MƏN BİR QADIN TANIDIM

MƏN BİR QADIN TANIDIM … sətirlərlə söhbət edən. Dərdlərini misralara mirvari tək gözəl düzən, sevdikləri üçün günü günə satan.
MƏN BIR QADIN TANIDIM … gözlərində bir işığ qaranlığda olsada hər zaman gülən üzü təbəssümü bayağı. Yaşamaqa sevdikləri dayağı.
MƏN BİR QADIN TANIDIM… Dili şirin bal kimi, dərdi zəhərdən kəskin, sözləriylə o məlhəm olur hər bir ötənə. Sevgi bağışlayır kömək olan hər kəsə.
MƏN BIR QADIN TANIDIM … Bir başqa əllərdən sığal görməyən, qara zülflərini dərdiylə hörən. Həm ağlayan, həm gülən, hər kəsə örnəy olan.
MƏN BIR QADIN TANIDIM… bir ömürü kaşkilərə qurban verən, hətta bəzən kaşkilərdən saray tikən, xəyalında kaşkilərlə arzulara yollar açan.
MƏN BIR QADIN TANIDIM … qəlbindəki yaraları özü sarar, məlhəm dəva özü olar. O, sarılar ağrılara, acılara bir kimsəyə güvənməz ki…
MƏN BIR QADIN TANIDIM…Məhəbbətə dəyər verən, ürəyində hicran adlı düşməninə üsyan edən.
MƏN BIR QADIN TANIDIM … Çox dözümlü… Çox hüzünlü…Sevgilisi səbr olan.
MƏN BIR QADIN TANIDIM … talehləri zərrə zərrə yaşayaraq yazan pozan.
MƏN BIR QADIN TANIDIM Onun kimi , Sənin kimi çox qadınlar tanıdim Mən Almaz İlahə kimi, İndira kimi qəhrəman Vətən sevdalısı olan qadınlar kimi.
MƏN BİR QADIN TANIDIM… sədaqətiylə Almaz İlahənin sevdiyi İndira Şəmsivarı adıyla !
Təbrik edirəm gözəl İndiram.