Regionlarda QHT-lərə təşkilati dəstək göstərilib

“Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi (İB) Azәrbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumәt Tәşkilatlarına Dövlәt Dәstәyi Şurasının maliyyә yardımı ilә daha bir layihənin icrasını uğurla başa çatdırıb. “Şimal – Qərb regionunda həyata keçirilən layihələrin monitorinqinin aparılması və QHT-lərə təşkilatı dəstəyin göstərilməsi layihəsi” adlı layihә 2020-ci il avqust ayının 1-dən etibarәn hәyata keçirilib vә 4 ay müddәtindә davam edib.
Təşkilat tərəfindən Azәrbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumәt Tәşkilatlarına Dövlәt Dәstәyi Şurasının maliyyәləşdirdiyi layihələrin, Şimal – Qərb regionunda həyata keçirilən layihələrin fəaliyyətinin monitorinqi aparılmış, QHT-lərə təşkilati dəstək göstərilib. Layihələrin effektivliyi barəsində sorğular keçirilib, məlumatlandırma bukletləri hazırlanaraq paylanılıb.