Dünya Ana və Uşaqları İctimai Birliyinin Agcabədi rayon regional şöbəsi bir sıra tədbirlər keçiriblər. Onlardan biridə Təzə kənd sakini 1-ci Qarabag müharibəsində şəhid olmuş Rizvan Quliyevin anım gününün qeyd edilməsi üçün təşkil edilmiş tədbirdir.Tədbirdə kənd İcra nümayəndəsi, kənd sakinləri, şəhidin qardaş və bacıları iştirak etdilər. Şəhidin məzarı ziyarət edildikdən sonra onun adına salınmış parkda, şəhidin abidəsi önünə qərənfillər düzülərək ruhuna dualar oxundu.
Dünya Ana və Uşaqları İctimai Birliyinin Agcabədi rayon regional şöbəsi öz işinə sadiq olaraq, kənd və rayon ərazisində olan bir sıra şəhid ailələri ilə görüşlər keçirmişdir. Bunlardan biri də şəhidimiz Əsədov Əli Bayram ogludur. İctimai birliyimiz şəhidin ailəsi ilə görüşərək, onun anasına mənəvi dəstək olub. Bir İctimai birlik olaraq hər zaman onun yanında olmaga söz verdik. Bu bizim mənəvi borcumuzdur.
Sonra isə şəhidlərimizin adına kəndin içərisində tikilmiş bulagın açılışında iştirak etdik. Hamısıah şəhidlərimizə rəhmət eləsin