“Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “COVİD 19 Koronavirus Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə, 20 sentyabr tarixindən, 20 noyabr 2020-ci il tarıxinə kimi, həyata keçirdəcəyi, “Aztəminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə sosial yardımların təşkili” layihəsinin icrasına başladı.
Layihənin rəhbəri. Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin sədri Vahid Abbasov həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Koronovirus COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Azərbaycan xalqına etdiyi, “Biz birlikdə güçlüyük” müraciətinə dəstək verərək, QAYDALARA ƏMƏL ET, ÖZÜNÜ VƏ CƏMİYYƏTİ QORU! Şuaraı ilə, Bakı şəhərində sosial yardıma ehtiyacı olan imkansız aztəminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə ərzaq və tibbi yardımları ilə köməklik göstərmək və ictimai maarifləndirmə təbliğat kampaniyası aparmaqdır.
Ölkəmizdə COVID-19 Koronavirus Pandemiyasına yoluxma hallarının son vaxtlar kəskin artmasını nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin tətbiq etdiyi qərarlarlara və Dövlətimizin bu sahədə həyata keçirdiyi bütün tədbirlərə adekvat ictimai dəstəyin təmin edilməsi bizim hər birimizin vətəndaş borcudur.
COVID-19 Koronavirus Pandemiya bəlasının aradan qaldırmaq üçün vətəndaşlarımızın nümayiş etdirdiyi sosial məsuliyyət və həmrəylik qlobal təhlükəyə çevrilən koronavirus pandemiyasına qarşı mübarizədə bu gün də ən çox ehtiyac duyulan məsələdir.
Təşkilatımızın əhali arasında apardığı araşdırmalarından məlum olmuşdur ki, COVID-19 Koronavirus Pandemiyasına yoluxma hallarının qarşısını almaq məqsədi ilə respublikamızda tətbiq olunmuş karantin rejimini ərəfəsində, Bakı şəhərində ehtiyacı olan imkansız az-təminatlı aillərə, müharibə əlillərinə, veteranlara, tənha ahıl insanlara ərzaq və tibbi dəstəyə daha çox ehtiyacları vardır.
“Aztəminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə sosial yardımların təşkili” layihəsinin həyata keçirilməsi nəticəsində, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Koronovirus COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün, Azərbaycan xalqına etdiyi, “Biz birlikdə güçlüyük” müraciətinə və Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Nazirlər Kabineti yanında yaradılmış, Operativ Qərargahın qəbul etdiyi qərarlarına və həmçinin tətbiq olunmuş karantin dövründə, müharibə əlilləri arasında pisixoloji gərginliyi artmış aztəminatlı şəhid aillərinə və müharibə əlilillərinə, veteranlara tibbi-psixoloji köməklik göstərərək, onların cəmiyyətdə pisixoloji-fiziki problemlərinin minuma çatdırılmasına dəstək olacaqdır.
“Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları
Ailələrinə Kömək” İctimai Birliyinin Mətbuat xidməti