“QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması və Cənab Prezident tərəfindən bu quruma Müşahidə Şurasının üzvlərinin təyin edilməsi yeni bir mərhələnin başlanğıcı olacaq. Müşahidə Şurasının üzvlərinə uğurlar arzulayaraq, ümid edirik ki, yeni heyət mövcud problemlərin həllinə nail olacaq. Çünki bu gün QHT sahəsində yetərincə həllini gözləyən məsələlər var”. “OLaylar” xəbər verir ki, bunu deyən deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlinin sözlərinə görə, QHT-lərə Dövlət Dəstəyi Şurası (bu vaxta qədər belə adlanırdı) ilə bağlı bəzi məqamları qeyd etmək istərdim. 2008-ci ildə QHT-yə Dövlət Dəstəyi Şurasının yaradılmasını və bu illər ərzində fəaliyyətini ədalət naminə uğurlu mexanizm kimi dəyərləndirmək olar. İctimai sektorun bu vaxta qədər davam edən fəaliyyətinə kölgə salmaq ədalətsizlik olar. Kimin necə düşünməsindən asılı olmayaq Azərbaycanda QHT-lərin bir çoxu cüzi maliyyə ilə kifayət qədər əhəmiyyətli işlər görüblər. Əgər həyata keçirilən layihələrin monitorinqini aparsaq xeyli maraqlı ideyalara, müxtəlif sahələr üzrə çap olunmuş nəşrlərə və digər uğurlu işlərin nəticələrinə rast gəlmək mümkündür: “Ümumilkdə QHT-lərə Dövlət Dəstəyi Şurasının Vətəndaş Cəmiyyətinin inkişafı ilə bağlı fəaliyyətini mübət dəyərləndirmək olar. Lakin Azərbaycanda QHT sahəsində ciddi problemlər hələki həllini tapmayıb. Ən ciddi məsələ odur ki, QHT iqtisadiyyatı formalaşmayıb. Bu da QHT-nin fəaliyyətinə mənfi təsir göstərir. Maliyyə çatışmazlığına görə, QHT sistemində çalışmaq istəyən mütəxəssislər bu sahədən uzaqlaşmağa məcbur oldu. Bu gün QHT-nin davamlı maliyyələşmə məsələsi isə problem olaraq qalmaqdadır. QHT-nin potensialından düzgün istifadə etmək ən məqbul variantdır. Bu sahədə kifayət qədər fədakar, intellektli insanlar cəmləşmişdi. Nəzər salanda bir daha şahidi oluruq ki, həmin şəxslər səmimi şəkildə dövlətin, cəmiyyətin inkişafına xidmət etmək istəyində və gücündədir. Zamanında QHT-nin maliyyə çevrəsinin genişlənməsi istiqamətində ciddi addımlar atılmadığına görə, bir çox fədakar və intellektli insanlar bu sahəni tərk etmək məcburiyyətində qaldı.Təbii ki, QHT İqtisadiyyatı yalnız QHT-yə Dövlət Dəstəyi Şurası ilə bağlı məsələ deyildi. QHT İqtisadiyyatının formalaşması üçün bütün dövlət qurumları, özəl şirkətlər, əgər bələdiyyə institutu normal formalaşsaydı bələdiyyələr və digər təşkilatlar qapılarını Vətəndaş Cəmiyyətinin üzünə tamam açmalıydılar. Təəssüf ki, bu baş vermədi və bir sıra problemlər çözülmədən dərinləşdi”.
Ə.Bəydəmirli hesb edir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvləri çox ciddi missiyanı yerinə yetirməlidirlər. Öncə həmin şəxslər Cənab Prezidentin etimadını doğrultmalı, Vətəndaş Cəmiyyətinin inkişafına töhfə verməli və ən əsası QHT iqtisadiyyatının yaradılması istiqamətində fədakarlıq göstərməlidirlər: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları dəfələrlə öz çıxışlarında ictimai nəzarətin təşkili ilə bağlı cəmiyyətə çağırış edib. Dövlət başçısının islahat kursuna, yeni qurulan idarəetmə modelinə dəstək olmaq, cəmiyyətdə şəffaflığa töhfə vermək, ictimai nəzarətin təşkil olunmasına davamlı şəkildə nail olmaq üçün Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyəti təmərküzləşməlidir. Bu işin davamlı və effektli davam etməsi üçün QHT iqtisadiyyatı formalaşmalıdır. Mövcud olan pandemiya və COVD-19- un yaratdığı bu çətinliklər gec-tez sovuşub gedəcək. Bu xəstəliyin vurduğu yaralar zaman keçdikcə sağalacaq. Lakin dövlətin, cəmiyyətin inkişafına töhfə verə biləcək QHT-lərin fəaliyyətində durğunluq isə fəsadlar verə bilər. Ona görə, dünyada və regionda gedən prosesləri nəzərə alaraq QHT sektorunun inkişafına hər kəsin dəstək olması zərurudir. Dünyada gedən proseslərə QHT-lərimizin fəaliyyəti niyə adekvat deyil sualına birmənalı cavab vermək çətindir. Lakin yazıda sadalanan problemlərə nəzər saldıqca, bu, suala cavab tapmaq mümkün olur. QHT iqtisadiyyatının yaranması bu sahədə çalışanların varlanmasına deyil, ümumilkdə QHT sisteminin institutlaşmasına xidmət edəcək vasitədir. Digər tərəfdən QHT sistemi zəngin olarsa, maliyyə çevrəsi genişlənərsə ictimai nəzarətin təşkilinə, şəffaflığın təmin edilməsinə daha əhəmiyyətli təkan verə bilər”.