İkinci Dünya Müharibəsinin bitməsi ilə müstəmləkələrdə istiqlal hərəkatı və demokratik hüquqlar uğrunda aparılan milli mübarizə bütün dünyaya yayıldı. İngiltərə müstəmləkələrdə bazarlarını qorumağa, ABŞ isə dünya bazarlarına nüfuz etməyə çalışdı. Belə bir şəraitdə Aəzərbaycanın təcrübəli rəhbərləri tərəfindən Azərbaycan Milli Hərəkatının təməli qoyuldu.
1320-ci illərin siyasi-iqtisadi şərtləri kəndli və zəhmətkeşlərin xeyrinə sosial dəyişikliyə yol açdı. 1941-ci ilin sentyabrın aynda İranın ən böyük torpaq sahibi olan Rza xanın diktatorluğunun süqutundan sonra Azərbaycan kəndlilərinin çoxdankı arzusunun reallaşması üçün əlverişli şərait yarandı. 1941-ci illərin əvvəllərindən başlayaraq “Qaçaq” kimi tanınan Azərbaycanın torpaqsız silahlı kəndli qrupları Azərbaycanın şəhər və kəndləri ətrafında – Miyana, Urmu, Marağa, Sarab və s. yerlərdə mülkədarlara qarşı mübarizəyə qalxdılar. Sonralar bu qruplar vasitəsi ilə “Fədai” ordusunun təməli qoyuldu. Firqə təşkil olmadan əvvəl Səfər Qəhrəmani və onun kimi bir çoxları bu silahlı qruplar cərgəsində böyük mülkədarlara qarşı mübarizəyə qoşulmuşlar. Onların hər birisi öz məntəqəsinin bir qəhrəmanı olaraq feodalların zülmünə qarşı ayağa qalxaraq kəndlilərin haqlı mübarizəsini dəstəkləyib və müdafiə etmişlər.
Dövlət məmurlarının korrupsiya qurşanması, Azərbaycandakı idarəetmə orqanı təmsilçilərinin Azərbaycan xalqını təhqir etmələri, kəndlilərin amansız istismarı və kəndlilərin hüquqlarına jandarm və böyük torpaq sahiblərin müdaxiləsi, əmək qanunlarının olmaması fabriklərin iflas edilməsi, inflyasiya və ticarətin durğunluğu ictimai etirazlara səbəb olaraq milli hərəkata zəmin yaratmişdı.
Bu dövrdə təkcə Azərbaycanda deyil, İranın bütün yerlərində kəndli üsyan və hərəkatları başlanmışdı. Bəzən mülkədarlara qarşı bu üsyanlar silalı mübarəzə fonunda görünürdü. Bu qiyamların kökü məşrutə və hətta ondan öncə dövrə təsadüf edir. Beləki Azərbaycan Demokrat Firqəsinin (Şeyx Məhəmməd Xiyabani təşkil etdiyi partiya) yaratdığ “Azadistan Höküməti” dövründə aparılan əsas tədbirlərdən biri olan böyük mülkədarların torpaqlarının bölünməsi idi. Bu tədbir Şəbüstər və Azərşəhr məntəqələrindən başladı. Lakin mürtəcilər əlilə Şeyx Məhəmməd Xiyabani qətlə yetirildikdən sonra bu tədbir yarımçıq qaldı. Bu faktlar göstərir ki, mövcud ərazi və feodal münasibətləri, iri torpaq sahiblərinin istismarı və köklü haqsızlıqlar öklədə şəraitin partlayış həddinə gəlib çatdığı üçün onun yerinə ədalətli münasibətlər qoyulması labüd idi. Lakin böyük torpaq sahibləri və onları dəstəkləyən mərkəzi hökumət ictimaiyyətin bütün inkişaf və tərəqqi yolunun qarşısını kəsərək köhnə münasibətlərin davam etməsinə, cəmiyyətin geri qalmasına, kəndlilərin artan yoxsulluğuna və səfalətinə səbəb oldular.
Buna görə də, Azərbaycanda zehni şərait ölkənin digər bölgələrinə nisbətdə daha münasib idi. Şəhrivərdən 20-sindən dərhal sonra Azərbaycanda inqilabi, görkəmli və təcrübəli siyasi mübarizlər tərəfindən qurulan “Azərbaycan Əncüməni” mühüm bir ictimai-siyasi mərkəz olaraq fəaliyyətə başladı. İranın şimalında Qızıl Ordunun olması, Azərbaycan inqilabçılarının işini və fəaliyyətini asanlaşdırdı. İranın Tüdə Partiyasının 60.000-dən artıq üzvü olan böyük və mütəşəkkil bir təşkilatının Azərbaycanda olması Azərbaycan Demokrat Firqəsinin yaranmasına və uğur qazanmasına zəmin hazırlamışdı.
Seyyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsinin liderləri, Azərbaycanın sosial-iqtisadi şərtlərini başa düşərək 12 şəhrivərdə 12 maddəlik bir bəyanat hazırladılar. ADF rəhbərləri əvvəldən kəndli məsələsinə, Azərbaycanda ərazi münasibətlərinin və torpaq bölgüsünün bir dəfəlik həll edilməsinin vacibliyinə toxundular. Çünki o dövrdə 5 milyonluq Azərbaycan əhalisinin 80% -dən çoxu kəndli idi. Onların əksəriyyəti torpaqsız kəndlilər idi. Azərbaycan xalqının böyük əksəriyyətinin maraqları uğrunda mübarizə həm Azərbaycan kəndlilərini firqə sıralarına cəlb edə bilər, həm də geridə qalmış cəmiyyətdəki maneələri aradan qaldırmaq, sosial iqtisadi, mədəni inkişafa yol açmaq üçün ən populyar və demokratik həll yolu ola bilər.
Azərbaycan Demokrat Firqəsinin qurucuları, firqənin proqramında Məşrutə İnqilabı, Xiyabaninin “Azadistan” hökuməti və dünya azadlıq hərəkatları təcrübələrini nəzərə almışdılar. Bu proqram torpaqsız kəndliləri və zəhmətkeşlərin istəklərinə, zalım mülkədarlarla mübarizə etməyə və digər həll olunmamış ictimai problemlərə cavab verə biləcək bir proqram idi. Məhz bu səbəbdən də çox sayda fəhlə , kəndli və Azərbaycan ziyalısı ona qoşuldu. ADF vasitəsilə Şərqdə yaradılan ilk hökumət kəndlilərin əsas tələblərinə cavab verən və istəklərinə çatmaq üçün onları təşkilatlandırdı.
Firqənin əsas rəhbərləri azadlıqsevər, mütərəqqi və əsasən solçu və sosialist idi. Pişəvəri, Salamulla Cavid, Cəfər Kavian, Tağı Şahin … hamısı İran Kommunist Partiyasının üzvləri və qurucuları və ya liderləri idilər. Onlar “Cəngəllik” Hərəkatına qoşulub və Rza xanın diktatorluğuna qarşı mübarizə apardılar. Rza xanın dəhşətli həbsxanalarında oldular. O dövrün qurtuluş mübarizələrində çox zəngin təcrübələrə yiyələndilər. Sadıq Padıgan, Shəbüstəri, Danishyan və Vilayi kimi partiyanın digər liderləri hamısı firqəyə qoşulmuş, Xiyabani hərəkatında döyüş tarixi olan və Xiyabani müttəfiqləri olan İranın Tudə Partiyasının Azərbaycandakı rəhbərləri və kadırları idilər. Biriya, İranın Tudə Partiyasının üzvü və Tehran təşkilatından sonra İranın ən böyük həmkarlar ittifaqı olan Təbriz Fəhlələr Birliyinin lideri idi. Firidun İbrahimi, firqənin gənc liderlərinin biri, Tehran Universiteti Hüquq fakültəsinin məzunu, Tehran qəzetlərinin əksəriyyətinin siyasi şərhçisi, ADF-nin mərkəzi komitəsinin üzvü, Azərbaycan prokuroru və 1946-cı ildə edam olunanların simvolu idi. Uzun bir mübarizə tarixi olan bu görkəmli və tanınmış liderlərin hamısı xalq tərəfindən etibar qazanmışdılar. Pişəvəri, parlamentin on dördüncü dövründə Təbriz xalqı tərəfindən nümayəndə seçilmişdi.
Beləliklə, ADF-nin inqlabi proqramında Azərbaycan cəmiyyətinin bütün geri qalmış, mürtəce və qeyri-insani münasibətlərini aradan qaldırmaq üçün fikir azadlığı, mətbuat azadlığı, Azərbaycan türk dilinin rəsmiləşdirilməsi, torpaq bölgüsü, əmək qanunu və işçilərin sığortası, fəhlələrin rifahı kimi demokratik şüarları öz əksini tapdı. Yerli sənayelərin qorunması, tacirlərin müdafiəsi, milli hüquqlar, əyalət və vilayət əncümənlərinin seçilməsi yolu ilə işlərin idarə olunması xalq tərəfindən yaxşı qarşılanaraq Azərbaycanda bütün milli qüvvələri bir araya gətirib və onlari təşkilatlandıra bildi.
İran Tudə partiyasının əyalət bölməsi, Təbriz Həmkarlar ittifaqı, Azərbaycan Cəmiyyəti, azadlıqsevər və milli şəxsiyyətlər firqəni müdafiə etdilər. Nəhayət firqə üzvlərinin sayı 200000-ə çatdı. Qadınlar və gənclər təşkilatları firqəyə dəstək etmək məqsədilə ona geniş kütlələri cəlb etdilər.
Azərbaycan məşrutəçiləri tərəfindən konstitusiyaya əlavə kimi Əyalət və Vilayət Əncümənləri Qanununun (1907 iyun) artırılıb qəbul edilməsinin əsas fəlsəfəsi, o dövrdə İranın siyasi səhnəsində kəndlilərlə yeni yaranmış burjua arasında baş verən qarşıdurma ilə əlaqəli idi. Bir tərəfdən də aristokratlarla, iri torpaq sahibləri, xanlar, qəbilə başçıları və torpaq sahibi olan ruhanilər tapılmışdı. Bunlar isə ölkədə hər cür inkişafa müqavimət göstərdilər. Yoxsul və torpaqsız kəndlilərin əski münasibət və köləliyinin qorunub saxlanılmasını tələb edirdilər. Bu siyasi qrup ya ruhani və ya da zəngin təbəqədən olamaqla yanaşı parlamet üzvləri idilər. O dövrün şərtlərini anlamaq üçün onların xatirələrini oxuyub, öyrənmək, son dərəcə vacibdir. Dördüncü parlamentdəki Şeyx Məhəmməd Xiyabaninin və on dördüncü siyasi qurluşun dirənişindən başqa bir şey deyildi. Bunu dəyişdirib ictimaiyyəti demokratikləşməsində bütün maneələrin aradan qaldırılmasında yalnız ölkə xalqının inqilabi hərəkatı yardım edib, zəhmətkeş və kəndli təbəqəsinin rifahını yüksəldə bilərdi.
O dövrün hökuməti: Sədrül-Əşrəf hökuməti (Bağşahın qəssabı), Hakimül-Mülk (masonlardan biri, İngilis agenti) nə inki Azərbaycanın təkrarlanan tələblərinə cavab vermədi, həm də 15-ci parlament seçkilərini təxirə saldı. Ona görə də firqə “Azərbaycan xalqı özü seçki fərmanını verəcək” şüarını irəli sürdü.
Əyalət-Vilayət Əncümənlərinin (muxtariyyət) qurulması fikri İran konstitusiyasının hüquqi əsaslarına əsaslanan qanuni, hüquqi düşüncəyə söykənirdi. Həm Şeyx Məhəmməd Xayabani, həm də Seyid Cəfər Pişəvəri, mövcud şəraitə qarşı apardıqları mübarizədə bu qanuni əsaslara arxalanırdılar. Lakin hər dəfə iri torpaq sahiblərinin, ruhanilərin köhnə və mürtəce quruluşu təmsil edən şah sarayının təxribatı ilə qarşılaşdılar. Pişəvəri 1920-ci illərdə İran Həmkarlar İttifaqının organı olan “Həqiqət” qəzetində hələ firqənin yaranmasından illər öncə Əyalət-Vilayət Əncümənləri qanununun bərpası fikrini İran xalqlarına bəyan edirdi. Pişəvəri “Mərkəsi Hökumət və Yerlı İdarəetmə” adlı məqaləsində belə yazır:
– “Millət öz hüquqlarından istifadə edə bilməsi üçün, milli hökumət və demokratiya prinsiplərinin tam şəkildə həyata keçirilməlidir. Yəni bir ölkənin kiçik respublikalara çevrilməsi lazımdır. ” Müxtəlif ölkələrdə federasiya prinsipləri fərqli olsa da, əsasları fərqlənmir. Federasiya prinsipləri və yerli əhalinin nüfuzu yalnız seçki keçirmək üçün deyil, həm də daxili qarışıqlığın qarşısını almaq, milləti qorumaq və ölkəni inkişaf etdirmək üçün faydalıdır. Yerli Əncümənlər bir vasitə kimi xanxanlığa son qoymaqla yanaşı, seçki sağlamlığına, yerli ticarət və sənayein inkişafına yardım edir və dövlət üçün də heç bir zərəri yoxdur. “Hökumət həmişə ayrı bir qüvvədirsə və millət hər zaman hökumətə mənfi baxışla baxarsa, yaxud hökumət milləti bir qoyun, millət isə hökuməti canavar kimi düşünürlərsə on da xarabalıq və səfalət gündən-günə artacaq.”
Millət öz hüquqlarından istifadə edə bilməsi, milli hökumət və demokratiya prinsiplərinin tam şəkildə həyata keçirilməsi labüd idi. Bu üzdən 3 sentyabr 1945-ci (12 şəhrivər 1324-cü günəş ili) ildə Azərbaycanda firqənin yaranması məqsədilə 12 bənddən ibarət bir bəyannamə hazırlandı, bu 12 Şəhrivər müraciətnaməsi adlandırıldı. Yəni “Xalqın səsinə və iradəsinə söykənmək) bəyannaməsi nəşr edildi. Firqənin 12 maddədən ibarət müraciətnaməsi məşrutə inqlabının anayasasındakı Əyalət-Vilayət Əncüməninin bərpası demək idi. O maddələrin ən mühüm bəndləri bunlardan ibarət idi:
– İranın müstəqilliyini və ərazi bütövlüyünü qorumaqla Azərbaycan üçün muxtariyyət tələb etmək (Əyalət-Vilayət Əncömənlırinin yaradılması)
– Azərbaycan türkcəsinin bərpası və Azərbaycanda rəsmi dövlət dilinə çevrilməsi.
– İran Şura Məclisində Azərbaycan Nümayəndələrinin sayını artırmaq.
– Bütün ölkə üzrə seçki azadlığına təminat vermək.
– Torpaq bölgüsü vasitəsilə feodallar və mürtəcelərlə mübarizə aparmaq.
Beləki, firqənin ilk qurultayı 11 oktyabr 1945-ci ildə, ikinci qurultayı (Müəssislər Məclisi) isə 29 noyabr 1945-ci ildə 150 min insanın imzası ilə 5 milyonluq Azərbaycan xalqını təmsil edən geniş səlahiyyətli 700 nümayəndənin (Azərbaycan Xalqının böyük Konqresi) iştirakı ilə keçirildi.
Birinci qurultayda firqənin nizamnaməsi və əsasnaməsi, milli muxtariyyəti, torpaq bölgüsü, və həmçinin. Azərbaycan dilinin rəsmiyyət tapması təsdiq olundu. Onun icrası firqəyə tapşırıldı.
İkinci qurultayın qərarına əsasən firqə Milli (yerli) Məclisinin qurulması üçün seçkilərə hazırlıq görərək azər ayının ikinci həftəsində seçkilər keçirilməklə firqə iqtidara gələrək 21 Azər günü Azərbaycanda muxtar dövlət yaradıldı.
Pişəvəri Təbrizdəki Şir-Xurşid zalında etdiyi çıxışında bu barədə belə deyir: “Konstitusiya bu səlahiyyəti Azərbaycan xalqı da daxil olmaqla bütün İran xalqına verdi. Bilirsiniz ki, İran Məşrutiyyəti tarixində Azərbaycan Əncüməni böyük rol oynamışdır. Xoşbəxtlikdən cənab Rəfii (Nizamüd-Dövlə) bu məclisin iştirakçılarından biridir. Özü də firqəmizin qurucularından biridir. Cənab Müstəşarüd-dövlə də bu tarixi Əncümənin üzvüdür …. Azərbaycan xalqı qırx il əvvəl Əyalət və Vilayət Əncümənləri quraraq siyasi ikişaf və istedadını göstəribdir.” İndi isə firqəmiz bütün qarşıdakı maneələri aradan qaldırıb və Əncəmənləri təşkil etməklə dünya ictimaiyyətinə öz siyası yetginliyini isbat etməlidir.”
Firqənin 12 Şəhrivər bəyannaməsi, firqənin nəşr olunan sənədləri, onun rəhbərlərinin mövqeyi, mərkəzi hökumət ilə razılaşma sənədi (1325/3/23) və ən əsası, 2500 firqə üzvlərinin dar ağaclarında verdikləri son şüarlarının sənədləri bu bu iddianın sübutudur. Firqə Azərbaycanın parçalanmasını deyil, məşrutə dövrünün mütərəqqi qanunlarının bərpasını və Azərbaycan xalqının milli hüquqlarının reallaşmasını habelə Rza şah diktaturasının ayaqları altında əzilən əsas azadlıqların və sosial ədalətin bərqərar olmasını – təkcə Azərbaycanda yox, bütün İranda istəyirdi.
Azərbaycan Demokratik Hərəkatının iqtisadi, sosial, mədəni və siyasi sahələrdə bir illik fəaliyyəti o qədər gözə çarpırdı ki, hətta düşmənlərinin alqışına səbəb olurdu. Azərbaycan Milli Hökumətini devirməyin yeganə yolu onu separatçılıqda günahlandırmaq idi. Separatçılıq ittihamı, Amerika, İngilis casusluq şəbəkələri və onların daxili amillər- saray mürtəceləri və onlara bağlı mətbuat tərəfindən İran xalqının milli hisslərini təhrik etmək və firqəni nüfuzdan salmaq üçün ortaya atıldı. Eyni halda yuxarıda göstərilən motivlərin davamında milli hərəkatın yaranmasında mühacirləri günahlandırırlar. Halbuki bütün mühacirlər Rza şah hakimiyyəti dövründə ölkəyə qayıtmışdılar. Qadın və uşaqlarla birlikdə mühacirləri sayı 16 min nəfər idi. Onların əksəriyyəti az savadlı və siyasət məsələlərindən uzaq olaraq adi yaşayışla məşğul idilər.
Şah ordusu ABŞ və İngiltərənin dəstəyi olmadan Azərbaycan milli hərəkatı və Fədai ordusu ilə qarşı-qarşıya dura bilməzdi. Həqiqət budur ki, Azərbaycana hücum planı ABŞ və İngiltərənin əmri- Şvarzkopvun (İran Jandarma Komandiri Norman Şvartskov) komandanlığı altında amerikalı müşavirlərin planlaması ilə həyata keçirildi. Açson əvvəllər Azərbaycanda hərbi əməliyyat keçirmək üçün İranın ABŞ-dakı səfiri Əla ilə görüşməyə yaşıl işıq yandırmışdı. Bundan əlavə, İngiltərə və Amerika hökumətləri, Qəvamül-səltənəyə göndərdikləri başqa məktublarda Azərbaycana qoşun göndərilməsinə dəstək olduqlarını bildirmişdilər.
“Azərbaycan xalq hərəkatının qanlı repressiyası imperialistlər və onların. daxili amilləri üçün silinməz bir ləkədir. ” Bundan əlavə, ordu məhkəməsinin verdiyi statistikaya əsasən 2500-dən artıq insan tribunal məhkəmədə edam edildi. 8000 nəfər isə uzunmüdətli həbsə məhkum olundu. 20000 çox insan məhkəməsiz şəhid edildi. 36000 nəfər ailəsilə birlikdə Bədrəbad cəhənnəm məntəqəsinə göndərildi. Habelə milli hökumət dövründə Azərbaycanda işləyən və firqə üzvü olmayan çox sayda işçi İranın uzaq şəhərlərinə sürgün edildi. “Minlərlə insan Sovet İttifaqına mühacirət etdi, Azərbaycanın kənd və şəhərlərində on minlərlə insan özlərini qurtarmaq üçün İranın digər şəhərlərinə köç etdi.”
Qeyd etmək lazımdır ki, o dövrdə Azərbaycanın paytaxtı Təbriz şəhərində əhalinin sayı 300 min nəfər idi. Demək olar ki, bu təkcə bir məğlubiyət deyildi, bəlkə də Azərbaycan millətin ən yaxşı övladlarının və ziyalı nəslinin soyqırımı idi. Bu elə bir ləkədir ki, heç bir azərbaycanlının tarixi yaddaşından silinməyəcəkdir.
Bu statistika cinayətin kəmiyyət ölçüsünü göstərir, lakin cinayətlərin törədilməsi dəhşətli, qeyri-insani, utanc verici idi. Bununla əlaqədar aşağıda bir neçə izahatla kifayətlənmək lazımdır.
Ruzveltin yaxın yoldaşı Henry Wallace:
– “İran polis qüvvələrinin İran xalqına qarşı əməliyyatında Tuğgeneral Şuvarzkopf’un komandanlığı altında olduğunu söyləməkdən utanıram. Bu şəxsin rəhbərliyi və ABŞ-ın İrandakı səfiri Hamısıenin əmri ilə ən böyük İran müxalifət partiyası qanunsuz elan edildi. Çox sayda ölkənin ictimai birliklərinin rəhbərləri həbs olundu və bir qrupu isə edam edildi. Minlərlə ailə zorla həbsxanalara göndərildi.”
ABŞ-ın yüksək rütbəli hakimi William Douglas:
– “İran ordusu Azərbaycana girərkən dəhşət törətdi. Əsgərlər qətl, qarət və talanlar həyata keçirirdilər. Onlar hər nə istəyirdilər onu edirdilər. Beləki Azərbaycanda çox pis bir xatirə qoydular. Azərbaycanda kəndlilərin əmlakı və mal-qarası talan edildi. Qadın və qızlara təcavüz edildi. İran ordusunun vəzifəsi Azərbaycanın azad edilməsi olsa da, xalqı qarət etməklə yanaşı, arxasınca ölüm və talançılığı yadigar qoydular.. Ordunun ardınca ölkədən qaçan mülkədarlar geri qayıtdılar. Onlar təkcə həmin ilin əmlak bəhrəsini deyil, həm də ondan əvvəlki ilin də əmlak bəhrəsini kəndlilərdən geri aldılar. Kəndləri o dərəcədə talan etdilər ki, ərzaq ehtiyatları tükənib ac qaldılar…..”
General Hüseyn Fərdust:
– 1946-cı ilin dekabrında Vaşinqtonun tapşırığı əsasında və Baş nazirinin göstərişi ilə İran Silahlı Qüvvələri Azərbaycandakı demokratik hərəkat iştirakçılarını amansızlıqla qətliam etdilər. “Onlar qrup halında tutulub, güllələndilər və ya meydanlarda dar ağacından asıldıları.” “Edam edilənlərin cəsədləri küçələrdə görünürdü. Təqribən 2-3 min adam edam edildi.” ABŞ və İngiltərənin dəstəyi ilə şahın hərbi qüvvələri, Məhəmməd Deyhim və Lotu Şahbazın rəhbərlik etdiyi yerli cinayətkarlar tərəfindən həyata keçirilən bu qırğın hələ də Təbrizilərin əski yaddaşından silinməyibdir.”
İran Şura Məclisində şahın əlaltısı olan Təbriz nümayəndəsi Rəhim Zehtabinin çıxışının (etirafının) bir hissəsi: Şah qoşunu və mülkədarların hücumu nəticəsində kəndilərin qarət olması, habelə onların kəndlərdən qaçması 1948-49-cu illərin aclığına səbəb oldu.
– “Azərbaycanı misli görünməmiş bir aclıq, iqtisadi böhran və dəhşətli işsizlik bürüyüb. Sanki, bu böyük vilayət nəhəng bir qəbiristanlıqdır və hər kəs kədərlə orada fatihə oxuyur. Rənglər sarı, ayaqları zəif, düşüncələr qəmli olaraq hamı böyük heyrət içindədir …. Nə valinin gəlişi, nə ordunun gəlişi, nə Əlahəzrət şahın andiçmə mərasimi, nə mərkəzdən bir müfəttişin göndərilməsi, nə Azərbaycan nümayəndələri və nə də Azərbaycan tacirlərinin her biri Azərbaycanın acınacaqlı vəziyyətinə yardım etmədi. Təbriz düşmən tərəfindən mühasirəyə alınmış bir şəhərə bənzəyir. Orada yemək, pul və əmin-amanlıq yoxdur, əhalıin hər biri gözlənilməz hadisəni gözləyir. Hərbi vəziyyət və çox sayda agent olduğu üçün şəhərdə qəribə bir mənzərə yaranıb. Bu gün Azərbaycandakı vəziyyəti göz önündə canlandırdıqda, üç-dörd il əvvəl müttəfiq ölkələrin mətbuatında və səyyar kinoteatrlarda Gestapo agentlərinin Fransa və Polşanın nəcib adamları ilə zorakılığına dair dediklərini oxuyarkən görərik ki, onların vəziyyəti Azərbaycanın mövcud vəziyyətindən daha yaxşı olmuş.”
William Douglas Bu barədə belə yazır:
– “.. Azərbaycan mülkədarları… kəndlilər acından ölərkən bazarda buğdalarını baha qiymətə satırdılar …
Aclığın qarşısını almaq məqsədilə mərkəzi hökumət Təbrizə göndərdiyi 1000 ton buğda xalqın əlinə çatmadı. Yerli hökumət məmurları buğdanı azad bazarda satdılar və pulunu ciblərinə qoydular … Beləliklə, 1948-ci ilin qışında kəndlilər praktiki olaraq aclıq və qidanın olmaması səbəbindən ot və kök yeməyə məcbur oldular … Xoy ətrafında dayandığım şəhərlərdən birində. 300 qəsəbə sakinindən 50 nəfəri aclıqdan öldü. Kəndlərdə bütün insanların qətlə yetirildiyi bir çox ev var idi. Maliklərin anbarı buğda ilə dolu idi. … .. Azərbaycandakı səfalət, bədbəxtlik o dərəcəyə çatmışdı ki, Təbriz küçələrində insanlar və itlər canlarını qurtarmaq üçün bir tikə çörək uğrunda bir-birilə mübarizə aparırdılar.”
Soruşmalıyıq, Zülfuqarilər, Əmir Əfşarlar, Bəydililər, İskəndərilər, Məlik Hasimilər, Ləmpən və quldurlar o cümlədən, Sultan Şəqaqilər, Məhəmməd Deyhim, Lotu Şahbaz, Hac Abülqasım Cavan, Əziz Mohsini, Seyfulla Bağmeşəyi, “Baş Kəsən” Razzaq… və Təbrizin yüzlərlə bədnam ünsürləri xalq idimi? İnayətulla Rzalar, Babak Əmir Xosrovilər … kimi yazıçılar və rasyon yeyən ziyalılar … xalqın sıralarındadırlarmı?
Buna baxmayaraq, İranın başqa şəhərlərinə köç edən firqə üzvləri və milli hökumətin tərəfdarları İran Tudə Partiyası və ya Tehranda yaşayan Azərbaycan cəmiyyətləri sıralarında çalışmağa davam etdilər. Bütün şəhərlərdə partiya özəkləri yarandı və Təbrizdə Azərbaycanın Demokrat Firqəsi adlanan dörd aktiv qrup fəaliyyətə başladı. Bu dörd qrup daha sonra Təbrizdə vahid bir təşkilatda birləşərək Demokrat Firqəsinin gizli fəaliyyəti genişləndi və neft sənayesinin milliləşdirilməsi uğrunda milli mübarizədə önəmli rol oynadı. 1951-ci ilin iyun ayında Təbrizdə 20 mindən artıq insanın iştirakı ilə keçirilən sülh mitinqi, 1946-ci ildən sonra ilk mitinq idi. Bu mitingin möhtəşəmliyi şah sarayını və İran irticasını vahiməyə saldı.. Bu təşkilat 1958-ci ildə SAVAK tərəfindən kəşf edilərək məğlub olundu. Təşkilatın rəhbərlərindən 5-i -Ayub Kalantari, Cavad Furuği, Əli Əzimzadə Cavadi, Xosrov Cahanban Azar, Həsən Zehtab, edam və digərləri bir neçə il həbs cəzasına məhkum edildi. Azərbaycan xalqının milli və demokratik hərəkatı göstərdi ki, bir millətin öz haqqını əldə etmək iradəsini qətl və edam yolu ilə sarsıda bilməz.
İslam Respublikası rejimi, Azərbaycan Demokrat Firqəsini boğmaqda ittiham etməkdə Pəhləvi rejiminin üzünü ağartdı. Separatçılıq məsələsi, Pəhləvi rejiminin təbliğat aparatı və onların İrandakı fəal xarici şəbəkələri tərəfindən müəyyən məqsədlərlə şüurlu şəkildə şişirdildi. Niyə? “Çünki bu təbliğatla (damğayla) Azərbaycan xalqının azadlıq, ədalət , bərabərlik və milli haqları uğrunda apardığı milli mübarizənin ictimai-siyasi təsirini İran və bölgə xalqı qarşısında neytrallaşdırmaq, İranın bölünməsi bəhanəsilə onlara qarşı əhalini qaldırmaq məqsədi güdürdü. İranı Parçalanma ruhiyyəsi hələ də öz təsirini göstərir. Beləliklə də Firqənin İran tarixində qazandığı müsbət mövqeyini onun tarixi və fəaliyyəti ilə tanış olmayanlar qarşısında məhkum edir.
Bu gün İslam cümhurisi yenidən Azərbaycan milli-demokratik hərəkatının azadlıq, ədalətsevərlik və bərabərlik hədəflərinə qarşı psixoloji-müharibə təbliğatı başlatmaqla, təsirini neytrallaşdıraraq və xalqı onun təsir dairəsindən uzaqlaşdıraraq məqsədi ilə “separatizm” silahından istifadə etməyə əl atmışdır. Fərq ondadır ki, bu gün milli hərəkatın bəzi fəalları və hamiləri özləri ayrılmağın tərəfdarıdırlar! Bu insanlar, qanunçuluq üçün separatizm mövzusunda tarixi bir qanunauyğunluq axtarır, Azərbaycanın ayrılmasını və müstəqilliyini tələb etdiyini iddia edirlər! Onlar bu iddialarının haqlı olmaları üçün tarixi fakt kimi firqəni bir separatçı cəryan olaraq göstərirlər. Bu isə tarixin təhrif deməkdir. Tarixi təhriflər siyasi məqsədlər üçündür. Şübhəsiz ki, separatizm və ya ayrılma fikri düşüncə və ifadə azadlığı kontekstində hörmətə layiqdir. Lakin Azərbaycan milli hərəkatında separatizmi iddia etmək sadəcə siyasi əxlaqsızlıqdır. Təəssüflər olsun ki, Azərbaycanın gənc nəslinin əksəriyyətinin firqə və Azərbaycan milli hərəkati tarixindən məlumatları ciddi bir araşdırmadan daha çox eşitmələridir. Onilliklər boyu konkret hədəflərlə davam edən zəhərli təbliğat kütləsi altında İranın çağdaş tarixindəki demokrat firqəsinin həqiqi mövqeyi gənc nəslimiz üçün hələ aydınlaşmayıbdır.
Milli hərəkat məsələsi milli hökumətin mərkəzi hökumətə ya da Fars hökumətinə qarşı yaxud farslarla türklər arasındakı əbədi düşmənçilik məsələsi deyildi, çünki fars-türk və heç bir etnik sərhədləri tanımayan sinif qarşıdurmasıdır. Bu qarşıdurmanın bir tərəfində: iri torpaq sahibləri, xanlar, ruhanilər, aristokratlar, tacirlər, Azərbaycan siyasətçiləri, onlara bağlı ziyalılar, digər tərəfdə isə Azərbaycan xalqı və onun azadlığı uğrunda mübarizə aparanlar uz-uzə dayanmışdılar. Mərkəzi hökümətin məmurları, şah sarayınıın adamlrı, fars irqçı millətçilər, .şovonist ziyalılar, Türkiyənin o dövrki dövləti olarını himayə edən mürtəce beynalxalq qüvvələr və s. qədər bu azərbaycanlılar da milli hərəkatı məğlub edib, onu qan dəryasında boğdular. Məsələyə yalnız dar və mürtəce bir irqi-etnik kontekstdə baxmaq olmaz. Əksinə, İranın digər bölgələrindən olan qeyri-azərbaycanlı inqilabçı zabitlərin və ziyalıların hərəkata qoşulmalarının və firqə sıralarında fədakarlıqla mübarizə etdiklərinin şahidi olduq. O dövrdə doğru-düzgün siyasət İranın digər xalqlarını, azadlıq, bərabərlik, həmçinin vahid fəaliyyət şüarları və idealları altında mübarizəyə cəlb etməyə çalışmaq idi. Həmişəyaşar S..C.Pişəvərinin fikrincə milli hərəkatın məğlubiyyət səbəbi mübarizədə bu əsas məsələyə önəm verməmək idi. Firqənin önəmli rəhbərlərinin solçu və sosialist olmalarına baxmayaraq onlar Bir milli hərəkatı təşkilatlandırıb və ona başçılıq edə bildilər. “Milli” nasionalis türkçü demək deyil. Bəlkə bir millətin müxtəlif zümrələrinin vahid bir proqram əsasında millətin mənafeyi uğrunda irticaçı və iri torpaq sahiblıri, onların himayədarları olan mərkəzi dövlətə qarşı mübarizə aparmaqdan ibarətdir. Firqə bu müxtəlif zümrəni bir yerə toplayıb təşkilatlandırmağı bacardı. Firqənin də təşkilati hünəri bundan ibarət idi.
Bu gün gizli qüvvələr solları Azərbaycan milli hərəkatından ayırmağa və milli qüvvələrlə qarşı-qarşıya qoymağa çalışırlar. Tarixdən xəbərsiz olanlar da bunun tələsinə düşürlər. Belə rəftar edirlər ki, o dövrün firqə rəhbərlərinin dediklərinə əleyhinə olub, milli hərəkatının düşmənlərinin yolu ilə gedirlər. Milli hərəkatın düşmənləri, xüsusilə rejimin təhlükəsizlik xidmətləri, milli hərəkata qarşı iki əsas siyasət yürüdür:
1- Azərbaycanlıların apardığı mübarizəni İranın digər millətlərinin, xüsusən farsların və İranın mərkəzi bölgələrinin mübarizəsindən ayırmaq, fikir ayrılıqlarını qızışdırmaq, İran İslam rejimin anti-milli və repressiv siyasətlərinə qarşı yönəlmiş müxtəlif mübarizələrin birləşməsinin qarşısını almaq.
2- Milli hərəkatın müxtəlif qüvvələrinin birləşməsinin qarşısını almaq üçün əsas formalarından min hiylə və fitnə ilə sola və Azərbaycan sosialistlərinə qarşı təbliğat aparmaqla milli hərəkat sıralarında parçalanma, düşmənçilik yaratmaqdır. Həqiqət budur ki, soldan başqa heç bir qüvvənin milli hərəkat yaratmaq, rəhbərlik etmək və onu həyata keçirmək missiyası bacarığına sahib ola bilməz. İran rejimi bunu yaxşı bilir. Hərəkətdəki ekstremizmin, irticaçı və irqçi düşüncələrin artmasının əsas səbəbi həm milli, həm də regional miqyasda sol qüvvələrin dağınıq və zəifliyindən irəli gəlir. Bu çərçivədə sola qarşı düşmənçilik, çamur səpmək, yəni hərəkatın rəhbərlik və hegemonluq məsələsinin araşdırıb dərk etmək olar. Hər iki halda da, ekstremizmi təhrik etmək və onu rasional hərəkətdən çəkindirmək böyük bir taktikadır. Təcrübə göstərir ki, rejim ömrü boyu ekstremizmin çörəyini yeyib. Müxalifətdə olan qüvvələri aradan qaldırmaq və dağıtmaq üçün uzun bir tarixi təcrübəyə sahibdir.
Hərəkatın devrilməsi, firqənin məğlubiyyəti İngiltərə və ABŞ-ın Şah hökumətinə birbaşa dəstəyi olmadan mümkün olmazdı. Ancaq bu gün özünü milli hərəkatın ürəyi hesab edən bir çox iddiaçı dünənki milli hərəkatın qəddar düşmənlərini və bu gün “xilaskar” göstərirlər. “ABŞ ilə düşmənçiliyin milli hərəkatda yeri yoxdur.” Ora qədər irəli getdiklər. Digəri isə Pişəvərinin solçu və sosialist olmadığı qənaətinə gəlmiş! Çünki hələ onu söyüb və təhqir etmək cəsarətini özündə tapa bilmir. Düşünürlər ki, harada güc varsa, ona söykənməli və bu güc tərəfindən qəbul edilməsi üçün hər gün bir cildə girir. Bu qrupun tutduğu yol Azərbaycan xalqının mənafelərini həmin güclərin ayaqları altında tapdalatdırıb və maraqlısı odur ki, bunu “siyasi çeviklik” və ya “praqmatizm” adlandırırlar.