Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev QHT-hökumət dialoqu çərçivəsində sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən 96 QHT-nin rəhbəri ilə görüş keçirib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyindən məlumat verilib. Bildirilib ki, görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şuranın daim sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərin müxtəlif istiqamətlərdə irəli sürdükləri təşəbbüsləri dəstəklədiyini, ictimai aktuallıq kəsb edən layihələrə maliyyə ayırdığını, bilik və bacarıqların artırılmasına yardım etdiyini qeyd edib. Diqqətə çatdırıb ki, Şuranın dəstəyilə həyata keçirilən bu layihələrdən on minlərlə ölkə vətəndaşı faydalanıb. Azay Quliyev Şuranın 2020-ci il qrant müsabiqələri çərçivəsində 214 QHT-nin layihəsinin COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunduğunu, bunlardan 197-də sosial dəstəyə ehtiyacı olan ailələrə müxtəlif növ birdəfəlik yardımlar göstərildiyini deyib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, bu gün sayca 6-cı və ən çoxsaylı QHT qruplarından biri ilə görüş keçirir. Bu qrupdakı QHT-lərin fəaliyyət sahəsi çox geniş olmaqla yanaşı, həm də cəmiyyət həyatında əhəmiyyətli rola malikdir. Ölkəmizdə sosial, iqtisadi, humanitar və demokratiya sahəsində görülən işlər sübut edir ki, Azərbaycanda həyata keçirilən siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət edir.
Hikmət Hacıyev Azərbaycan Prezidentinin çağırışına uyğun olaraq QHT-lərin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində daha yaxından və effektiv formada iştirak etməsinin vacibliyini vurğulayıb. Prezidentin köməkçisi bununla bağlı yeni və daha çevik mexanizmlərin yaradılmasının zəruri olduğunu deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilib. Ölkəmiz ümumi daxili məhsulun artım tempinə görə dünyada liderliyini qoruyub saxlaya bilmiş, yoxsulluğun səviyyəsi kəskin aşağı enmiş, dövlət büdcəsinin gəlirləri artmışdır. Hər bir Azərbaycan vətəndaşının firavan həyat tərzinin formalaşması, onun normal yaşayışının təmin olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı şəkildə həyata keçirilən güclü sosial siyasətin başlıca məqsədlərindəndir. Xüsusilə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, qaçqın və məcburi köçkünlərin problemləri daim ölkə rəhbərinin və Birinci vitse-prezidentin diqqət mərkəzindədir.
Prezidentin köməkçisi bildirib ki, hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə dövlətin təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
Prezidentin köməkçisi deyib ki, bu gün digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı və sürətli islahatlar keçirilir.
Hikmət Hacıyev təhsil və mədəniyyət sahəsində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, yeni müstəqillik tariximizdə Azərbaycanın demokratiya yolunda qət etdiyi məsafəni dünyanın inkişaf etmiş əksər ölkələri daha uzun müddətə keçib. Bu gün ölkəmizdə söz və fikir azadlığının, siyasi plüralizmin, çoxpartiyalı sistemin mövcudluğu, vətəndaşların azad seçiminə yüksək şərait yaradılması, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilməsi Azərbaycanda demokratik mühitin vacib göstəriciləri sırasında yer alır.
Prezidentin köməkçisi qeyd edib ki, bugünkü görüş QHT-lərin fikirlərini və təkliflərini onunla bölüşmək üçün gözəl imkandır. Hikmət Hacıyev dövlətin QHT-lərdən ictimai problemləri öyrənmək və aidiyyəti qurumlara əsaslandırılmış təkliflər vermək, ixtisaslaşdıqları sahələrdə dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, dövlət orqanları ilə QHT-lər arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, habelə ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı təşəbbüslərlə çıxış etmək, cəmiyyətdə baş verən hadisələrə operativ reaksiya vermək, ictimai və milli maraqlar ətrafında səfərbər olmaq, innovativ ideyalar və yaradıcı təşəbbüslər irəli sürmək, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyətini təkmilləşdirmək və şəffaflığı, yeni ideyaları, təşəbbüskarlığı və operativliyi təmin etmək kimi gözləntilərinin olduğunu bildirib.
Görüşdə Gənclərin “Tənhalara dayaq” İctimai Birliyinin sədr Xoşbəxt Seidova, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, Sosial Rifah Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin nümayəndəsi Azər Hamısıahverənov, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Samir Əliyev, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım”” İctimai Birliyinin sədri Zenfira Mustafayeva, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyinin sədri Qalib Nəbiyev, “Dünya Gənc Türk Yazarlar” İctimai Birliyi Məsləhət Şurasının başçısı Əkbər Qoşalı, “Tərtər rayonunun sosial, iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva, “Vəfa” sosial problemlərin həllinə dəstək İctimai Birliyinin sədri Fatma Hacıyeva, “Tərəqqi” sosial-iqtisadi araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmsivari, “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, “Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri Rövşən Bağırov, “Təmas” regional inkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova, “Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Eynulla Xeyrullayev, “Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” İctimai Birliyinin sədri Fuad Bədəlov, “Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” İctimai Birliyinin sədri Əli Mirzəyev, “Mingəçevir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlimi” İctimai Birliyinin sədri Füzuli Əsədov, Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri Bahar Qasımova, “Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyinin sədri Sevil Hamısıahverdiyeva, “Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial-Mənəvi Dəstək” İctimai Birliyinin sədri Təranə Əhməd, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə, “Ailə Dünyası” ailələrə hüquqi yardım İctimai Birliyinin sədri Gülayə Səfərova, Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova, “Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək” İctimai Birliyinin sədri Aynur Zülfüqarova, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasi İctimai Birliyinin sədri Rəşad Hüseynov, “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədri Fərhad Abdulov, “Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım” İctimai Birliyinin sədri Zaur Seyidzadə, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsayeva, “Dünya” Ana və Uşaqlar İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva, İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi-Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlov, Beynəlxalq Diaspora Mərkəzi İctimai Birliyinin sədri İsmayıl Ağayev, “Gəncə Avro-Atlantik Məlumat Mərkəzi” İctimai Birliyinin sədri Mehman Xəlilov, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad, “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin sədri İradə Əlili, “Dostluq” gənclərin əlaqələndirmə mərkəzi İctimai Birliyinin sədri Yusif Ağayev, “Xan Şuşinski” Fondunun prezidenti Bəyimxanım Verdiyeva, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin sədri Niyaməddin Orduxanov, “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Elnarə Məhərrəmova, “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri Dilarə Muxtarova Nağıyeva, “Avrasiya” Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyinin sədri Solmaz Əliyeva, Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin sədri Fərman Nəbiyev, “Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası” İctimai Birliyinin sədri Günay Şahbazova, “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri Kazım Məmmədov iştirak ediblər.
Görüşdə çıxış edən QHT rəhbərləri hökumətin QHT-lərlə geniş formatda və davamlı olaraq keçirdiyi yeni dialoqun vacib və faydalı olduğunu vurğulayıblar. QHT rəhbərləri fəaliyyət göstərdikləri sahədə onları narahat edən məsələlər barədə danışaraq fikir və təkliflərini səsləndiriblər.
Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü müzakirələrin faydalı olduğunu, QHT-lərin irəli sürdüyü rəy və təkliflərin araşıdırılacağını və əsaslandırılmış məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını qeyd edib.