Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Respublikası Prezidentinin Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə “GERİYƏ YOL YOXDUR!!!” adlı layihənin təqdimatı keçirilmişdir.
“Covid19” virusu ilə əlaqədar olaraq tədbir keçirmək qadağan olunduğundan təqdimat qapalı şəraitdə keçirilmişdir.
Tədbirdə İctimai Birlik tərəfindən hazırlanmış I Qarabağ müharibəsində Azərbaycan ordusunun misilsiz qəhrəmanlığını özündə əks etdirən, söz və musiqisi Əfqanıstan və Qarabağ müharibələrində 200-dən çox döyüş əməliyyatlarının təşkilatçısı və icraçısı olmuş, “Qırmızı ulduz” ordenli polkovnik Əzizağa Qəni-zadənin olan “Qələbə yaxında” adlı hərbi-vətənpərvərlik mahnısının və ona hazırlanmış video-rolikin təqdimatı da keçirilmişdir.
Tədbirin sonunda layihənin icrası zamanı yüksək fəallığı ilə seçilən insanlar mükafatlandırılmışdır.