“Uşaqlar Gələcəyimizdir” şüarı altında “Vərəm haqqında nələri bilməliyik?” adlı maarifləndirici tədbirə dəvət edirik

Sizi böyük məmnuniyyətlə, 18 fevral 2021-ci il, saat 16:00-da keçiriləcək “Uşaqlar Gələcəyimizdir” şüarı altında “Vərəm haqqında nələri bilməliyik?” adlı maarifləndirici tədbirə dəvət edirik.
Bildiyiniz kimi, 24 mart, Ümumdünya Vərəmlə Mübarizə günü yaxınlaşır. Bu kontektsdə Azərbaycan Vərəm Koalisiyası uşaqların vərəmdən mühafizəsinə diqqət çəkmək məqsədilə bir sıra tədbirlər planlaşdırır.
“Sağlamlığa Xidmət” İctimai birliyi və Azərbaycan Valideyn-Müəllim Assosasiyasının birgə təşkilatçılığı, TB REP proqramının və Səhiyyə Nazirliyi Beynəlxalq Proqramlar üzrə ÖƏK-in dəstəyi ilə “Uşaqlar Gələcəyimizdir” adlı vərəm haqqında maarifləndirici tədbir təşkil edilir. Tədbirə vərəm müalicəsində olan uşaqlar, ölkə üzrə həm paytaxtdan, həm də regionlardan şagird, müəllim və valideynlər dəvət olunur. Məqsədimiz əyləncəli və maraqlı tərzdə qurulmuş səhnəciklərlə uşaqlara Vərəm/COVİD-19 haqqında mesajlar vermək, onları maarifləndirməkdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tədbirə xüsusi dəstəyini göstərmişdir. Bir sıra yerli və xarici qurumların rəhbərləri dəvət olunmuşdur.
Tədbirin proqramı əlavə olunur.
Hörmətli Dünya xanım, benefisiarlarınız olan uşaqların bu onlayn tədbiri izləyə bilmələri üçün müvafiq köməklik göstərməyinizi xahiş edirik.
Tədbir daha çox uşaqların əylənərək öyrənməsini hədəfləyir.
Tədbirin giriş detalları:
https://us02web.zoom.us/j/89977304629?pwd=Znhac3VOdGFKSXZ1NmhMUWpZODB6dz09
Meeting ID: 899 7730 4629
Passcode: 234350