QHT- nümayəndələrindən,Tovuz rayonu sakinlərinə dəstək

12-13-14 iyul tarixində, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz, Qazax istiqamətində, Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş hərbi təxribat nəticəsində artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutması və Azərbaycan əskər və zabitlərimizin şəhid olması ölkə ictimatətinin qəzəbinə səbəb oldu.
Bununla əlaqədar olaraq, döyüş bölgəsində yerləşən Tovuz rayon camahatına və əskərlərimizə dəstək vemək məqsədi ilə, 13-14 iyul günlərində,“Dünya ana və uşaqlar” ictimai birliyinin sədri Dünyaxanım Əliyeva və Dunyaxeber.com sayıtının Narveqya bürosunun təmsilçisi, vətənpərvər xanım Samira Hamısıahverdiyeva və  Tovuz rayonuna  ezamiyə olunmuşlar.
“Dünya ana və uşaqlar” ictimai birliyinin sədri Dünyaxanım Əliyeva Tovuz rayonundaki son vəziyət və Tovuz rayon  əhalisini vətənpərvərliyi haqqında məlumat verərək bldirdi ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində “gərgin vəziyyətin” davam etdiyini, vəziyyətin sabitləşmədiyini qördük.
Mülki əhalini ağır silahlardan atəşə tutmaq, silahsız qocaları, qadınları və uşaqları qətlə yetirmək erməni faşizminin və barbarlığının bariz təzahürüdür. Tovuz rayonunda gedən döyüşlər onu göstərir ki, Azərbaycan ordusu ölkə sərhədlərini qorumağa, düşmənin istənilən təxribatının və həmləsinin qarşısını almağa və ona layiqli cavab verməyə daim hazırdır və qadirdir.
Sakinlərin deyilənə görə Dondar Quşçu kəndini toplardan evlərə zərbələr endirirlər. Bir nəfərin həyətyanı sahəsinə bizim orda oldüğümüz zaman bir evinə mərmi düşdüyünün şahidi olduq, xəsarət alan olmadi.
Milli ordumuzun kamandirləri və  Tovuz rayon Polis şöbəsinin rəisi polis polkovniki Şirzad Əsgərov, Xidməti üzrə rəis müavini İslam Əhmədov,Post patrul xidməti bölüyünün komandiri Orxan Məmmədov,Tağım komandiri leytenant Samir Həsənov,post patrul xidmətinin qərargah rəisi Vüqar Hüseynov,cinayət axtarış şöbəsinin rəisi Dostuyev Azər həmin döyüşlərdə əsgərlərlə birlikdə böyük rəşadət göstərdiklərinə görə onlara təşəkkür edirik,can sağlığı arzulayırıq.Biz bir daha Azərbaycan polislərinə etibar edirik,inanırıq və onlara arxalanırıq. Biz Tovuz sakinlərinin qürur verici hərəkətlərini qördük.Kənd sakinlərinin milli ordumuzun,arxasında durmağını  onlarnan ciyin-ciyinə vuruşmağa hazır olduğunu dedilər
Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah dövlət müstəqilliyi dövrümüzün ən böyük nailiyyətidir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.
Biz, “Dünya ana və uşaqlar” ictimai birliyi olaraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, əhalinin təhlükəsizliyinin təmin olunması və erməni təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyirik.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz, Qazax istiqamətində vətnimizin müdafiyəsi uğrunda şəhid olmuş iqid əskərlərimizə Hamısıahdan rəhmət diləyirik!

Dunyaxeber.com

“Dünya ana və uşaqlar” İctimai Birliyinin Mətbuat xidməti