Son bir ay ərzində Bakıda avtobuslarda daha çox sıxlıq müşahidə olunur.
Paytaxtda bu qədər sıxlığa səbəb nədir?
Pandemiya dövründə şənbə və bazar günləri marşrut xətləri üzrə avtobusların işləməməsi vətəndaşları çətin duruma salmışdır. Həm maddi cəhətdən, həm də mənəvi cəhətdən insanlar sıxıntı keçirirlər. Əgər kimsə nə vaxtsa bir VÖEN açdırıb qeydiyyatdan keçibsə və fəaliyyətini dayandırsa belə və ya 200 manat pensiya , müavinət alırsa,həmçinin Qarabağ qazisi olaraq 80 manat pensiya alırsa, həmin şəxslər 190 manat yardımdan məhrum olunurlar.
3 milyon nəfərə yaxın vətəndaşa dövlət ünvanlı yardım ödədi . Sağ olsunlar.
Hələ interneti olmayan və ya onlayn xidmətlərindən istifadə edə bilməyən vətəndaşlar da nəzərə alınsa, iri məmurlardan, imkanlı şəxslərdən başqa görün nə qədər insanlar pandemiya dövründə işlərini müvəqqəti dayandırılib , evdə yarı ac yarı tox , susuz qalmışdır?
Dövlət və hökumət başçıları pandemiyanın yayılmaması üçün əhalini evdə saxlamaqla rayonlara gediş – gəlişi dayandirmısdır..Məncə bu qərar yumşaldılmalıdir.. Çünki rayon qeydiyyatında olan vətəndaşlar öz yurduna gedə bilmir və doğmalarını ziyarət edə bilmirlər . Beləki, Bakıda bir tikə çörək qazanmaq üçün zərhəd bölgələrini boşaldaraq iri şəhərlərə axın edən , alver edən, tikintilərdə bazarlarda ,dükanlarda ticarət mərkəzində işləyən vətəndaşlara da icazə verilmədi ki,gedib ucqar kənd və qəsəbələrdə , rayonlarda yaşayan valideynlərinin məzarına baş çəksinlər , ölüülərinə Yaşın oxutsunlar. Hətta kənddə yaşayan bacısı Bakıda rəhmətə gedən bacısının yaşında iştirak edə bilmir.Oğul rayonda yaşayan atasının dəfnində iştirak edə bilmir. Bu həmin insanlara ömrü boyu əzab verəcəkdir.
Ucqar rayonlarda , qəsəbələrdə yeni iş yerləri, istehsal sahələri yaradılmalıdır.
Əmək və Əhalinin sosial Mudafiəəsi nazirliyi məşğulluq idarələrində kütləvi surətdə ixtisarlar edir, saxta əlillik alan vətəndaşları sağlam çıxarmaqla hökumət rəhbərlərindən afərin sözü qazanmaq üçün daha çox canfəşanlıq edir.
Bəs bu əlilliyi verən bu nazirlik deyildimi?
Nazirlik vətəndaşına pul verməlidir, , pulu kəsmək yox. İnsanları dolandırmaq , onlara şərait yaratmaq lazımdır. Əgər yollar açılsaydı, rayon camaatı kənd həyatına alışaraq öz kəndinə gedərdi, Bakıda tünlük yaratmazdılar .
Metronun işləməməsi də sıxlıq yaradan səbəblərdəndir.
Fürsətdən istifadə edən taksi sürücüləri isə iki manatlıq yolu 6 manata mənzil başına çatdırmaqla müştərilərini uf demədən soyurlar.
Bu günlərdə Xaçmaz rayonuna ezamiyyətə getmişdim.
Bakının Şamaxinka deyilən ərazisindən Xaçmaz rayonuna adamın birini 20 manatdan aparan taksi sürüçümuz Yaşma deyilən ərazidə növbə gözləmədən yük avtomobillərinin sərbəst hərəkət zolağına keçərək qabağa düşmək istədi . Ayıq sayıq yol polisləri tərəfindən avtomobiliniz saxlanıldı. Sürücünün kobut danışıq rəftarı polislərimizi də əsəbləşdirdi. Axı günün qabağında gecə- gündüz 24 saat dayanaraq öz vəzifə borcunu yerinə yetirən və Nazirlər kabinetinin qərarlarına əməl edən polis və hərbçiləri də nəzərə almaq lazımdır.
Əlbətdə ki, hər bir vətəndaş qanuna əməl etməlidir.Şənbə və bazar günləri nə qədər insanlar xəstəxanalara müraciət etmək və ya qohumlarının evlərində getmək üçün vəya apteklərdən dərman almaq üçün mütləq taksi sifariş verməlidirlər
Qiymətlər də bahalı. Bəs onda bu kasıb təbəqə neyləsin, aldığı pensiyasını taksilərəmi xərcləsin? Metroların işləməməsinə isə ventilyasiya sisteminin güyaki, virus yayması bəhanəsiylə nəqliyyatı iflic vəziyyətinə salmaq düz deyil .
Onsuzda metrolarda ventilyasiya sistemi normal işləyirmi?
Beləliklə metroların istirahət günlərində işləməməsi avtobuslarda həddindən artıq sıxlıq, basabas yaradır.Onda ara məsafəni necə qoruyaq?
Tezliklə virus təhlükəsi xalqımızın üzərindən çəkilsin, bəşəriyyət gülsün, insanlar salamat olsun.
Rauf İlyasoğlu