Hər kəs, çörəyə, sözə, hikmətə hörmətlə yanaşmalıdır .
Atalar gözəl deyib, qəm ye, amma qəm artıran insanlarla qəm yemə.
Ustad sənətkarımız
Hüseyn Arifin şeiri yadıma düşdü :
Biz çörək vermədik çörək istəyək,
Biz çörək verdik ki, çörəkli olaq .
Və ya bir müdrik yazır ki, ( Gileyli Bəylər )
Xeyrin, şərin bəzəyidir, mərd çörəyi, ər çörəyi,
Bir gün səni utandırar , qardaş, yemə hər çörəyi.
Ağıllı baş bil, ac olmaz, zəhmət ilə bir tac olmaz.
Özgələrə möhtac olmaz, kimin var halal çörəyi.
Namərd, dosta xain baxar,
fitnə, fellə evlər yıxar,
Süfrə açsa , başa qaxar,
Eylər zəhrimar çörəyi
Var+; yoxunu dərdə saldı,
Xəsis yığdı,kimə qaldı .
Ay Gileyli, yağdı, baldı,
Yaxşı dostun şor çörəyi.
Dünyada kitablar içərisində ən qiymətlisi Qurani Kərimdi, nemətlər içərisində ən qiymətlisi çörəkdi .
Bir nankor çörəyi yerə atır, amma bir müdrik onu öpür, qoyur gözünün üstünə .
Təzada bax.
Mələk də insana iki şeyə görə qibtə edib çönüb insan olmaq istəyir .
Bir, valideynə, ataya, anaya qulluq etmək üçün, bir də yerə düşən çörək qırıntılarının hüzurunda baş əyib əyilib onu götürmək ücün .
Çörəyin satışda qiyməti ucuz, çəkisi isə yüngül gələ bilər, amma bir süfrə başında kəsilən bir tikə çörəyin dəyəri dəyirman daşından da ağırdı;
Kişilik ortada tutanda qərar,
Duz- çörək kəsmişik deyib babalar .
Köhnə kişilər süfrə başında çörək kəsməyi müqəddəs bilib, həyatda birinin qəbahətlərini həmin kəslə kəsdiyi çörəyə bağışlayıblar .
Kişilər hər süfrədə, hər yetənlə də çörək kəsməyiblər .
Deyiblər başa vurar,
Kirpiyə qasa vurar,
Yemə namərd çörəyi,
Qaytarıb başa vurar.
Çörəyi daşdan çıxmaq bir halallıq, igidlik, ərənlikdir , bir qəhrəmanlıqdir
Deyirəm neynək, çörəyimiz daşdan çıxsın, amma çörəyimizdən daş çıxmasın .
Kiminə qan – tərlə daşdan çıxırsa,
Kiminin üzünə bol olan çörək,
Kiminin ağzında zəhər dadırsa ,
Kiminin ağzında bal olan çörək.
Kimi süfrə açar , bismillah deyər,
Kimi səni yeyər dizinin üstə ,
Kimi saya salmaz, taptıyıb keçək,
Kimi öpüb qoyar dizinin üstə ,.
Rauf İlyasoğlu bu yerdə belələrinə yazıb ki:
İki doğma qardaşlar ,
Yığışıb qurban kəsdi ,
Qonşuya pay vermədi,
Əlləri yaman əsdi .
Hər tərəfə yayıldı,
Kababın iyi necə ?
Körpələr də ayıldı,
Yata bilmədi gecə .
Səhər qonşu arvadı
Ərin bağa göndərdi ,
Qoyunun baş ayağın
Zibilliyə tulladı.
Çörəyi götürməzlər,
qalsa ayağı altda,
Əfsus ki , belələri ,
hələki var həyatda .
Bir mudrik deyir ki:
Biri atır, biri tutur ,
Çörək sənin nə günahın,
Hər ağızda dadın bir cür,
Çörək, sənin nə günahın.
Əkib biçib dolanan var,
Yeyib içib həm danan var
Min cür yolla dolanan var,
Çörək sənin nə günahın?
Kim özün doğru sayanda,
Yalan gerçək doğru anda,
Yeyən də biz taptıyan da ,
Çörək sənin nə günahın?
Çörək sənin nə günahın?
Eviniz çörəkli, ömrünüz bərəkətli olsun .
Vətənin bir qarış torpağının, daşının qiyməti qürbətdə qızıl, ləl içərisində yaşamaqdan üstündür Ustadım İlyas Qəmginin bir bənd şeirində sözün böyüklüyünə baxın;.
Əyləş daş üstündə onu ar bilmə,
Üstə dincəldiyi daş da qocalıq.
Bu fani dünyaya gəl belə gülmə,
Əngin səmalarda quş da qocalır .
Öz kəndinə körpü tıkdirərkən başı çox qalmaqal çəkmiş İlyas müəllim bayatılarının birində deyir ;
Mən elin vətəndaşı,
Qəlbimdə vətən daşı.
Öləndə sinəm üstə ,
Döşəyin vətən daşı .
Torpaqdan yaranan torpağa da qismət olaçaq .
Odur ki, torpağın və üzərində yetişən ruzi bərəkətin qədrin bilməliyik.
Xeyirxah əməllərimizlə axır sınaqdan uğurla çıxmalıyıq.
Yeri, göyü yaradan Rəbbim, həmd olsun sənin böyüklüyünə, şükr edirik sənin qüdrəti camalına.
Yaratdığın biz bəndələri düz yola yönəlt.
Bizə dərdsiz , qəmsiz , şərəfli qocalıq nəsib etməyinizi Sizdən diləyirəm.
Gecə gündüz duacınıq. Pərvərdigara . Bu aciz bəndələrini qoru.
Bəşəriyyəti qırğınlara mübtəla edən günahkarlara öz hökmünü göstərən Hamısıahım!
Dünyamızın salamt, rıza bərəkətimizi bol, övladlarımızı xoşbəxt elə .
Hər işə qadir olan Rəbbimin izni ilə hər birinizin canınız sağ, süfrəniz halal və bərəkətli olsun.
Hazırlayıb təqdim etdi ;
Rauf İlyasoğlu