Şənbə , bazar günləri avtobusların işləməməsi vətəndaşların ailə büdcəsinə olduqca mənfi təsir edərək acınacaqlı vəziyyətə salıb.. Sadə , işsiz vətəndaş necə hərəkət etsin, çimərliklərə getmək , yer tapmaq üçün nə qədər pul xərcləsin?
Bakıda iki milyondan çox əhali cəmləşib. Rayonların yolunu açmaq lazımdır ki, insanlar öz doğmalarının yanına gedə bilsinlər.
Mən şəxsən Ağdamın Quzanlı kəndində yaşayan müharibə əlili olmuş veteran qardaşımı, eləcə də doğmalarının uyuyan məzarını dörd aydan çoxdur ki,ziyarət edə bilmirəm Olmaz ki, rayonların yolların açıb, ara məsafə gözləməklə maskadan istifadə edərək doğmalarımızı ziyarət edək?
Səhiyyə naziri beş aydır ki, qeybə çıxıb.
TƏBİB deyəsən səhiyyəyə nəzarət edir. testlər əslində dövlət hesabına olmalıdır. Ruşvətxorluğun, məmur özbaşınalıqlarının qarşısı alınmalıdır. İçtimai nəzarət gücləndirilməlidir. Xalq dövlətin ətrafında sıx birləşərək hər çətinliyə dözür. Onlayndan istifadə edə bilməyən sadə vətəndaşlara dövlət sahib çıxmalıdır. Uşaq pulları bərpa olunmalıdır.Evin tək oğul övladına hər işə imtiyazlar verilməlidir . Genofon qorunmalıdır.
Hər kəs qanun qarşısında cavabdehdir.
Ölkəmizdə ən çox işləyən və şıdırğı alver edən obyektlər apteklər və marketlərdir.Saxta dərmanları ölkəyə gətirənlər cəzalandırılmalıdır. Rayonlarda çölə atılan mer- meyvələri işbazlar ucuz qiymətə gətirib marketlərdə baha qiymətlərə satdıranlar, ağır durumda yaşayan vətəndaşlara qəst edirlər. Ucuz deyəndə elə bilməyin ki, su qiymətinə alırlar. Meyvənin bir kiloqramının qiyməti rayonlarda, kəndlərdə su qiymətindən çox ucuzdur. Dövlət hər bir ailənin qayğısını çəkməlidir.
İmkan daxilində çəkir də. Amma oliqarx, rüşvətxor məmurlardan tutulan milyonların hesabına əlillərin, imkansız insanların təqaüdlərini, pensiyalarını azı iki dəfə artırmaq olar. İnsan insan kimi yaşamalı və dolanmalıdır.
Müğənnilər mayadan yeyirlər, mollaların kitabı bağlanıb, daha ehsan qazanları buğlanmır. Ehsanşiklər də gözə dəymir. İsrafçılığa yol verən şadlıq sarayları da bağlı qalıb.
Heç kəs insafını əldən verməyəydi.
Cətin vəziyyət artıq arxada qalıb.
Pondemiya dövründə nə qədər insanları itirdik. Xalqımız dözümlü xalqdır. Amma xalqı da düşünmək lazımdır. Əksər nazir ,məmur balaları hər hoqqadan çıxırlar , xarici ölkələrdə at oynadırlar. Kasıblar isə bir qarın çörək tapmaq üçün mübarizə aparırlar.
Yəqin ki, rayonlara gedib gəlmək tezliklə sərbəstləsdiriləcək, insanlar rahat nəfəs alacaqlar. Çünki, pandemiya insanları gigyenik qaydalara , yeməyinin qədərini bilməyə , qayda qanuna əməl etməyə öyrətdi. Qonşu da qonşu ilə əlaqə saxlamağa ehtiyyat etdi.Yaxından təmasda olmaq, əl ilə görüşmək, öpüşmək tərgidildi.
Bu o demək deyil ki, insanlar soyuqqanlı oldular.
Əksinə xalq hər zaman çətin durumda dövləti dəstəklədi. Dövlət də xalqa sahib çıxmalıdır.
Rauf İlyasoğlu