1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımların tədqiqatını 10 ilə yaxın müddətdə aparmışıq. Həmin araşdırmalar zamanı toplanmış məlumatlar əsasında, Milli Elmlər Akademiyasının rəyi ilə “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabı iki dildə çap olundu. Nəhayət kitabın mövzusuna uyğun olaraq “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” sənədli filminin çəkilişini həyata keçirdik. Filmdə müxtəlif arxiv sənədləri, tədqiqatçıların müsahibəsi ilə bərabər vaxtılə (2010-cu ildə) müraciət etdiyimiz canlı şahidlərin fikirləri də təqdim olunub.
Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Nizami Abbas, rejissoru, Mübariz Nağıyevdir.
Dəyərli dostlar, “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” filminə baxıb öz fikirlərinizi bildirin