Mehriban Əliyeva dünyada tanınan və qəbul edilən güclü siyasətçi,nüfuzlu liderdir. O, həmişə gələcəyə nikbin baxıb.Onun fikirincə bu gün Azərbaycan qüdrətli, özünü təsdiq etmiş bir dövlətdir. Bizim inkişaf üçün böyük potensialımız, ən əsası isə insan kapitalımız vardır. Bütün fəaliyyəti boyu onun üçün əsas prioritet ölkəmizin və xalqımızın maraqları olmuşdur.İndiyədək bir çox əhəmiyyətli layihələr reallaşdırıb . Bu illər ərzində Azərbaycanın həyatında baş verən müsbət dəyişikliklərə öz töhfəsini verməyi bacarıb.
Mehriban xanım hər zaman xalqın dəstəyinə arxalanıb və fəaliyyəti boyu bu dəstəyi hiss edib: “Ölkəmizin gələcəyi, onun inkişafı və firavanlığı üçün bizim hər birimiz cavabdehik.Bu gün sizin səmimi diləkləriniz və dəstəyiniz mənim üçün çox vacibdir.Mən bu dəstəyi hər zaman, fəaliyyətimin bütün mərhələlərində hiss etmişəm. Hesab edirəm ki, əsl minnətdarlıq özünü yalnız sözdə deyil, konkret əməldə göstərməlidir.
Sizi əmin edirəm ki, indiyədək önəm verdiyim prinsiplərə – öz Vətənimə və xalqıma xidmət, mərhəmət və ədalət, tolerantlıq və ümumbəşəri dəyərlərə bundan sonra da sadiq qalacağam”.
Onun iqtisadi, siyasi, beynəlxalq aləmdəki fəaliyyəti yüksək səviyyədə qiymətləndirilib və dəyərləndirilib. Dünya dövlətləri tərəfindən ali mükafatlara layiq görülüb. Biz sahibkarlar da həqiqətən belə səmimi, sadə, nüfuzlu, liderlə fəxr edirik.Hər zaman onun yanındayıq.
Mən doğum günü münasibətilə Mehriban xanımı səmimi qəlbdən təbrik edirəm, ona can sağlığı və bu çətin şərəfli işində uğurlar arzulayıram!
Zemfira Ağayeva,
Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyinin sədri