Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə, “COVİD 19 Koronavirus Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə, 15 iyul 2020 – ci il tarixindən, 15 oktyabr 2020-ci il tarıxinə kimi, həyata keçirdəcəyi, “Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə tibbi və sosial dəstəyin təşkili” layihəsinin icrasına başladı.
Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»-nin direktoru Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Azərbaycan xalqına etdiyi, “Biz birlikdə güçlüyük” müraciətinə dəstək verərək, QAYDALARA ƏMƏL ET, ÖZÜNÜ VƏ CƏMİYYƏTİ QORU! Şuaraı ilə, Bakı şəhəri, Səbail, Nəsimi, Binəqədi, Nizami, Xətai, və Sabunçu rayonlarında sosial yardıma ehtiyacı olan imkansız az-təminatlı aillərə, müharibə əlillərinə, tənha ahıl insanlara ərzaq və tibbi yardımları ilə köməklik göstərmək və həmçinin tətbiq olunmuş karantin dövründə, müharibə əlilləri arasında pisixoloji gərginliyi artmış müharibə əlilləriniə tibbi və pisixoloji köməklik göstərərək, onların cəmittətdə pisixoloji və fiziki maniyələrinin minuma çatdırılmasına dəsdək verərək, ictimai maarifləndirmə təbliğat və təşviqat kampaniyası aparmaqdır.
Ölkəmizdə COVID-19 Koronavirus Pandemiyasına yoluxma hallarının son vaxtlar kəskin artmasını nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin tətbiq etdiyi qərarlarlara və Dövlətimizin bu sahədə həyata keçirdiyi bütün tədbirlərə adekvat ictimai dəstəyin təmin edilməsi bizim hər birimizin vətəndaş borcudur.
COVID-19 Koronavirus Pandemiya bəlasının aradan qaldırmaq üçün vətəndaşlarımızın nümayiş etdirdiyi sosial məsuliyyət və həmrəylik qlobal təhlükəyə çevrilən koronavirus pandemiyasına qarşı mübarizədə bu gün də ən çox ehtiyac duyulan məsələdir.
Təşkilatımızın əhali arasında apardığı araşdırmalarından məlum olmuşdur ki, COVID-19 Koronavirus Pandemiyasına yoluxma hallarının qarşısını almaq məqsədi ilə respublikamızda tətbiq olunmuş karantin rejimini ərəfəsində, Bakı şəhərində ehtiyacı olan imkansız az-təminatlı aillərə, müharibə əlillərinə, veteranlara, tənha ahıl insanlara ərzaq və tibbi dəstəyə daha çox ehtiyacları vardır.
Ölkəmizdə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Nazirlər Kabineti yanında Operativ Qərargah tətbiq etdiyi karantin rejimi dövründə onlarla müharibə əlili pisxoloji gərginkik keçirərək səhtləri ağırlaşmışdır.
Müharibə əlillərininin çoxusu onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi sığorta və tibbi-reabilitasiyaları imtiyazları haqqında hüquqlarını bilmədikləri üçün, onlar xəstəxanalarda vaxtı-vaxtında müalicə olunmalarında problemlərlə üzləşirlər. Səhətləri ağır olan müharibə əlilləri xəstəxanalara yerləşirdikdən sonra, onların müalicələrinə lazım olan dərmanları imkansızlığ üzündən ala bilmədiyləri üçün, onlar müalicələrini yarımçıq saxlayaraq xəsdəxanadan evlərinə buraxırıllar. Belə əlilərin çoxusu tam müalicə almmadığları üçün evlərinə buraxıldıqdan sonra vəfat etmişdir.
“Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə tibbi və sosial dəstəyin təşkili” layihəsinin həyata keçirilməsi nəticəsində, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün, Azərbaycan xalqına etdiyi, “Biz birlikdə güçlüyük” müraciətinə və Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Nazirlər Kabineti yanında yaradılmış, Operativ Qərargahın qəbul etdiyi qərarlarına və həmçinin tətbiq olunmuş karantin dövründə, müharibə əlilləri arasında pisixoloji gərginliyi artmış müharibə əlilləriniə tibbi-pisixoloji köməklik göstərərək, onların cəmittətdə pisixoloji- fiziki maniyələrinin minuma çatdırılmasına dəstək olacaqdır.
QAYDALARA ƏMƏL ET, ÖZÜNÜ VƏ CƏMİYYƏTİ QORU!
Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər
Fondunun Mətbuat Xidməti, Bakı şəhəri: «17 » iyul 2020-ci il.