İran Tudə Partiyası Mərkəzi Komitəsinin sədri Yoldaş Əli Xavərinin həyatı sona çatması münasibətilə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin Bəyannatı!

Hörmətlı həmvətənlər !

İran Tudə Partiyası Mərkəzi Komitəsinin bəyanatına əsasən, xəbərimiz oldu ki ölkəmizin yorulmaz mübariz və görkəmli inqılabçısı Yoldaş Əli Xavəri ürək çatışmazlığı səbəbindən 2021-ci ilin mart ayının 19-da cümə günü həyatı sona çatmışdır. Yoldaş Əli Xavərinın ölümü İran inqilabı hərəkatı, xüsusi ilə də ölkənin fəhlə və zəhmətkeş sinfinin mübarizəsi üçün əvəzolunmaz bir itki sayılır. O elə azadlıqsevən mübarizlər nəslindən idi ki səksən ilə yaxın istibdada, haqsızlığa və istismara qarşı mübarizənin ön cəbhəsində vuruşub, ədalət axtaran və insan sevən ideallarından bir an belə sarsılmadı.

İran Tudə Partiyasının bəyanatında haqlı olaraq deyilir : “Yoldaş Əli Xavəri yorulmaz bir inqilabçı idi. Şahlıq rejimi tərəfindən illərlə həbs və işgəncələrə və uzun illər mühacirətə dözərək, ona və partiyaya qarşı rejimin təbliğat kampaniyasına və xəstəliyinə baxmayaraq səksən ilə yaxın ölkəmizin fəhlə və zəhmətkeşlərinin hüquqları uğrunda mübarizədə, zəngin ömrünün son anlarına qədər, özü həməşə dediyi kimi partiyanın bir əsgəri kimi, öz vəzifəsini yerinə yetirmək üçün heç nədən əsirgəmədi. O, partiya fəaliyəti tarixində, ən çətin və həssas dövrlərində, İran Tudə Partiyasının işinin və mübarizəsinin davamında həlledici və xüsusi bir rol oynadı”.

Yoldaş Xavəri ancaq həbsxanada diktaror Şahın rejimi qarşısında bir müqavimət simvolu kimi dayanıb və canını itirməyə qədər İran Tudə Partiyasının simasini müdafiə etmədi, habelə İslam höküməti tərəfindən İran Tudə Partiyasına qanlı və cinayətkar hücumundan sonra da, mühacirətdə, o çox çətin və ağır bir vəzifəni öz çininə götürdü.

Partiya fəaliyyətinin ən ağır dövründə, ən az imkanlarla və çox saylı işgüzar və təcrübəli üzvlər və kadrların və rəhbər heyətin alim yoldaşlarının olmadığı bir zamanda, elə bir halda ki onların hamısı mollalar respublikası tərəfindən əsir götürülmüş dılər, İran Tudə Partiyasının rəhbərliyi yoldaş Əli Xəvariyə həvalə edildi. O, partiyanın səksən illik ömrünün təxminən yarısı olan otuz səkkiz il ərzində fədakar xidməti ilə bu vəzifəni mümkün olan ən layiqli şəkildə yerinə yetirdi.

İslam Respublikasının qaniçən hökumətinin pəncəsindən qurtulub xaricə mühacirət etmiş Tudə, Fədai və digər siyasi təşkilatların üzvlərinin məskunlaşdırılması, partiya təşkilatının yenidən qurulması, partiya orqanı olan “Nameye Mərdəm”-un nəşr edilməsi, İran da daxil olmaqla dünyanın hər yerindən nümayəndələrin iştirakı ilə Milli Konfransın səlahiyyətli iclasını təşkil etməsi, “Fədai Əksəriyyət” yoldaşların əməkdaşlığı ilə “İranın Zəhmətkeşləri Radiosu”nu təsis edilməsi, partiyanın təşkilatlarını daxildə və xaricdə yenidən qurub səhmana salması böyük işləri idi ki ancaq Xavəri yoldaşın gecə-gündüz səyləri və nüfuzu nəticəsində mümkün ola bildi. Bütün bunlar qlobal kapitalizmin və daxili əks inqilabçıların İran Tudə Partiyasının ömrünün bitməsini qeyd etdikləri və sevincindən dərilərinə sığmayan bir vaxtda həyata keçirildi.

Mövcüd olan Sosialist düşərgəsinin çöküşü illəri də yoldaş Əli Xavərinin partyaya rəhbərlik edən dövründə baş verir. Bu çöküşün dağıdıcı nəticələri dünya kommunist-fəhlə hərəkatına və qardaş partiyalarına o cümlədən İran Tudə Partiyasına ideoloji əsasları üzərində dərin və mənfi təsir buraxdı. Bu mənfi ideoloji təsirlər cinayətkar İran İslam rejiminin hüçumu nəticəsində partya həyatında araya düşən mənfi təsirdən heç də az olmamışdır. Əli Xavaəi yoldaş, marksizm-leninizm dünyagörüşünə əsaslanan partiya ideologiyasının qorunmasında da əvəzsiz rol oynadı.

Əli Xavəri yoldaşın az sayda müsahibəri, partiyaya rəhbərlik etdiyi çox uzun və çətin otuz səkkiz illik müddəti ilə bir-birilə heç mütanasib deyil. Bu, onun “şəxsiyyətə pərəstiş” ruhiyyəsindən qaçmağ və uzaq olduğunun əxlaqı və mənəvi təzahürü idi. Partiyaya rejimin dəhşətli zərbələrindən sonra və dünya fəhlə hərəkatı düşərgəsinin çökməsindən sonra, Xavəri yoldaş davamlı olaraq çalışdı ki İranın fəhlə və zəhmətkeş sinifinin təşkilatı olan İran Tudə Partiyası ölkənin daxilində və xaricində yenədən öz həqiqi və layiqli mövqeyini bərpa edib və qorusun, və bunu da bacardı!