq. O günlərdə məni bu haqsızlıqlara qarşı mübarizəyə sövq edən bu ruhi dərd və əzablar idi.”
Müttəfiqlərin İrana gəlişi və Rza şahın ölkədən deportasiya edilməsi 1320-ci(1941) ilin şəhrivər ayına təsadüf edirdi. Səfər Xan 20 yaşını arxada buraxmışdı. Həmin vaxt Azərbaycanda artıq gücdən düşmüş xanlara və hökumətə qarşı kəndlilər silahlanaraq qızğın mübarizəyə qalxmışdılar. Bu günlərdə Səfər Xan bəzi yoldaşları ilə birlikdə Azərbaycan Demokrat Firqəsinə qoşulub və kapitan rütbəsi ilə mübarizəsini davam etdirdi.
Şah ordusu tərəfindən Azərbaycana qanlı təcavüz edildikdən və 21 Azər Hərəkatının yatırılmasından sonra Səfər Qəhrəmaninin sürgün və qaçqınlıq dövrü başlayır. Bir müddət Azərbaycan bölgəsində, daha sonra İran və İraqın sərhəd bölgələrində olmuş, İraqda tutularaq Ərbil həbsxanasına göndərilmiş, bir qədər sonra İranla İraq hökumət arasında mühacirlər və məhbusların dəyişdirilməsi məsələsi razılaşdırılmışdır. Bu üzdən o, Ərbil zindanından qaçaraq sərhəddən keçib və İran ərazısınə daxil olur.
Səfər Xan bir müddət İranda gizli yaşadıqdan sonra hökumət agentləri və məmurları tərəfindən tanınıb və 1948-ci il mart ayının 9-da Urmiyədə tutularaq hərbi məhkəməyə göndərildi. Hərbi məhkəmə iki dəfə onun səlahiyyətsiz olduğuna(hərbi baxımdan) qərar verir və iş ədliyyə məhkəməsinə göndərilir. Lakin Azərbaycandakı bütün bu qırğınlardan sonra hələ də intiqam hissi səngiməyən və edam hökmündən başqa bir şey düşünməyən nüfuz sahibi olan mülkədar və feodalların təsiri ilə yenə də iş hərbi məhkəməyə qaytarıldı.
1950-ci ilin dekabr ayında, milli hərəkatın vəhşicəsinə yatırılmasından və Azərbaycan milli hökumətinin devrilməsindən 4 il sonra Səfər Xan, ölkənin təhlükəsizliyinə qarşı silahlı qiyam edərək rejimi devirmək ittihamı ilə hərbi məhkəmədə edam cəzasına məhkum edildi. 5 illik qeyri-müəyyənlik, gözləmədən sonra dünya ictimaiyyəti tərəfindən edilən etirazlar nəticəsində ölüm hökmü ömürlük həbs cəzası ilə dəyişdirildi.
Səfər Xan 1958-ci ilədək Azərbaycan həbsxanalarında saxlanıldıqdan sonra qorxunc və dəhşətli Borazcan həbsxanasına göndərilir. Onunla birlikdə Kürdüstan Demokrat Partiyasının rəhbəri Əziz Yusifi, Qəni Bülurian, Cilil Gadani və digər məhbuslar da oraya köçürülür. Bir müddət Mühəndis Mehdi Bazərqan, İzzətulla Səhabi, Dr. Şeybani və İran Tudeh Partiyası hərbi təşkilatının zabitləri də Səfər Xanla birlikdə Borazcanda məhbus həyatı yaşamışlar. O, 1968-ci ilə qədər Borazcan Həbsxanasında ağır bir həyat yaşadıqdan sonra nəhayət 26 Noyabrda Tehranın Qəsri-Qacar Həbsxanasına göndərilmişdir. Səfər Xan Borazcan həbsxanasındakı yaşadığı ömrü tədrici ölüm illəri adlandırırdı.
1968-ci ildə Borazcanda 20 illik əsarətdə olarkən qızı südəmər körpəsi ilə birlikdə ilk dəfə atasının ziyarətinə gəlirlər. O vaxta qədər nə ata qızını nə də qız atasını görməmişdi. Onlar bir-birlərini qucaqlayırlar. Səfərxan ağlamaq istəyir, lakin ağlamır. Yadelli polisin gözü qarşısında hisslərini ifadə etmək istəmir. Əlini ürəyinə qoyur və içində göynəyərək ağlayır. Səfər Xan 1945-ci ildə evləndi. Bu evliliyin səmərəsi(meyvəsi) bir qız uşağı oldu. Səfər Xan oun nə doğum və nə də adqoyması günlərində iştirak edə bilmir. körpəsi ilə ilk dəfə Səfər Xanın ziyarətə gələn qadının adı Mihən idi. Mihən Səfər Xanın qızı idi. Behruz, Bita və Sara adlı üç nəvə Səfərxandan yadigar qalır.
Səfər Xan həbsinin üçüncü on ilini daha çox Tehranın Qəsr və Evin həbsxanalarında keçirdi. Bu dövrdə şah həbsxanalarının atmosferi xeyli dəyişmişdi. Həbsxanalar inqlabi və ehtiraslı gənclərlə dolduğu üçün də həbsxanada olan keçmiş münasibətləri təsir altına aldı. Pəhləvi hökuməti üçün sakitlik dövrü bitdi. Həbsxanadan kənarda baş verən hadisələr zindan mühafizəçilərinə birbaşa öz təsirini göstərirdi və bu da məhbusların dözümsüzlüyünün artmasınə səbəb olurdu.
Səfər Xan və məhbuslar bu qarışıq və gərgin həbs illərini arxada buraxaraq inqilab aylarında miliyonlarla ölkə xalqlarının müqaviməti ilə mübarizələrini birləşdirdilər. Nəhayət, Səfər Xan, bir çox mübariz yoldaşları ilə birlikdə 32 illik həbs cəzasına dözdükdən sonra 1978-ci il noyabr ayının 26-da xalqın inqilabi müqaviməti ilə şah həbsxanasından azad edildi. Səfər Xanın iqamətgahı misli görünməmiş əhali izdihamı ilə qarşılandı. Evi dostlarının və məhbus yoldaşlarının sevgi məkanına çevrildi. Səfər Xanı ziyarət etmək üçün əhali dəstə-dəstə ora gedir və onu bağrına basırdı.
Səfər Xanın müxtəlif qrup və təşkilatlardan olan gənc siyasi məhbuslarla emosional münasibətləri o həddə idi ki, bəzən onlara qoşulduğunu düşünürdülər. Səfərxan deyir ki, həbsxanada partiya(İran Tudə Partiyası nəzərdə tutulur.) məmurlarına onun partiyanın mərkəzi komitəsinin üzvü olduğunu söyləmək üçün təzyiq olunurdu. Lakin onlar inkar etdilər. Əlbətdə, partiyanın fəxri üzvü idim.
Zülm və istibdada qarşı Azərbaycan xalqının müqavimət simvolu olan Səfər Qəhrəmi (Səfər Xan), 2002-ci il noyabr ayının 9-da şənbə günü səhərçağı, 81 yaşında İranmehr Xəstəxanasında ağciyər xərçəngi səbəbiylə dünyadan köçdü.
Səfər Xan ölkə xalqlarının istibdada və haqsızlığa qarşı müqavimət simvolu idi. Xatirəsi əziz olsun!