Alman faşistlərinə xidmət edən Ermənistanın “milli qəhrəmanı” elan olunmuş faşist cəlladı, satqın Qaregin Njdenin Xocavənd rayonun mərkəzində heykəl qoyulması növbəti erməni təxribatıdır. Bu sözləri SosialMedia.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib.
Onu qeyd edir ki, II Dünya müharibəsinin başlanğıcında sözügedən faşist cəllad Njde Hitler Almaniyası ilə əməkdaşlıq etmişdir.
O, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agenti cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Sovet Ordusunun arxa cəbhəsinə atılmasında iştirak etmişdir. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak etmışdir. 1942-ci ildə o, SSRİ-yə qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”
Bu da onu göstərir ki, erməni faşizmi Hitler faşizmindən daha qəddar olub.
Qarabağdakı Rusiya sülhməramlıları bu məsələdə öz məsuliyyətlərini dərk etməli, heç vəchlə erməni təxribatlarının baş verməsinə imkan verməməlidirlər. Əks təqdirdə bu sülhməramlılar nüfuzlarını itirəcəklər.
Təbii ki, Azərbaycanın regiona gətirdiyi sülh, təhlükəsizlik, inkişaf, iqtisadi əməkdaşlıq təşəbbüslərinə qarşı çıxmaq istəyən erməni təxribatı cavabsız qalmayacaq.