Əsil namuslu insan ailəsini, özündən, vətəni ailəsindən, bəşəriyyəti vətənindən üstün tutmalıdır.
Vətən uğrunda canlarından keçmiş şəhidlərimiz, qazilərimiz və veteranlarımız bu cürə insanlardırlar.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin qətiyətli iradəsi və rəhbərliyi ilə isə Müzəffər Azərbaycan Ordusu 2800 nəfər şəhidlərimizin qanları bahasına işğal olunmuş torpağlarını ermənilərdən qeyri-şərtsiz azad edərək, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Bundan sonra isə, Şəhidlərimizin qanları bahasına əldə etdiyimiz Azərbaycan dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq Azərbaycan ordusu ilə yanaşı, milli mənsubiyyətindən aslı olmayaraq bütün Azərbaycan vətəndaşlarının müqəddəs vəzifə borcudur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövət qulluğçularına tapşırmışdır ki, “Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda Şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin həm də cəmiyyətin başlıca vəzifələrindən biridir!”
Buna görədə, cənab Prezident Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə, müvafiq Fərman və Sərəncamlar imzalamışdır.
Bu gündə bu təbəqəyə diqqət və qayğı cənab Prezidentimiz tərəfindən davam etdirilərək, 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiyyəsi uğrunda şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə və sağlamlığlarını itirmiş hərbi qulluqçulara sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verərək onlara diqqət və qağını artırmaq məqsədi ilə yaranmış “YAŞAT” Fondunun yaradılmasını xalq tərəfindən müsbət qarşılandı.
Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələrini dayma yaşatmaq məqsədi ilə ölkə prezidenti cənab İlham Əliev vərəfindən xüsusi Fərman və sərancamlar imzalanaraq müfafiq aidiyəti olan dövlət təşkilatlarına ciddi tapşırığlar verilmişdir. Bu fərman və sərancamlara əsasən ölkəmizdə şəhid ailələrinə və müharibə qazilərinə dövlətimiz tərəfindən həmişə diqqət və qayğı göstərilib, onların sosial rifahının yüksəldilməs, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Bu baxımdan yaxın gələcəkdə də dövlət tərəfindən bu istiqamətdə mühüm layihələrinin həyata keçirilməsi nəzərdə tutulub. Bunlardan ən əsaslarından biridə şəhid aillərinin və əlillərin qarşıdakı 5 il ərzində mərhələli şəkildə mənzillə təminatı ilə bağlıdır. Bundan başqa sisə Şəhidlərin və müharibə əlillərinin aililə üzvülərinin təhsil haqqından azad edilməsi, onların ailə üzvülərinə sahib çıxdığını, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaq üçün mütəmaddi sürətdə ciddi addımlar atıldığının bariz nümunəsi kimi göstərir.
Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Şəhidlərimizin dəfin olunduğu yerdə, dövlət proqramına salınaraq, aidiyəti olan dövlət təşkilatlarının nəzarətindərir və tezliklə orada Şəhidlərimizin adına uyğun ən müasir Şəhidlər Xiyabanı yaradılacaqdır. Biz hamımız bu yay və yaz aylarında bunun şahidi olacağıq.
Buna görədə əziz şəhid aillərimizi bəzi pozucu radikal adamların yalan şaiələrinə alanmayaraq, bu həssas məsələdə səbirli və təmkinli olmalarını xahiş edirəm.
“YAŞAT” Fondunun məqsəd və məramına dəstək verərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiyyəsi uğrunda şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə və sağlamlığlarını itirmiş hərbi qulluqçulara öz döğmalarımız kimi diqqət və qayğı göstərmək hər birimizin borcudur.
Vətəndaşlarımız dərk etməlidirlər ki, bu gün daha çox şəhid ailələrinin xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiyyətin həmişə diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin problemləri yalnız onların problemlei deyil bütün cəmiyyətin problemi sayılmalıdır.
Buna görədə mən xüsusi ilə, Azərbaycanın imkabnlı iş adamlarına müraciət edərək bildirirəm ki, əgər xalq dövlət arasında yaxşı nüfuz qazanmaq istəyirsizsə, onda açgöz və həris olmayın, Vətənin müdafiyəsi uğrunda Şəhid olmuşlarn aillərinə və Qazilərinə öz doğmalarınız kimi yanaşaraq maddı-mənəvi kömək edin. Unutmayın ki, onlar sizin yaşadığınız, mal-dövlət qazandığınız vətənin uğrunda şəhid olmuşlar və sağlamlığlarını itiriblər.
Azərbaycan xalğının vətəni, şərəfi, qüruru uğrunda Şəhid olmuşların xatirələrini daima yaşadaraq əziz tutması hər bir Azərbaycanlının vacib məsəllərindən biri olmalıdır.
Şəhidlərin qəhrəmanlığı Azərbaycan xalğı üçün, Azərbaycan gəncləri üçün örnək olub bundan sonrada örnək olacaqdır.
Azərbaycanın bu günki nəsilidə, gələcək nəsilidə Şəhidlrimizin göstərdikləri qəhramanlıqlarından nümunə ğöstərərək, Azərbaycan xalqının milli azadlığını, Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün daim mübarizədə olacaqlar.
Hamısıah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq.
Əsrlər keçməyinə baxmayaraq Xalq tərəfindən əsla unudulmayan insanlardır şəhidlər.
Tarix boyu inanan millətləri zəfərdən zəfərə aparan səbəb də vətənə xidmət etmək və şəhid olmaq arzusu olmuşdur.
Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər.
Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmamalıdırlar. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır. Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır.
Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.
“Canlarını vətən, millət, dövlət uğrunda qurban vermiş şəhidlər həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar”.
Nə qədər ki, Azərbaycan Xalqı, Azərbaycan dövləti var şəhidlərimizdə qəlblərimizdə yaşayirlar və yaşayacaqlar!
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda Şəhid olmuş insanların adı daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz!
Hamısıah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad məkanları isə cənnətlik olsun!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
SƏRRAF ORUCOV: Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezdenti, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək Mərkəzinin” rəhbəri.