Təcavüzkar Tehran ordusunun Azərbaycana gəlişi ilə bölgədə milli hökumət dövründə yaranan siyasi, iqtisadi, sosial sabitlik və təhlükəsizlik pozuldu. Minlərlə adam həbs və edam edildi, minlərlə adam cənub şəhərlərinə sürgün edildi. Eyni zamanda zorakılıq, edam və həbsdən qorunmaq üçün gizli şəkildə minlərlə uzaq şəhərlərə və Tehrana qaçdı. Başqa bir qrup isə ölkəni tərk etmək məburiyyətində qalaraq Sovet Azərbaycanına(bugünki Azərbaycan Respublikasına) mühacirət etdi. Tarixə həkk olmuş və məzlum Azərbaycan xalqının qəlbində gizlənmiş bütün bu düşmənçiliklərə baxmayaraq, yenə də bir qrup Tehran meyilli ziyalı, siyasətçi və tarixçilər utanmadan həyasızcasına yazırlar ki, işğalçı ordunun Azərbaycana gəlişi Azərbaycan xalıqın istəyi ilə olmuşdur və bunu təkrar edirlər. Onların bu yazdıqları həqiqətə uyğun deyildi.
İşğalçı ordu bir neçə istiqamətdən Azərbaycana daxil oldu və hərbi vəziyyət elan etməklə elə bir dəhşət törətdi ki, bəziləri canlarını qurtarmaq üçün o taya keçməyə məcbur oldular. Sovət İttifaqi sərhətlərini bir neçə gün açıq qoydu. Azər ayının 21-dən sonuna qədər şimal sərhətlər-Astara Biləsuvar və qərb sərhətləri- Xudafərin, Culfa açıq qalaraq minlərlə adam sərhəddən keçdi. Onların arasında bir qrup firqə rəhbərləri və Azərbaycan Milli Hökumətin üzvləri də var idi. Bu siyası mühacirət 1954-cü ilədək davam edirdi. Bu mühacirlərin sayı barədə müxtəlif statistik rəqəmlər qeyd edilmişdir.( Cəmil Həsənlı qaynaq göstərmədən onların sayını 9022 nəfər yazmışdı, halbuki Lutfəli Ərdəbili 1946-ci ilin dekabr ayında(Azər 1325-ci il) Sovetə mühacirət edənlərin sayını 12500 hüdudunda göstərmişdir.) Bunların bəziləri ailələri ilə birlikdə, bəziləri isə subay və ya mühacirətin müddətinin qisa olduğunu düşünərək alilələrini qoyub gələnlər idi.
Qulam Yəhya Danişian yazır: Biz Cülfa körpüsündən keçdik və daha geri qayıtmaq mümkün deyildi. Demək olar ki, bu müsafirətin dönüşü yox idi. Azər ayının 22-də Cülfada çoxlarını gördüm. Azərbaycan Demokrat Firqəsinin mərkəzi komitəsi və Milli Məclisin üzvləri bir araya gələrək düşdüyümüz durumu müzakirə etdik. Geri çəkilmək və onun səbəblərini mübahisə etdik. Çoxlu tənqidlər oldu. plansız geri çəkilmək və bu qəbil sualların cavabı yox idi. bu ağır tənqidlərin sərt və haqlı olmasına baxmayaraq, biz bir görülmüş əməl ilə
qarşı-qarşıya idik.(Qulam Yəhya Danişianın Xatirələri. Tərcümə edən Dr.Səməd Niknam. Səh 154)
Türkiyyənin tanınmış şairi Nazim Hikmət, mühacirəti ağır və çətin bir sənət adlandırıraraq yazır: “həqiqətən hər güşəsi xatirələrlə dolu olan vətəndən qırılmaq insanı nə inki kədərləndirir, həm də canını çox acıdır. Firqə üzvlərinin mühacirəti qəfildən və sərt bir soyuq havada baş verdi. Bəziləri yolda tələf oldular və bəziləri isə əyinlərində münasib qış geyimləri olmadan Sovet torpağına ayaq basdılar. Əvvəllər Rusiyada təhsil almış yaxud orada yaşamış bir sıra firqə və milli hökumət rəhbərləri həm orada olan həyat tərzini, həm də Rus dilini bilirdilər. Onlar orada qısa müddətdə öz mövqelərini möhkəmləndirərək o tayda yeni bir yaşayışa başladılar. Ancaq mühacirlərin bir çoxu Azərbaycan Sosialist Respublikası ilə ortaq bir dil və mədəniyyəti paylaşmasına baxmayaraq, orada olan sistem və həyat tərzi ilə tanış deyildi. Ona görə də onların əksəriyyəti psixoloji və davranış problemi ilə qarşılaşdılar. Bütün dövrlərdə məcburiyyət üzündən dünyanın harasına mühacirət edilirsə, o böhranların yaranmasına səbəb olacaq. Onlar arasında ilk gündən bəhanələr, giley-güzarlar, şikayətlər və müqayisələr başlanır. Siyasi məğlubiyyətdən sonra vətəni tərk etmək məcburiyyətində qalanlar onu araşdırır və bir çox hallarda məğlubiyyətin səbəb və amillərini şişirdirdərək onu böyüdürlər. Bu şəraitdə insanlar bəzən gerçək düşməni unudaraq ölümlərinə qədər uzun müddət mübarizə səngərində birlikdə olan yoldaşlarını günahlandırıb və ittiham edirlər. Qaçqın və mühacir mövcud şəraitdən ümüdsüz və məyus olur. Bəzən bu gərginlik o həddə çatır ki, o, məyusluqdan keçmiş mübarizə yoldaşlarına bədbin olaraq əsassız şikayət etməyə başlayır. Bəzən o qədər depressiya və narahatlığa qapılır ki, anormal davranışa əl atır. O, Ayrı-seçkiliyə məruz qalğını düşünərək saatlarla küçələrdə məqsədsiz dolaşır. Nəticədə, düşmənçilik davranışında stres, narahatlıq, cansıxıcılıq, təcrid, kabuslar və yuxusuzluqdan əziyyət çəkdiyi aydın görünür. Bu davranış, həqiqətlər aşkar olub və qəbul edilənə qədər davam edir, bu da bəzən çox vaxt aparır.
İnsanlar mühacir kimi tanınıb və qeydiyyata alındıqdan sonra, Azərbaycan rəsmləri onların köçmə, mənzil və işə düzəltmə məsuliyyətini miqrantlara həvalə etdi. Davamında QulamYəhya Danişian bu məsuliyyəti öz üzərinə götürür. Və çox sayda mühaciri “Jidanov” şəhərinə aparır və orada İcra başçısının əməkdaşlığı ilə onları Savxozda yerləşdirir. Sovet İttifaqi hələ ona təhmil olan İkinci Dünya Müharibəsinin törətdiyi fəqr və fəlakətdən yaxa
qurtara bilməmişdi. Bu müharbə onun infrastruktur və istehsalatının önəmli hissəsini məhv etmişdi. Bu üzdən çalışırdı ki, özünün geniş ərazisində müharibənin törətdiyi fəsadları aradan qaldırmaq üçün Bütün xalq qüvvələrindən və onların iqtisadi imkanlardan istifadə etsin. Yoxsulluq və qıtlıq hər yerdə hökm sürürdü. “Əmirəli Lahrudi” yazdığı “Xatirələr və Mülahizələr” adlı kitabında bu mənzərəni əks etdirir: “… bizə verdikləri çörək 500 qram idi. Bilafasilə o çörəyi zavodunun qarşısında yeyir və ertəsi gün saat dördə qədər gözləyirdim… Soyuq və qarlı qışda ayaqyalın gəzirdim, ayaqqabı almağa pulum yox idi və kimsənin də mənə verməyə əlavə ayaqqabısı yox idi. Savxoz Həmkarlar İttifaqının sədri ürəyiyananlıq edib mənə bir mal dərisidən çarıq tikdi və ayaqlarımı donmaqdan qurtardı.” (Əmirəli Lahrudi, “Xatirələr və Mülahizələr “ s 82, Azərbaycan Demokrat Firqəsinin nəşri)
Bu vəziyyətin ağırlığına dözmək hamı üçün eyni deyildi. Bəziləri mühacirətin ilk gün və aylarından bu ağır şəraitlə razılaşmayıb, onlarda bir qrup vətənə qayıtmağı tələb etdilər. Bəziləri isə problemi o dərəcəyə çatdırdılar ki, üzaq bölgələrə(Sibirə) göndərildilər. Lakin vəziyyəti dərk edib çətinliklərə dözən başqa bir böyük fədailər qrupu, heç bir təcrübəsi və ya tanışlığı olmadığı sahələrdə çalışdı. Yəni çay əkinindən tutmuş yolsalma və inşaat işlərinə qədər sahələrdə fəaliyyət etdilər. Ancaq yoxsulluq problemi davam etməkdə idi.
Lahrudi yazır: “…bəzi ərzaq ehtiyaclarımı həll etmə üçün Ərdəbildə aldığım paltarları və əşyaları bir-bir satdım. Sonuncusu Həftə Bazarında Təbrizdən aldığım Beyrut paltosu idi. Onu Gəncə şəhərinin (köhnə paltar) bazarında satdım. Ən çox narahat edən şey, arvad-uşaqlarını cənubda sahibsiz qoyan və gecə-gündüz onları düşünərək depressiyaya düşən fədailər idi.”
Pişəvəri səbr və dözümlə müşayiət olunan xarizmatik gücü ilə ürəkləri ağrıyan fədailəri sakitləşdirirdi. O, yenidən təşkilatlanmağı düşündü. Ona zəmin hazırlamaq üçün Azərbaycanın siyasi və partiya rəsmiləri ilə görüşlər keçirirdi.
Qulam Yəhya Danişian yazır: “Məni və Pişəvərini Bakıya dəvət etdilər. Bunun Fədai hərəkatı ilə əlaqəli olduğunu düşündük. Bakıda Azərbaycan Kommunist Partiyasının birinci katibi Mir Cəfər Bağırovla görüşdük. Görüşün sonunda o, Stalindən aldığı telegeram mətnini bizə oxudu. Telegramda Stalin bizi səbirli, möhkəm və ciddi olmağa çağırırdı. (Qeyd olunun bu əsərin 157-ci səhifəsində bu danışıqlar və görüşlər onu göstərirdi ki, fədailər cənuba qayıtmaqdan vaz keçib Sovet İttifaqında uzun müddət yaşamağa hazır olmalıdırlar.)
1947-ci ilin mart ayında Pişəvəri və Qulam Yəhya yenidən Bakıdakı partiya komitəsinə çağrılır. Bu görüşdə Bağırovla birlikdə Azərbaycan Kommunist Partiyasının digər üzvləri də iştirak edirdilər. Bu iclasda Fədailərin şəraitilə ilə maraqlandıqdan sonra Bağırov insanları ixtisas, təhsil almaq məqsədilə peşə habelə təhsil mərkəzlərinə göndərməyi, Fədailərlə əlaqəni genişləndirməyi və Novruz bayramı üçün böyük bir şənlik keçirməyi tövsiyə etdi. Bu çıxış bir daha onu göstərdi ki, geri dönmək olmaz və mübarizəni davam etdirmək istəyənlər uzun müddət vətənə qayıtmağı unutmalıdırlar. . Bu əsnada İran rəsmilərinin qəzəbinə olan firqə radiosu işə başlayır. İran səfirliyi məsələni Xarici İşlər Nazirliyinə bu radionun Bakıda və Pişəvərinin evində quraşdırıldığını bildirir.Bu radioda veriliş aparan diktorun Təbrizdə Türki xəbəri oxuyan aparıcı ilə eyni olduğunu vurğulayır. (Azərbaycanın Demokrat Firqəsi Təbrizin boşaldılmasından Pişəvərinin ölümünə qədər, tərcüməçi, tədqiqatçı Şahrox Fərzad s. 506)
İlk günlərdən etibarən İran hakimiyyəti, firqənin fəaliyyətindən və yenidən qurulmasından qorxaraq, Sovet torpaqlarında firqə üzvlərinin hər hansı bir siyasi, mədəni və ictimai fəaliyyətinə qarşı çıxdı. Bu üzdən Sovet Xarici İşlər Nazirliyinə radionu bağlamaq və “Azərbaycan” qəzetinin nəşri dayandırmaq üçün təzyiq etdi. Lakin firqə rəhbərliyinin xüsusilə də Pişəvəriinin müdrikliyi və ayıqlığı buna mane oldu…
Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin üzvləri bir neçə ay gərgin və mübahisələrdən sonra təşkilatı yenidən bərpa etmək üçün Azərbaycanın müxtəlif şəhər və qəsəbələrinə getməli olduqları qənaətinə gəldilər. Özlərini şəraitlə uyğunlaşdır. Bəzi firqəçilər onun sevinclə və gülər üzlə qarşılayırdılar. Bəziləri isə ondan boyun qaçıraraq onu gələcəyə atırlar. Ancaq sonda firqə təşkilatı bərpa olunur. Bu vaxt uğursuz bir hadisə baş verir. Azadlıq yolunun sarsılmaz mübarizi və Azərbaycanın əbədi aşiqi olan Pişəvəri 1947-ci ilin iyul ayının 11-də 54 yaşında bir avtomobil qəzasında həyatini itirir. S.C.Pişəvəri həmişə Azərbaycan Demokrat Firqəsinin bərpa olunmasına və cənubda inqilabi hərəkatın yaşatmasına israr edirdi. Ona görə də Pişəvərinin olmaması firqə üçün böyuk itki sayılırdı və onun yoxluğu uzun müddət hiss olunmaqda idi. Nəhayət Pişəvərinin ölümünə səbəb olan avtomobil qəzası ilə əlaqədar bu günə qədər müxtəlif hekayə və xəyallar söylənmiş və hələ söyləntilər də davam edir. Bəziləri bunu sirli, şübhəli ölüm, Bağırov sui-qəsdi, saxta hadisə Moskovanın planı adlandırırdılar, onların məqsədi firqənin yenidən bərpasının və hərbi fəaliyyətinin qarşısını almaq idi.(Bakıdakı İran konsulluğunun işçiləri ilə yanaşı,
digərləri, o cümlədən Nüsrətulla Cahanşahlu, Həmid Mollazadə, Pərviz Homayunpour, Sanai və başqa bəzi Pişəvərinin ölümünün əvvəlcədən düşünülmüş olduğunu irəli sürərək onu dahada gücləndirdilər. Halbuki, hadisə yerində olan Pişəvəriyə yaxın insanlar bunu avtomobil qəzası hesab edirlər.
İranın Bakıdakı Baş Konsulu “Məcidi” Xarici İşlər Nazirliyinə gizli yazdığı məktubda bildirilir: Bu yaxınlarda, Gəncə şəhərinə köçürülən İranlı fədai və mühacirlər üsyan qalxmışlar. Pishəvəri, Qulam Yahya və Kommunist Partiyası Mərkəzi Komitəsinin başqa bir üzvünün müşayiəti ilə oraya müraciət etmişlər. Yevlax kəndi yaxınlığında onların avtomobili dərəyə düşür. Qulam Yəhya və üçüncü şəxs özlərini maşından çölə atırlar. Ancaq o anda Pişəvəri yuxladığı üçün özünü xilas edə bilmir. Nəticə də onun cəsədini ağır vəziyyətdə dərənin dibindən çıxarıb və Bakıda dəfn edirlər. Hal-hazırda Qulam Yəhya xəstəxanadadır və sürücü də heç bir xəsarət almamışdır.Bu üzdən də məhəlli hökumət bu hadisəni sui-qəsd heab edərək məhkəmədən mövzunun araşdırılmasını istəmişdir… Əgər Sovet amilləri sui-qəsddə iştirak etməyibsə onda Pişəvərinin aradan qaldırması həqiqətən Sovet dövləti üçün arzu olunandır.( İran Baş Konsulu Məcidinin 30 dekabr 1326-cı il tarixli, məruzəsinin xülasəsi, Azərbaycan Demokrat Firqəsi, istinadən. “Təbrizin boşalmasından Pişəvərinin ölümünə qədər” kitaba istinad edilmişdir, Şahrux Fərzadın tərcüməsi, s. 532).
Bir neçə gün sonra keçmiş konsulun yerinə gələn “Nəsrulla Behnam” Xarici İşlər Nazirliyinə verdiyi gizli hesabatında Pişəvərinin ölümünə şübhə ilə baxaraq yazır: Bu hadisə ətrafında bir çox rəvayətlər var, bəziləri Pişəvərinin ölümünün doğru olmadığını düşünür. Onu ayrı adla bşqa yerdə saxlayırlar ki, lazım gəldikdə istifadə etsinlər. Gecələr Pişəvəri bir yerə getməzdi və avtomabılın qabaq otracağında oturmazdı. Dəfn zamanı kimsə cənazənin Pişəvəriyə və ya başqasına aid olduğunu xəbər tutmadı. O, Səttarxan və Şeyx Məhəmməd Xiyabanı səviyyəsində bir şəxsiyət idi, lakin ona məhəl qoyulmadı və bu da qəbul edilməzdir. Ailəsində də qəm-kədər görünmür. Bu səbəbdən Pişəvərinin bu anda öldürüldüyünə tamamilə əmin olmaq mümkün deyil, hətta o, yeni təbliğat və təxribatlar törədə bilər. (Həmin əsər, s.534. 16 dekabr 1948)
Görünən odur ki, Tehran hakimiyyəti firqə və Pişəvərinin sosial bazasından hələ də qorxu və iztrabda olmuşlar. Bu deyilən Azərbaycan xalqının Tehran ordusunu sevinclə qarşılaması tezis və nəzəriyyələri kökündən əsassız saylır.
Pişəvəri ilə eyni avtomobildə olan Qulam Yəhya bir şahid kimi hadisəni belə izah edir: “Mühacirət dövründə hərbi təlim ən vacib vəzifələrindən biri olaraq mənə həvalə olunmuşdu. Bu təlimin iki bölgədə olmasına qərar verildi. Azərbaycan Sosialist Respublikası rəsmilərinin bizə gözləməyi bəyan etdilər. Mövzunu Pişəvəriyə xəbər verdim.O, “mən də səninlə kirovabada (Gəncə) gələcəyəm.”- dedi. Kirovabad şəhərinə gəldik, mən fədailərin idarə və məişət işləri ilə məşğul oldum. Pişəvari də şəhəri və dostları “Nazar Heydərovu” ziyarətə getdi və gecə orada qaldı. Orada da Şəki şəhərinə getmək qərarı alındı. O günün sabahı yola düşmək üçün səhər saat 5-də yuxudan oyatdılar. Pişəvərini qonaq edən Nəzər Heydərov səhər tezdən yola düşməyimizə etiraz etdi. Onun cavabında Pişəvəri dedi: “Ürəyim zəif olduğundan Yevlaxın istisinə düşmək istəmirəm.” Sonra maşına mindik. Maşına minmədən əvvəl mən dedim ki, gecəni yatmamışam. Yorğunluqda yolda yatcağım üçün Sizdən üzr istəyirəm. Ona görə arxa oturacaqda oturmağımı uyğun gördülər. Avtomobil şəhərdən çıxmazdan əvvəl yuxuya getdiyimi düşünürəm. , Ona görə də sonradan baş verənlərin təfərrüatlarını bilmirəm, sanki sürücü də yuxlamış və nəticədə avtomobil yoldan çıxdıqda Pişəvəri sürücüyə “nə eləyirsən?”-deyir. Sürücü qəfildən rulu sağdan sola döndərdikdə maşın beton körpünün divarına çırpılır. Bu hadisə nəticəsində Pişəvərinin qabırğasından bir neçəsi sınır. Bud sümüyü sınıb və əti deşərərək bayıra çıxır. Mən də zərbə nəticəsində huşumu itirib və 7 saatdan sonra Yevlax xəstəxanasında ayıldım. Yoldaşların dediyinə görə: Pişəvərin əvvəl halı yaxşı olub. O, mənə baxaraq belə söyləmişdir: “Çox təəssüf ki, Qəvamü-ssəltənədən intiqam almadan Qulamı itirmişik!” Pişəvərinin şəxsiyyəti haqqında deyiləsi söz çoxdur. O, həqiqətən siyasi, inqilabi və mənəvi bir lider idi. “Engels”in dostu və yoldaşı “Marks”ın məzarı başında söylədiklərini burada xatırlatmaq istəyirəm: Onun bir çox düşməni var idi, lakin bunlardan heç biri onun şəxsi düşməni deyildi.” (Qulam Yəhya Danişian, həmin əsər. S. 162)
Əli Şəmidə” kimi digər insanlar “Şəmidənin Bioqrafiyası” kitabında yazırlar: “Bəzi insanlar bilmədən və hissiyyat üzərindən bu şayiələri həqiqət kimi düşünərək təkrar söyləyirlər ki, Pişəvərinin ölümündə Bağırov və Qülam Yəhyanın birbaşa əli olmuşdur. Bu sözlərin həqiqəti yoxdur, çünki mən özüm şahid olmuşam.(s. 226)
Qəzanın başqa bir şahidi pilot “Mir Tağı Musəvi” olmuş. O, 21 Azər hərəkatında Azərbaycan Demokrat Firqəsini qoşulub və ömrünün sonuna qədər ona sadiq qalmışdır. Firqənin tapşırığı ilə müxtəlif vaxtlarda Cənubi
Azərbaycana ezam olunmuş. O, Hüseyn Yəhyai ilə müsahibəsində (bu müsahibə “Azərbaycan Tarixinin bəzi hissələri və Demokrat Firqəsinin liderlərindən biri ilə söhbət” başlığı ilə çap olunmuş) Deyir: “Pişəvərinin ölümü ilə bağlı niyə bu qədər yalan və şayiələr yayırlar? Yoxsa bunu Bağırova və ya digər Sovet məmurlarına bağlayırlar. Bu yalanların nə faydası olacaq? Bağırovla Pişəvəri arasında heç bir fikir ayrılığı yox idi. Bir-birlərinə böyük hörmətləri var idi. Sovet rəsmilərinin və ya Bağırovun hadisəyə müdaxiləsi ağlasığmazdır. Mən bu hadisə ilə yaxından əlaqədə idim. Qəzadan bir gün əvvəl Gəncə şəhərində partiya komitəsinin qonağı idik, müsafirxanada dincəlirdik. Pişəvari və Qulam Yəhya ilə birlikdə bir müddət Təbrizdə konsul olmuş Quliyev də firqə üzvlərinə baş vurmaq, onlara kömək etmək üçün Gəncəyə gəlmişdi. Firqə üzvləri bu bölgənin müxtəlif yerlərində yaşadıqları üçün onların görüşü bir neçə gün davam etdi. Sonda onlar bölgədən ayrılmağa qərar verdilər. Mən maşınının sürücüsü “Məlikyan”ı çağırıb səhər tezdən gediş vaxtı barədə onu məlumatlandırıb və bir qədər də pul verdim ki, yolda lazım gələrsə xərcləsin. Mən dəfələrlə ona avtomobili ehtiyatlı və yavaş sürməyi tövsiyə etdim. Dəfələrlə Pişəvəri də “Məlikyan”ın maşını sürətlə sürməsindən şikayətlənmişdi.Ona görə dəfələrlə ona xəbərdarlıq etdim. Biz başqa yerdə idik və Pişəvəri getdikdən sona biz də “Füruğianlar birlikdə Bakıya qayıtdıq. Qərar oldu ki, Füruğian da maşını yavaş sürsün. Hadisədən sonra dindirmələr Məlikyanın bütün gecəni dostları ilə birlikdə olduğunu, guya içki içdiyini, yuxuya qalmasın deyə hərəkət vaxtına qədər, yəni səhərə kimi yatmadığını və Pişəvərinin ön, Qulam Yəhya, Quliyev isə arxa oturacaqda oturduqlarını göstərdi. Sürücü sanki yatır və maşın idarəetmədən çıxaraq sürətlə yolun kənarındakı betona dəyir.
Qəzadan bir saat sonra Füruğian ilə hadisə yerinə gəldim, Pişəvəri ağır yaralı olsa da, ancaq şüurunu itirməmişdi. Qəzanın necə baş verdiyini soruşduq. Dediyindən elə görünürdü ki, Məlikyanın sürətlə sürdüyü üçün avtomobilin idarəetməsini itirmişdir. Qəzadan sonra bu görüşümüz gecə bir neçə dəfə davam etdi. Və nəhayət Pişəvəri çox qan itirdiyindən vəfat etdi. Bakının tanınmış həkimlərindən olan Pişəvərinin qardaşı Cavadzadə bu xəstəxanaya gəldi və onun ölümünün səbəbini çox qan itirdiyində gördü. Bu qəzada Pişəvərinin Qulam Yəhyanın bir neçə dişi və qabırğası sınmışdı. Bu üzdən də ömrünün sonuna qəzanın törətdiyi fəsadlardan əzab-əziyyətdə idi. Quliyev də ömrünün sonuna kimi iflic halda yaşadı. Ona görə də qəzanın saxta və qəsdən torədildiyi qəbul edilməzdir və onu gözardı edilməməlidir. Belə şayiələr və cəfəngiyyatlar ictimaiyyəti çaşdirmaqdan başqa bir şey deyildir.(Həmin əsər,s 362)
Pişəvərinin vaxtsız ölümü firqənin vəziyyətini daha da çətinləşdirdi. Pişəvəri həyatda olduğu müddətcə firqə rəhbərləri arasında gizli qalan fikir ayrılıqları aşkara çıxdı. Firqə rəhbərliyi üzərində mübahisələr və mübarizələr kəskinləşdi. Nəticədə firqə işlərin üzərində Azərbaycan rəsmilərinin müdaxiləsi artmağa başladı. Pişəvəri həyatda olduğu müddətcə Azərbaycan hakimiyyətinin müdaxiləsi təklif və tövsiyə xarakderi daşıyırdı. Lakin indi aşıq şəkildə müdaxilə edir və hətta firqə rəhbərliyinə təlimat verdilər. Pişəvərinin müavini olan Cahanşahlu artıq firqə rəhbərliyinin abasını əyninə geymişdi, amma o, iddialı, təkəbbürlü və eqoist bir şəxs idi, sanki hələ xan oğlu olduğundan vaz keçməmişdi. Firqənin rəhbərliyini istəyən digər şəxs Məhəmməd Biriya idi. O, zövqlü, bəlağətli və xalq tərəfindən sevilən şair idi. Ancaq zehni, nəzəri, intellektual və davranış sabitliyi yox idi. Ona görə də firqə sədrinin seçilməsi çox vaxt apardı. Nəhayət də İranın Tudə Partiyasının Təbrizdəki Əyalət komitəsini keçmiş sədri “Sadiq Padiqan”(Badiqan) Azərbaycan Demokrt Firqəsinin sədri seçildi….
Ardı var.