Görkəmli şairin həyat və yaradıcılıqlarından nümunələr

İran ədəbiyyatının görkəmli xadimlərindən biri olan şair Əbülqasim Arif təqqiqatçıların yazdığına görə 1300- cü hicri qəməri (miladi 1879 cu il) ildə Qəzvin şəhərində anadan olmuşdur. Onun atası Molla Hadı Qəzvində nüfuzlu mollalardan biri və Məclisi Şurayi Millinin dördüncü dövrəsinin vəkili olmuşdur.

Arifin qəlbində uşaq yaşlarından atasına qarşı narazalıq yaranır, bu narazılığın səbəbi Arifin yazdığına görə atasının evdə ailəsi ilə bədrəftarlıq etməsindən irəli gəlirmiş. O, göstərir ki. “atam həmişə anamı döyürdü, təhqir edirdi və buna görə də ruzugarımız çox kədərli keçirdi” Arif molla məktəbində təhsil aldığı vaxt eyni zamanda 13 yaşından musiqi də öyrənirmiş. Arif 17 yaşında məktəbi qurtarır və bundan sonra atası onun başına əmmamə qoyur və rozəxanalıqla məşğul olmağa vadar edir. Atasını ədalətsiz bir molla tanıyan Arif onun mollalığına da, millət nümayəndəsi olmasına da təəsüf edərək yazır ki, öz ailəsinə zülm edən, səqir uşağı olan qadınların var – yoxunu şəri hiylələrlə əlindən alan bir mollanın vəkil olması təəcüblüdür. Çünki millətin bu yalançı nümayəndəsi xalqın qayğısına necə qala bilər?

Arif atasə iştirak etdiyi dördüncü dövrə məclis nümayəndələrini millət xaini və ingilis səfirliyinin kandidatı kimi adlandırır. O, məclis nümayəndəsi Müdərrisin xəyanətini İsmayıl ağa Smitkonun xəyanətindən daha dəhşətli hesab edərək deyirdi: Bütün şərəfli insanlar bilir ki, baş vəzir Qəvamissəltənə vətənimizə etdiyi xəyanətlərlə bir millətin tarixini ləklədi, onun ikinci dəfə baş vəzir olamasının səbəbi həmin Müdərris olmuşdur. Buna görə də, atam da içərisində olmaq şərtilə döpdüncü dövrə məclis nümayəndələrini ölüsünü qəbirdən çıxartmaq və onları

Şimal nefti ilə yandırmaq lazımdir ki, millətin kürsilərini hiylə ilə işğal edən yalançı nümayəndələrə ibrət dərsi olsun.

Arif QəvamicCəltənəni İranda inqilabi axının qəddar düşməni və həm də Məhəmməd Təqi xanın qatili bilirdi. Ona görə də onun ikinci dəfə baş vəzirliyə keçməsinə səbəb olan məclis vəkili Müdərrisi millət xaini və istibdadın məclisdə olan fəal nümayəndəsi hesab edərək, yazırdı:

Müdərris əzrəhi Türkiyyə və Hicaz və İraq

Dübarə çün şütürü luk bihicaz aməd.

Ci ehtiram, bər an hacıyəst mərdom ra

Ki bivizu sui həcc rəft və binəmaz aməd.

Tərcümə:

/ Müdərris türkiyə və hicaz və İraq yolu ilə

tükü getmiş cihazsız dəvə kimi dübarə gəldi.

Xalqın belə hacılığa nə hörməti olsun ki,

dəstəmazsız həccə gedib və namazsızda qayıdıb. /

 

Arif əmmaməni, molla libasını və rozaxanlığı ğzünə təhqir hesab edirdi. Ona görə də atası öləndən sonra özü dediyi kimi həm atasından, həm də mollalıqdan intiqm alır, müasir adamlar kimi paltar geyinir, bu cəhətdən mütərəqqi fikirli bir şair və bir incəsənət xadimi kimi öz həyatını davam etdiri. O, öz vəziyyətinə görə bir çox ailələrlə irtica və istibdad adamları ilə, həmçinin mütərəqqi fikirli insanlarla müaşirət edirdi. Şahzadələrin məclisinə düşür, dövlət başçıları ilə görüşür və hətta dərbara da yol tapır, bu cür məclislərdə hazır olan Arif özünü bir iddə məğrur, xudxah adamların, o cümlədən dərbar vəziri Cultanəli xan Əmir Bahadur, şahzadə Müvəssəqid Dövlə və başqalarının məclisini də görəndən sonra dəfələrlə öz tutduğu işdən peşiman olur, bütün bunlara baxmayaraq o, şahzadə Müvəssəqiddövlənin toruna düşür və onun vasitəsilə Müzəffərfəridin şah Qacarın sarayına cəlb edilir.

Arif Qacar şahları sarayında istibdadın ən nəngin və yaramaz mahiyyəti ilə tanış olandan sonra nifrət etdiyi saraydan canını qurtarmaq üçün öz həyatını təhlükəyə salıb oradan qaçır. Lakin o, nə qədər dərbardan qaçıb uzaqlaşmağa

çalışsa da yaşadığı mühitin ziddiyyətlərindən yaxa qurtara bilmir. Bu ziddiyyətlər onun düşüncələrində və nəticədə yaradıcılığında da öz təsirini göstərir. O, xalq hərəkatını çox yaxşı qiymətləndirir, lakin bu mübarizənin səbəbini aydınlaşdırmaqda ziddiyyətli fikirlər irəli sürülr. İstibdad və imperalizmə nifrət edən Arif əvvəllər Seyyid Ziya hökümətinin mahiyyətinə düzgün qiymət verə bilmir. Görkəmli şair Azərbaycandakı xalq hərəkatını, Xiyabani və Heydərəmioğlunu çox gözəl və real mövqedən qiymətləndirir. Lakin Azərbaycan dilinə münasibətdə şovinist fikirli adamların fikrini təkrar edir. Hətta bütün İran xalqlarına münasibətdə özünün istəmədiyi dərin bir səhvə yol verir. Bütün bunlara baxmayaraq işin sevindirici cəhəti burasındadır ki, zaman keçdikcə Arif öz səhvlərinin bir sırasını düzəltməyə müvəffəq olur.

Arif İranın bir sıra əyalətlərinə, o cümlədən Gilan. Xorasan, Azərbaycan, Kürdüstan, Xozistan, İsfəhan və başqa əyalətlərə səfər edib, xalqların aclıq, səfalət, cəhalət və bədbəxt həyatı ilə yaxından tanış olaraq hakimiyyətin nalayiq və xainlər vasitəsilə vətən düşmənlərinin əli ilə idarə edilməsinə təəsüf edir. O, bu barədə yazırdı ki, vətənin hər yerinə qədəm qoyuram, idarələrdəki oğrulara rast gəlirəm və yaxud yol kəsənlərə əsir düşürəm.

Bütün bunlar, xüsusilə xalq kütlələrinin narazılığının gündən – günə artması və istibdada qarşı mübarizənin güclənməsi Arifin ictimai fikirlərinin formalaşmasına müsbət təsir göstərir. Onun yaradıcılıq dövrünün həssas illəri İranda başlanan məşrutə inqilabı və milli hərəkatın güclənməsi illərinə təsadüf edir. O, bu hrəkəta rəğbət bəsləyir. Hərəkata qoşulur və öz qələmi və sənəti ilə xalq mübarizəsinə kömək edir. O dövrün görkəmli hərəkat xadimləri olan Şeyx Məhəmməd Xiyabani, Heydərəmoğlu və Məhəmməd Təqi xan Arif yaradıcılığında həmişə hörmət və izzətlə yad edilir. O, yazır: “imtəhanlardan çıxmış böyük inqilabçı mərhum Heydərəmoğlu ilə dostluğum var idi. Heydər xan ilə mənim ünssiyyətim Tehranda Mirzə Bağır xanın evində oldu. Orada azadlıqdan danışılırdı və mən bundan başqa söhbət eşitmək istəmirdim”.

Məşrutə inqilabı başlananda Arif sevinir və deyirdi ki, xalq oyanıb və kütləvi inqilabın nəticələri daxili və xarici düşmənlərin İran xalqlarına gətirdiyi fəlakətlərə son qoyacaqdır. Buna görədə o həyəcan və inamla deyirdi:

Peyam duşəm əz piri mey firuş aməd,

Be nuş badə ki, yek milləti behuş aməd.

Hezar pərdə zi İran drid istibdad

Hezar şükr ki, məşrutə pərdə nuş aməd.

Bırayi fəthi cavanani cəngi – cu cami,

Zədəm zi meykəde fəryad nuş, nuş aməd.

Kəsi ki, ru be səfarət peyi ümidi rəft,

Dəhid mejde ki lal və kər xamuş aməd.

Sədayi naleyi Arif be guşi hər ki, rəsid,

Çü dəf be sər zəd və çun cəng dər xüruş aməd

Tərcümə:

/ Dünən meyxananın pirindən peyğam gəldi,

badə iç ki, bir millət oyandı.

İstibdad İranın min pərdəsini yırtdı,

min şükr olsun ki, məşrutə pərdə örtən gəldi.

Döyüşçü gənclərin qələbəsi üçün bir cam qaldırdım,

Meyxanədən nuş olsun, nuş olsun sədası gəldi.

O kimsə ki, səfirliyə bir ümidlə getmişdi,

Müjdə verin ki, lal və kar və səssiz gəldi.

Arifin naləsi hər kəsin qulağına çatdl,

Qaval kimi başa vurdu cəng kimi fəryada gəldi./

 

Arif güclü təsirə malik şerləri, qəzəl və təsnifləri ilə vətən xainlərinə qarşı kəskin mübarizə aparmaqdan çəkinmirdi. Lakin təəsüf bu mübarizələrdə müvəffəqiyyətsizliyə. Ikiüzlü adamlara rast gəldikdə o, küskünləşir və deyirdi ki, “İranda mənim sığınacağım meyxanədir, lakin hərəkatın gücləndiyi vaxt ilhama gələn Arif yenə də canavar mürtəce ünsürlərin qoyun dərisi geyib inqilabçılar sıralarına soxulmalarından, sonradan isə canavar qiyafəsinə düşmənlərindən qəzəblənib nalayiq adamları öz qoynunda becərən mühiti təqsirləndirirdi. O, məqam və pul xatirinə məmləkəti əcnəbilərə ikiəlli təqdim edən hiyləgər adamları, hakim təbəqəyə mənsub olanları tənqid atəşinə tutub rüsvay edir və onları