DÜNYAMIZI XİLAS EDƏK

 

Son zamanlar bütün dünyanı cənginə alan karonavirusla bağlı vəziyyətin gərginləşməsi müşahidə olunmaqdadır. Təbii ki, bu hal bizim ölkəmizdən də yan ötmür. Ölkəmizdə karonavirus infeksiyasına yoluxanların sayının artması söylədiklərimizin həqiqət olmasına faktiki sübutdur. 500-dən çox yeni yoluxma halının olması bu sahədə həyəcan təbilinin çalınmasına gətirib çıxarır. Virusa yoluxanların sayının kəskin şəkildə artması haqlı təşviş doğuran haldır. Məhz bu səbəbdən ölkənin bir sıra rayonlarına və kəndlərinə, o cümlədən, Lənkəran, Şəki, Quba, Sabirabad və başqa yaşayış məntəqələrinə giriş-çıxışlar bağlanmışdır. Bu ərazilərdə postların qurulması əhalinin arasında kütləvi yoluxma halının qarşısının alınması məqsədini daşıyır. Əslində karantin rejiminin sərtləşdirilməsi ümumilikdə bütün xalqımız üçün ciddi bir siqnaldır.

Virusa yoluxma halının azalması əhali arasında arxayınçılıq yaratmamalıdır. Əks halda yoluxma halı arta bilər. Bu və ya digər halları özündə əks etdirən Facebookda “Dünyamızı xilas edək” adlı səhifə yaratdıq. Bu səhifəyə Karonavirusla əlaqəli materiallar yükləndi. Ümidvarıq ki, bu məlumatlar xalqımız üçün faydalı olacaqdır.