Vətən Uğrunda Hərakatın iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin, Tovuz, Qazax və Naxçıvan istiqamətində törətdiyi təxribatla bağlı Bəyanatı.
Ermənistan silahlı qüvvələri 12 iyul tarixində, növbəti dəfə ağır artilleriya qurğularından istifadə edərək təcəvüzkarcasına Tovuz, Qazax və Naxçıvan istiqamətində Azərbaycan dövlət sərhədini pozmuşdur.
Baş vermiş hadisə, Vətən Uğrunda Hərakatda toplanmış ehtiyatda olan zabitlərimizi, müharibə vetranlarımızı və ziyalılarımızı bərk narahat etdi.
Baş vermiş təcavüzlə bağlı Azərbaycan dövləti beynəlxalq hüquququn ona verdiyi bütün səlahiyyətlərdən istifadə edərək işğal olunmuş ərazimizi teroristlərdən təmizləyərək öz dövlət sərhəddini tam bərpa etməlidir.
Bunun üçün, Biz, Vətən Uğrunda Hərakat olaraq, Azərbaycan xalqını və dövlətini vahid bir cəbhədə birləşməyə cağırırıq.
Vətən Uğrunda Hərakatın təşəbbüs
qrupunun sədri Xudu Xudiyev 13 iyul 2020-ci il.