Cənnət Anaların ayağı altındadır
Hz. Məhəmməd.(c.c)
21ci əsrdə kadına şiddət, bir xanımın şəxsiyyətinin alçaldılması, o şəxsin yaşadığı ölkədə cəmiyyətin özbaşınalığının başlıca göstəricisidir. Bu isə bizim ölkəyə xass deyil. Bizim qayğımızı çəkən, düşmənləri öz yerinə oturdan, ölkəmizdə sülh və əminamanlıq yaradan humanist bir dövlətimiz var… Bizim ölkədə qadına təzyiq, şiddət qınanılan hərəkətdir. Ailədə isə qarşı tərəfə alçaldıcı münasibət, şiddət, O insanın epikrizində psixoloji pozģunluğun olmasını bəlirlədən diaqnozdur..
Müsahibimiz:
Vətəndaşlıq hüquqları pozularaq şiddətə məruz qalan, 2övlad Anası, nəhayyət ki, Azerbaycan qadını Qəbələnin Solquca kəndində yaşayan Eyvazova Xalidə Süleyman qızıdır.
O, 08.01.2021ci ildə aşağıda qeyd olunan dövlət qurumlarına və əlagədar təşkilatlara yazılı müraciət edərək həyati təhlükəsizliyi üçün yardım istəmişdir.
Xalidə Eyvazova 25 ildir öz həyat yoldaşı Eyvazov Dəmir Rəsul oğlu tərəfindən şiddətə məruz qalır. Hələ bu azmış kimi Eyvazov Dəmir xanımı Xalidə Eyvazovaya öz övladlarını qəddarcasına öldürməyi məcbur edir.
Ailə başcısı rolu oynayan xəstə təxəyyüllü Eyvazov Dəmir həyat yoldaşı və övladlarına olmazın işgəncə, əzablarını vermiş.. Dəhişətli odur ki, Ana və övladların əl -qolunu bağlayaraq sobada qızdırdığı dəmirlə dağ basmış,Qızdırılmış sobanın üzərində otutmuş, Çaynik qaynayan an suyunu zərər çəkmişlərin üzərinə tökmüş, kəlbətinlə vicudunun ətlərini dartaraq lezva ilə çərtmiş. Sinirlərini cilovlaya bilməyən Eyvazov Dəmir 25 illik həyat yoldaşı Xalidə Eyvazovanı acımadan lüt soyunduraraq, həyətlərindəki stola oturdaraq, əl qolunu bağlayaraq yağışlı-qarlı soyuq havada işgəncələr vermiş.
14.10.2019cu il tarixində gec saatlarda zərərçəkən Xalidə xanım nəhayyət ki, vəhşi xislətli həyat yoldaşının əlindən qurtularaq zülmət qaranlıqda meşə yolu ilə kənddən qaçmış və Səhər saatlarında 15.10.2019cü il tarixində Qəbələ rayon xəstəxanasına yetişmiş.
Həkimlərimizdən Hamısıah razı olsun.. Xalidə Eyvazovaya tibbi yardım göstərmiş və yaralarını sarmışlar. Eyni zamanda Poliş əməkdaşları gəlmiş və zərərçəkən Xalidə Eyvazovadan başına gələnlər hakkında izahat almışlar. Bu hakkda Tibbi ekspert də öz rəyini vermiş. Təccüblüsü odur ki, Hələ indiyə kimi bu hakkda Qəbələ rayon polis şöbəsi tərəfindən heç bir tədbir görülməmiş. Zərərçəkən Xalidə Eyvazova cinayət işi ilə əlagədar Polis şöbəsi ilə əlagə saxlasa da onu qane edən cavab almamış. Qəbələ rayon DTX polis şöbəsindən zərərçəkəni məyus edən yalnız bir cavab verilmiş -“Sizin ailədə barış olmuş”- deyə şikayyət işinin bağlandığını izah etmişlər. Hal bu ki, ailə zəminində zərərçəkən Xalidə Eyvazova heç bir barışın olmadığı və onun razılığını almadan Azerbaycan respublikası Dövlet konstitutsiyasının qanunlarına zidd olaraq sağlamlığa ciddi zərər yetirmə maddesi ilə cinayət işinə laqeyd yanaşaraq, Qəbələ rayon DTX polis şöbəsi tərəfindən zərərçəkmişin vətəndaş hüquqları tapdanmış.
Şikayyətlərinin yenidən bərpa olunması və baxılması üçün əlaqədar təşkilatlardan və
Birinci Vitse Prezident MEHRİBAN xanım ƏLİYEVA başda olmaqla
Sürəti: Azerbaycan
respublikasınin baş prokuroru
KAMRAN ƏLİYEV cənabına,
Sürəti: Azerbaycan
respublikasının Daxili işler Naziri VİLAYƏT EYVAZOV cənabına
Sürəti: Insan hüquqları
üzrə müvəkkil (ombudsman) SƏBİNƏ ƏLIYEVA
Sürəti: Dunya Ana və Uşaq dünya ictimai birliyinin sədri DÜNYAXANIM ƏLİYEVA
Sürəti: Qəbələ rayon Prokuroru
NAZİM BABAYEV cənabına
Carəsiz, işgəncələrə məruz qalmış kimsəsiz, hüquqları tapdanmış bir qadın kimi yalvararaq, kömək istəyir. Eyni zamanda yazılanların video müraciəti mövcuddur..
Naile Muradova
22.0.2021ci il.