Azərbaycanın Demokrat Firqəsi Dr. Məhəmmədhüseyn Yəhyai

Qəvamü-ssəltənə hökuməti 26 dekabr 1947-cı ildə Azərbaycanda öz dağıdıcı planını həyata keçirdikdən sonra devrilib və yerinə İbrahim Həkimi (Həkimül-Mülk) gətirildi. Həkimi saray hakimiyyəti tərəfindən bu vəzifəyə təyin oldu. O, İngilis yönümlü hökumətini təşkil etdi. Həkimi bir azərbaycanlı olaraq Tağızadə ilə birlikdə məşrutə inqilabında iştirak etmiş, lakin Azərbaycanda hərbiçilərin basqı və repressiyaların qarşısını almaq üçün heç bir tədbir görmədi. Yenə də Tehranın diktə etdiyi siyasəti önə sürdü. Həkimi hökuməti də bir neçə aydan çox davam etməyərək 16 iyun 1958-ci ildə istefa verməyə məcbur oldu. Onun ardınca “Abdülhüsseyn Həjir” öz dövlətini qurdu. O hökumət də həmin il 16 Noyabr tarixinə qədər davam etdi. Yenə də azərbaycanlı “Məhəmməd Said Mərağei” baş nazir seçildi. Tehrandakı gərginlik hökumətlərin ömrünü qısaldıb və ölkə iqtisadiyyatını daha da dağıdırdı. Bu səbəbdən Azərbaycandakı durum ölkənin digər bölgələrindən daha ağır və dözülməz idi.

Azərbaycan Milli Hökumətin devrilməsi ilə Tehranın onu təxrib və məhv etmək planı həyata keçirilməkdə idi. Bu səbəbdən də Azərbaycandan kapital qaçışı, işçi, təşəbbüskar elitalar, ziyalılar, ictimai fəallar və digərləri ya köçmək məcburiyyətində qaldılar, ya da orada qalaraq canlarını qurtarmaq üçün susdular. Tehran bütün gücünü səfərbər edərək milli hərəkat nəticəsində Azərbaycanda çiçəklənməkdə olan azadlıq və demokratıyanı boğmaqla onun bütün ölkəyə yayılma potensialının qarşısını aldı. Hərbi vəziyyətin elan olması səbəbi ilə bu siyasətin aparılması Azərbaycanın sosial quruluşuna və iqtisadiyyatına ciddi zərbə vurdu. Bununla yanaşı, nüfuz bölgələrindəki kəndlərı qaçaqlıqdan qayıdan böyük mülkədar və xanlar yenidən əhaliyə vəhşicəsinə divan tutmağa başladılar. Onlar firqə tərəfdarlarının günü qaraltdılar. Firqə meyillilərin bəzilərinə fiziki(qulaqlarını və burunlarını kəsmək, axura bağlamaq, uzun müddət ac saxlamaq) və bəzilərinə isə ailərinə təcavüz etməklə ruhu işgəncələr verirdilər. Ona görə də bir çox gənclər kəndləri tərk edib şəhərlərə sığındılar. Mərkəzi hökumətin qəddar siyasəti və böyük mülkədarların qeyri-insani davranışı nəticəsində Azərbaycanın kənd təsərrüfatı, ticarət, sənaye istehsalının azalaraq kəskin sürətlə aşağı düşdü.

Ardı var