22 mart 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlıq etdiyi “Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyini”nin sədri Arzu Bağırova və “Ümidim sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri Fidan Abbaslı Masallı və Lənkəranda şəhid ailələrini ziyarət ediblər.
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyini”nin sədri Arzu Bağırova Masallı Rayon İcra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova ilə birlikdə 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdə şəhid olan və “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən İntiqam Əsgərli və Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Nurlan Əsgərli qardaşlarının ailəsini ziyarət ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaətlə döyüşən və böyük qəhrəmanlıq göstərərək şəhid olan Nurlan və İntiqam Əsgərlinin keçdiyi şərəfli döyüş yolunun gənc nəslə nümunə olduğu bildirilib.
Daha sonra Qeyri-hökumət təşkilatının nümayəndələri Lənkərandan olan, 1996-cı il təvəllüdlü şəhid Ağalı Zaur Kamil oğlunun ailəsini ziyarət ediblər. Vətən müharibəsinin iştirakçısı olan Ağalı Zaur Qubadlı, Füzuli istiqamətlərində döyüşlərdə iştirak edib və “Qubadlının azad olunması” və “Füzulinin azad olunması” medalları ilə təltif edilib. QHT nümaydələri ailə ilə yaxından tanış olaraq, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Hər iki ailəyə bayram sovqatı və müxtəlif hədiyyələr təqdim olunub.