Mərkəzi ordu tərəfindən Azərbaycan ərazisinə vəhşicəsinə basqın edilməsi, azadlığı, iqtisadi və siyasi cəhətdən öz müqəddəratinin təyin olunmasını tələb edən Azərbaycan Demokrat Firqəsi tərəfdarlarının qəddarlıqla qətlamı, həmçinin kimliyinin tanınmaması, yəni xalqın mədəniyyətinin məhv edilməsi başlandı. Tehranda hazırlanan proqram firqə və Azərbaycan Milli Hökumətinin siyasi, iqtisadı, mədəni cəhətdən qazandığı nailiyyətlərinin məhv edilməsinə yönəlmişdi. Bu istiqamətdə 1946-cı il dekabr ayının 17-də Azərbaycanda böyük kitab yandırma şənliyi icra olundu. Yəni Milli hökumət dövründə toplanmış kitab arxivləri yandırılıb və inşa edilmiş mədəniyyət mərkəzlərinin binaları dağıdıldı. Bu mədəni cinayət uzun müddət davam etdi. İlk mərhələdə milli hökumət tərəfindən türkcə nəşr olunan dərsliklər, fotoşəkillər, lövhələr, emblemlər və digər yazılı əsərlər hədəfə alındı. Firqə üzvləri və əhali qorxduqları üçün ciblərində türkcə yazılmış bir qəzet var idisə, heyrət və çaşqınlıqla onu çıxarıb atəş tonqalına atırdılar. Çünki, sorğu-sual olunmaq istəmirdilər. Zamanla bu millətə mədəni və tarixi kimliyini vermiş olan dilini məhv etmək, Azərbaycanin siyasi və milli kimliyini tanımamaq Tehranın rəsmi siyasətinin bir hissəsi idi.
Tehranın kitabyandırma şənliyi Azərbaycanın davamlı qəzəbinə çevrildi. Bu qəzəb atəşi heç vaxt sönməyəcək. Bu mədəni cinayət mərkəzi hökumətin tapşırığı əsasında hərbi nümayəndələr, ordu başçılari və onların yerli amilləri tərəfindən həyata keçirildi. Bəzən məktəb direktorları bu vəhşi ordudan qorxaraq uşaqları toplayıb, onları dərsliklərini yandırmağa təşviq etmək üçün mühazirələr oxumağa məcbur oldular. Təbrizdə bu mədəni cinayətın törənməsi üçün Saat Meydanı, instititut, dar ağacının altı və məktəblərin önü seçildi. “Yaşasın padişah”- deyə qışqıraraq şirniyyat payladılar.. Yerli mürtəcelər
tərəfindən dəstəklənən bu çirkin, dəhşətli cinayət müəllimləri o dərəcədə incitdi ki, onların bəziləri dözə bilməyib, hirsindən özlərini atəşə atırdılar. O cümlədən “Anadili” müəlliməsi “Solmaz” xanım kimi müəllimlər özünü atəşə atdı. Lakin vəhşi cinayətkarlar onu xilas etmək əvəzinə alovları artırmaq üçün başına və üzərinə yağ səpdilər. Azərbaycan ziyalıları tərəfindən Solmaz İnkvizisiya məhkəməsində edam hökmünə məhkum olub və Parisdə atəşə atılan “Jannadarak”a bənzədildi. Bu mədəni cinayət Tehrandakı bəzi həyasız ziyalıların susqunluğu ilə müşaiyət edildi. Bu susqunluq bir növ törədilən bu cinayəti müdafiə etmək demək idi. Qəzet jurnalistlərı də boş oturmadan təbliğatlarına davam edirdilər. “İttilaat” qəzeti bu mövzuda yazırdı: “… kitablar yandırılır, reklam lövhələri tez dəyişilir, bazarlar lampalarla bəzədilərək açıldı. Firdovsi Liseyi Polkovniki Urmiyyə “qəhrəmanı” olan “Zəngənəh”ə təşəkkür etdi. “Atəş” qəzeti bu gün də bəzi şəhər sakinləri, mətbuat müxbirləri, zabit və məmurları tərəfindən türkdilli kitablarının yandırdığını yazırdı.
Uzun illər bu irənc və dəhşətli mədəni cinayət rejimin geniş yayılmış təbliğatı altında gizlədilirdi. Nəhayət ki, bəzi canlı şahidlər bu cinayət haqqında danışmağa başladılar. Son illərdə onların sayı artmaqdadır. Azərbaycan yazıçısı Səməd Behrənginin qardaşı Əsəd Behrəngi, Dr. Əhməd Saii, Mahmud Axundi və digər müəlliflərin hər biri xatirələrində öz müşahidələrini yazmışlar. Tanınmış Azərbaycan yazıçısı, tənqidçi və şairi Dr. Rza Bərahəni: “Ordu Təbrizə gələndə altıncı sinifdə oxuyurarkən milli hökumət devrildi. Hərbi zabitlər məni türk dilində olan bir divar qəzetini yalamağa və yazdığım dəftərlərimi yeməyə məcbur etdilər. Əlbəttə o divar qəzetində mənim də bir yazım var idi. Hər zaman Bu hadisəni xatırlayarkən öz-özümə deyirəm dilimi yeyib və uddum. Bizimlə onların düşmənçiliyi sona yetmirdi. 1973-cü ildə SAVAK həbsxanasında müstəntiq soruşdu: “Təbrizdəki eviniz xain partiyaların ziyanlı kitablarının mərkəzi idi? Cavabında “heç vaxt evimiz olmayıb.”-dedim. Azərbaycanın çalışqan və itibaxışlı yazıçısı Qulamhüseyn Saedi deyir: “Türk
dilini öyrənmişəm və o da Pişəvəri rəhbərlik etdiyi milli hökumət dövrü idi. Dördüncü sinifdə oxuyurdum, ondan zövq alırdım və özümü insan kimi hiss edirdim. O bir il müddətində Maksim Gorki, Çexovun hekayələri, Sabir və Möcüzün şerləri dərsliklərimizdə yazılmışdı.(Saedi ilə reportaj, 6 aprel 1984, Paris, müsahibə aparan Ziya Sidqi) .
Bu mədəni cinayətin canlı şahidi olan Professor Məhəmmədəli Fərzanə öz xatirələrində yazır: “Azərbaycan Demokrat Firqəsi ilə əməkdaşlığı bəhanə edərək xalqın gözü qaşısında vəşicəsinə insanların bir qismini öldürüb və çoxunu İranın Cənub məntəqəsinə sürgün etdilər… Hər gün səhər tezdən bir neçə qurbanın cansız cəsədləri dar ağacından asıldığını və onların ayaqları altında Azərbaycan Milli Təhsil nazirliyi tərəfindən tərtib və nəşr olunan türk dilində dərsliklərin yandırıldığının şahidi olurduq. (tərtibçi Sidiqə Ədaləti, professor Məhəmmədəli Fərzanənin Xatirələri, s. 219)
Azərbaycan xalqına və türk dilinə qarşı düşmənçilik bütün dövrlərdə davam etdi. Hər hansı bir mədəni və ictimai fəaliyyətlə ciddi şəkildə mübarizə aparıldı. Bir müddət yalnız mərsiyə kitablarının türk dilində nəşr olunmasına icazə verilirdi. Türk dilində adların qoyulmasına şiddətlə qarşı çıxırdılar. Əslində, Vaxtı ilə Mostofilər tərəfindən tətbiq olunan Rza Şahın Türk dilini məhv etmək siyasətini davam etdirirdilər (Rza Şah və Mostofinin amillərindən biri olan Məhyar Nəvai, dedi: “Yeni doğulmuş uşaqlar valideynlərindən alınmalı və farsdilli baxçalara verilməlidir.) İxtiyarlarında olan dil mütəxəssislərindən, psixoloqlardan və sosioloqlardan istifadə edərək insanları, xüsusən də uşaqları və gəncləri ana dillərinə bədbin etməklə onların kimliyini dəyişdiriməlidir. Həmçinin Türk sözü alçaldıcı və təhqir kimi qəbul edilməlidir.
Yenə də millətləşmə və dil ilə əlaqədar olaraq Məhəmmədəli Füruğinin faşist düşüncələri ortaya çıxdı. 1306-cı ildə o,(Füruği) belə söyləmişdi: “…İzah etməyə lüzüm yoxdur. Azərbaycanda fars dilinin yayımı və o xalqın qeyri-
İranlı(Türk) dilindən uzaqlaşdırılmasının vacib bir məsələ olduğunu izah etmək lazım deyil. Xüsusilə təhsil ocaqlarında hər hansı bir işdə tələbələr ilə Fars dilində danışmalıdırlar. (Fars dilində yüz minlərlə tablo və nişananlar hazırlayaraq asın. Əhali fars dilində danışmalı və iclaslarda türkcə danışmamalıdırlar. (Alireza Sarrafi, Azərbaycanda təhsil məsələlərinə dair iki məqalə, s. 22)
Ordunun Azərbaycana gəlişi və kitabkitabyandırma şənliyinin qeyd olunması ilə orada ən şiddətli mədəni soyqırım həyata keçirildi. Mədəni soyqırımının irq, milliyyət, etnik mənsubiyyət və dinlə heç bir əlaqəsi yoxdur. Onun məqsədi mədəniyyəti və kimliyi məhv etməkdir. Bu mədəni soyqırım bəzən fiziki və bəzən də ümumi məhv etmək kimidir. Yəni mədəniyyət və sənət əsərləri və ona aid mərkəzlərdən (kitabxanalar, arxivlər, muzeylər, akademiyalar, sənət ocaqları və s.) əsər-əlamət qalmır. Azərbaycanda bütün qətllər, sürgünlər və mühacirətlərə baxmayaraq xalqın fiziki məhvi mümkün deyildi. Uzun müddət davam edən mədəni soyqırım nəticəsində bəzilərinin Türk dilinin lazımlı və yetərli bir qabiliyyətə sahib olmadığına qənaətinə qəlirdilər. Filosof, bir sıra tarixi, siyasi əsərlərin müəllifi və İran şəhrli nəzəriyyəsinin banisi Seyyid Cavad Təbatəbai, “Dərs vermək üçün Türk dilinin qabiliyyəti yoxdur” düşüncəsinə inanır. Özü hazırladığı düşüncələrə o qədər inanan bu filosof türkdilli ölkələrdə bütün dərslərin türkcə tədris olunduğunu və ədəbiyyat üzrə türk yazıçısı Orhan Pamukun Nobel mükafatı aldığını bilmir.
II Dünya Müharibəsinin bitməsi və Müttəfiqlərin Hitler faşizmi üzərində qələbə qazanması ilə birlikdə soyqırıma(soyqırım, insanlığa qarşı cinayətlər və s.) şahid olan bəzi ziyalılar, bu cinayətin günahkarlarının cəzalandırılmalı olduğunu düşünürdülər. Bu istiqamətdə polşalı hüquqşünas “Rafael Lemkin” 1946-cı ildə Soyqırıma qarşı Konvensiya hazırladı. 1948-ci ildə isə BMT Baş Assambeliyası qətl, ağır fiziki və mənəvi ziyan vurmaq, bir insanın yaşayış şəraitini ağırraşdırmaq, nəsl artımının qarşısını almaq və ya uşaqların bir etnik
qrupdan digərinə məcburi köçürülməsi beynəlxalq hüquqda cinayət sayıldığı üçün günahkarlar cəzalandırılacaq. Burada Rafael Lemkin mədəni soyqırımı nəzərdə tutmayıb və onu konvensiyaya daxil etməyibdır. Lakin zaman ötdükcə məhv etmək üçün milli kimlik və kollektiv hafizəni hədəfə alan mədəni soyqırım(hər hansı bir millətin mədəni təməli olan dillər və ənənələr) müxtəlif müqavilələrdə öz yerini tapdı. Bu yöndə mədəni və siyası hüquq müqavilələri hazırlanıb və 16 dekabr 1966-cı ildə BMT Baş Assanbeliyasında təsdiq edildi. Bu beynalxalq sənədin birinci maddəsində yazılıbdir: “ Bütün millətlərin öz müqəddəratlarını təyin etmə hüququ vardır. Mədəni və siyasi hüquqlarla bağlı müqaviləsinin 27-ci maddəsində deyilir: “İrqi, dini və ya linqvistik azlıqların olduğu ölkələrdə onlara mənsub şəxslər öz toplumlarında bir-birləri ilə ana dilində danışmaq və dinlərindən bəhrələnmək hüququndan məhrum edilə bilməzlər. və s.
Mədəni soyqırım vasitəsilə təhsil ocaqları məhv edilir, müxtəlif yollarla mədəni tərəqqi və inkişafın qarşısı alınır, mədəniyyət tarixi və kimliyi təhrif olunur. İstimai və iqtisadi statistika təhrif olunur və gerçəkliyi inkar edilir. Toplanan arxivlər və mədəniyyət mərkəzlərinin dağıdılması cəmiyyət arasında ruh düşkünlüyünə səbəb olur. Belə davranış və hərəkətlər beynalxalq müqavilənin 27-ci maddəsi yazılmış mədəni-siyasi hüquqlarla ziddiyyət təşkil edir. Rafail Lemkin öz hüquqi fəaliyyətləri davam etdirərkən bu nəticəyə çatdı ki, mədəni soyqırım mütləq bir millətin dərhal məhv edilməsi deyil. Bəlkə də bir xalqın ictimai yaşayış və milli kimliyini məhv etmək üçün həyata keçirilən koordinasiya edilmiş davranış proqramıdır. Bu isə bilərəkdən uzun müddətdə həyata keçirilir siyasi, iqtisadi, sosial, tarixi, mədəni, milli duyğular və sayirə şamil olan bu təməllər, soyqırım siyasətinin irəliləməsi ilə zəif və kövrək olurlar ….
Ardı va