ATESH,AZ saytı məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Difai” filminin çəkilməsi adlı layihənin icrasl məqəsdi ilə çəkilən Azərbaycan tarixinin şərəfli səhifəsini özündə saxlayan “Difai” filminin çəkilişləri başlanmışdır.
1905-1906-cı illərdə erməni daşnaksütun terror təşkilatının Azərbaycan xalqında qarşı dəhşətli terrora başlamışdır. Bakıda, qarabağda Naxçıvanda və Azərbaycanın digər bölgələrində Rusiyadan dəstək alan Daşnaqsütün terror təşkilatının torətdiyi qətillərin sayı günbəgün artırdı. Daşnaqsütün təşkilatının apardığı terrorun qarşısının alınması üçün Fransada təhsil almış Azərbaycan ziyalısı Əhməd bəy Ağaoğlu Azərbaycanda fəaliyyətdə olan Rus Canişini Vorentsov Daşkovun yanına gedərək Azərbaycan xalqına qarşı törədilən qanlı qətillərin qarşısının alınmasını xahiş edir. Qafqazın Rus Canişini Əhməd bəyə qəti cavab verir ki, bu bizim işimiz deyil. Əhməd bəy görüşdən çox məyus qayıdır. Hadisələrin gedişini təhlil edərək “Fədai” təşkilatını yardaraq terrora qarşı mübarizəyə başlamaq qərarını verir. Az sonra Əhməd bəyin rəhbərliyi ilə “Fədai” üzvləri toplantı keçirərək təşkilatın adını “Difai” yəni xilaskar olaraq dəyişdirirlər. Bundan sonra “Difai” təşkilatının fəaliyyəti nəticəsində erməni terrorçularının qarşısı xeyli alınır.
“Difai” filminin çəkilşləri zamanı tarixi araşdırmaların insanlara təqdim edilməsinə çalışacağıq. Bunun üçün “Difai” filminin ilk çəkilişi Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov çəkilmişdir. Fərhad Cabbarov Azərbaycanın şərəfli tarixini özündə saxlayan “Difai” təşkilatı haqda geniş məlumat verərək tariximizin bu günə qədər insanlara çatdırılmayan səhifəsini açıqlamışdır. “Difai” filminin çəkilməsi ilə bağlı icra edilən layihəni Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi həyata keçirir.
Layihə rəhbəri MVQSYİB-nin sədri Radə Abbas