«31 » iyul 2020-ci il.
PRESS – RELİZ – 02
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə, “COVİD 19 Koronavirus Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə həyata keçirdəcəyi, “Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə tibbi və sosial dəstəyin təşkili” layihəsi çərçivəsində Müqəddəs Durban bayramı münasibəti ilə, 30-31 iyul tarixlərində, karantin qaydalarına əməl edilərək, Bakı şəhərində ehtiyacı olan imkansız az-təminatlı aillərə, müharibə əlillərinə, veteranlara, tənha ahıl insanlara ərzaq və tibbi ləvazmatla yardım edildi.
«Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»-nin direktoru Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Azərbaycan xalqına etdiyi, “Biz birlikdə güçlüyük” müraciətinə dəstək verərək, QAYDALARA ƏMƏL ET, ÖZÜNÜ VƏ CƏMİYYƏTİ QORU! Şuaraı ilə, Bakı şəhəri, Səbail, Nəsimi, Binəqədi, Nizami, Xətai, və Sabunçu rayonlarında sosial yardıma ehtiyacı olan imkansız aztəminatlı ailələrə, müharibə əlillərinə, tənha ahıl insanlara ərzaq və tibbi yardımları ilə köməklik göstərmək, ictimai maarifləndirmə təbliğat və təşviqat kampaniyası aparmaqdır.
Təşkilatımızın əhali arasında apardığı araşdırmalarından məlum olmuşdur ki, COVID-19 Koronavirus Pandemiyasına yoluxma hallarının qarşısını almaq məqsədi ilə respublikamızda tətbiq olunmuş karantin rejimini ərəfəsində, Bakı şəhərində ehtiyacı olan imkansız az-təminatlı aillərə, müharibə əlillərinə, veteranlara, tənha ahıl insanlara ərzaq və tibbi dəstəyə daha çox ehtiyacları vardır. Buna görədə biz bu müqəddəs Qurban bayramı günlərində, Bakı şəhərində ehtiyacı olan imkansız az-təminatlı aillərə, müharibə əlillərinə, veteranlara, tənha ahıl insanlara bayram sovqatı ilə yardım edirik.
Tədbirdə iştirak edən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi Həsən Səmədov bildirdi ki, ölkəmizdə COVID-19 Koronavirus Pandemiyasına yoluxma hallarının son vaxtlar kəskin artmasını nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin tətbiq etdiyi qərarlarlara və Dövlətimizin bu sahədə həyata keçirdiyi bütün tədbirlərə adekvat ictimai dəstəyin təmin edilməsi bizim hər birimizin vətəndaş borcudur.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2020-ci il qrant müsabiqəsi çərçivəsində 26 dövlət və digər qurumlarla birgə 429 QHT layihəsi Şura tərəfindən qəbul olunmuşdur. Onlardan 290 təşkilatın layihəsi Şuranın sədri Azay Quliyevin tövsiyəsi ilə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Azərbaycan xalqına etdiyi, “Biz birlikdə güçlüyük” müraciətinə dəstək verərək, COVID-19 pandemiyası ilə mübarizə məqsədi ilə müvafiq istiqamət üzrə dəyişdirilərək, pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə, ehtiyacı olan imkansız az-təminatlı aillərə, müharibə əlillərinə, veteranlara, tənha ahıl insanlara ərzaq və tibbi yardımlarla köməklik göstərilir. Bu lahələrdən biridə “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun həyata keçirtdiyi, “Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə tibbi və sosial dəstəyin təşkili” layihəsidir. ABƏDF
Ümüd edirik ki, “Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə tibbi və sosial dəstəyin təşkili” layihəsinin həyata keçirilməsi nəticəsində, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün, Azərbaycan xalqına etdiyi, “Biz birlikdə güçlüyük” müraciətinə və Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Nazirlər Kabineti yanında yaradılmış, Operativ Qərargahın qəbul etdiyi qərarlarına və həmçinin tətbiq olunmuş karantin dövründə, müharibə əlilləri arasında pisixoloji gərginliyi artmış müharibə əlilləriniə tibbi-psixoloji köməklik göstərərək, onların cəmiyyətdə pisixoloji-fiziki problemlərinin minuma çatdırılmasına dəstək olacaqdır.
Yardım almış aztəminatlı aillər, beləbir müqəddəs Qurban bayramında onları sayıb diqqət və qayğı göstərdikləri üçün, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və təşkilatçı olan “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun kolektivinə öz təşəkkürlərini bildirdilər,
Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər
Fondunun Mətbuat Xidməti