Dunya ana və uşaqlar ictimai birliyinin bəyanatı
Məlum olduğu kimi, avqustun 4-də Livanın paytaxtı Beyrutun dəniz limanında dəhşətli partlayış baş verib.Ermənistan hakimiyyəti Livan ermənilərinin Qarabağa kütləvi köçünü təşkil edib. Son 2 ayda 10 təyyarə reysi ilə 1300-dən artıq erməni Ermənistan və Qarabağa köçürülüb.
İrəvan Livan ermənilərini Ermənistandan daha çox işğal altındakı Azərbaycan ərazilərinə tarix boyu erməniləri köçürmüşdülər. Göründüyü kimi, bütün dünyanın gözü qarşısında işğal altında olan ərazilərimizə qanunsuz məskunlaşma həyata keçirir. BMT və digər beynəlxalq qurumlar buna reaksiya vermirlər. Bu prosesi tez bir zamanda qarşısı alınmalıdır?
İşğalci erməni dövləti müxtəlif adlar altında belə qanunsuz məskunlaşmanı heyata kecirir: Livanda baş verən partlayışı bəhanə gətirərək, onlar qanunsuz şəkildə Dağlıq Qarabağ bölgəsinə erməni ailələrinin yerləşdirilməsi üçün hərəkətə keçiblər. Ermənistan hökuməti beynəlxalq qanunlara məhəl qoymadan təxribatçı hərəkətlərini davam etdirir. Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirmişlər. Ermənistan çirkin məqsədlərini durmadan həyata keçirir. Livandan gətirilən erməniləri işğal olunmuş Dağlıq Qarabağda, həmçinin, Kəlbəcər, Qubadlı və Laçın bölgələrində yerləşdirilmişdi.
Ən qısa müddətdə ATƏT, BMT, AB, ATƏT-in Minsk Qrupu bu məsələyə etirazını bildirməlidir. Azərbaycan dövləti məsələni BMT-nin nəzərinə çatdırmalıdır.
1994-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin qanunsuz olaraq Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinə köçürülməsi halları mövcuddur. Beynəlxalq təşkilatların mövqeyinə nəzər yetirdikdə görürük ki, Ermənistan işğalçı tərəf olaraq üzərinə düşən öhdəlikləri kobud şəkildə pozur, qaçqınların məqsədyönlü şəkildə məskunlaşma siyasətini apararaq qanunsuz əməllərini davam etdirir. Bütün bunlar beynəlxalq hüququn prinsiplərinə ziddir. Terrorçuları işğal altında olan ərazilərimizə yerləşdirilməsinə qəti etrazımızı bildiririk!
Azərbaycanda fəaliyyət qöstərən bütün Partyalar QHT-lər diplomatik korpuslardan istifadə edərək, bu prosesin dayanmasını tələb etməlidirlər.