“Azərbaycançılıq ideyası – Dünya Azərbaycanlı Gənclərin milli ideologiyasıdır” adlı tədbir keçirilmişdir.

Azərbaycan Prezidenti yanında QHT-lərə Dəstək Şurasının maliyyə yardımı ilə, Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək ictimai birliyi, “Azərbaycançılıq ideyası – Dünya Azərbaycanlı Gənclərin Milli ideologiyasıdır” adlı layihə çərçivəsində Bakı şəhəri Nobel kücəsi 23 ünvanında növbəti tədbir keçirilmişdir.İlk oncə tədbirin keçirildiyi masalar Azərbaycan bayraqları və təşkilat tərəfindən hazırlanmış“Heydər Əliyev və Azərbaycançılıq ideologiyası”adlı bukletlərə bəzədilmişdır. Tədbiri giriş sözü ilə acan,”Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyi”nin prezidenti Tofiq Əli-zadə Azərbaycan Prezidenti yanında QHT-lərə Dəstək Şurası və layihənin məqsədi barədə qısa məlumat verərək bildirdi ki,Ümummilli lider olan Heydər Əliyev Azərbaycançılıq ideyası haqqında danışarkən deyirdi ki, cox millətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir.Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik. T.Əli-zadə, Azərbaycan ordusununson 15 gündə ,Qarabağ torpaqlarının erməni daşnaklarından təmizlənməsi naminə döyüş cəbhəsində uğurlu qələbələrindən danışdı və vurğuladı ki: “Bu gün Dünyada yaşayan Azərbaycanlı kökənlı soydaşlarımızın milli birlik və həmrəyliyinə daha çox ehtiyacımız duyulmaqdadır.Belə ki,son günlərdə erməni faşistlərinin yenidən azğınlaşaraq, Qarabağın döyüş bölgələrində mətin Azərbaycan ordusuna uduzduqlarını görərək, artıq Azərbaycanının dinc yaşayış məntəqələrini atəşə tutmağa başlamışlar.Dünya ictimaiyyəti 28 öncə olduğu kimi yenə də bu hadisələrə susur.Belə bir anda xarici ölkələrdəki cox milyonlu soydaşlarımızın informasiya müharibəsində daha fəal olması, günümüzün ən aktual məsələsidir.Bu gün bütün dünyada özünü Azərbayxcanlı sayan hər bir şəxsin ürəyi Azərbaycanla döyünməli və tarixi vətənimiz olan Azərbaycanımızın qeyrətini cəkərək səfərbər olmalı,yaşadıqları ölkələrdə ermənilərin yaydıqları böhtan və yalanla dolu informasiyaların qarsısını almalıdırlar.Bu məsələ,xaricdəki Azərbaycanlılarımızın milli və mənəvi borcudur.Hər bir azərbaycanlı harada yaşamasından açılı olmayaraq, öz milli mənsubiyyətinə görə qürur hissi keçirməli və Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini qorumalı,Qarabağ torpaqlarımızın tezliklə erməni işğalçılarından azad olunması barədə düşünməli və bu barədə əlindən gələni etməlidir. Daha sonra cışız edənlər atrix üzrə fəsəfə doktoru Nizami Məmmədov, Bakı İslam Universitetinin kafedra müdiri Siyasət üzrə fəlsəfə doktoru Elvin Talışınski,Azərbaycan Respublikası Diaspora ilə İş üzrə Dövlət komitəsinin əməkdaşı Rizvan Şükürov,”Qadın Dünyası” ictimai birliyinin sədri Kifayət Həsənova,”Jurnalistlər Ekstrimai Vəziyyətdə” ictimai birliyinin sədri Firuzə Asədullayeva,Şəhid Ailələrinə Sosial Dəstək ictimai birliyinin sədri Almaz Zeynalova, şair, publisist Şahlar Şuşalı, və başqaları qeyd etdilər ki, Azərbaycanın iqtisadi və siyasi cəhətdən inkişafı dünyanın aparıcı dövlətləri sırasında dayanması artıq çoxlarının və eyni zamanda da ermənilərin yuxularına haram qatmışdır.Bir mənalı bilinməlidir ki,ermənilərin bizlərə qarşı olan kin və nifrəti eyni zamnda da bütün Türk dünyasına qarşıdır.Yaxşı olardı ki, Türk dilli ölkələr bun məsələni zamanında anlasınlar və Azərbaycanın haqq səsinə səs verərək erməniləri qınasınlar…Son günlərdə qüdrətli Azərbaycan ordusu öz tarixi torpaqlarını yağı düşməndən təmizləməsi üçün çox böyük mətinlilkə döyuşür.Ona gorə də, bu gün bütün dünyada yaşayan Azərbaycanlılar vətənimizin düşmən üzərində qələbəsi naminə əllərindən gələni etməlidir.Azərbaycanın müstəqilliyini,ərazi bütövlüyünü qoruyub saxlamaq və

möhkəmləndirmək xalqımızın qarşısında duran ən vacıb məsələdir.Bizim hamımızı birləşdirən və həmrəy edən azərbaycançılıq ideyasıdır.Ona görə də, Azərbaycan xalqı, eyni zamanda, Ali Baş Komandanımız və ölkə prezidentimiz olan cənab İlham Əliyevin daxili və uzaq görənliklə düşünülmüş xarici siyasətini həmişə dəstəkləyir və cox yaxın zamanlarda qüdrətli Azərbaycan ordusunun şanlı qələbəsi sayəsində döğma Qarabağımızın yağı düşmənlərdən azad olması naminə qələbə marşının Azadlıq meydanında tarixi sədalarını eşidmək arzusu ilə yaşayırıq.