“Vətən Uğrunda Hərakat” iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin, Tovuz, Qazax və Naxçıvan istiqamətində törətdiyi təxribatla bağlı Azərbaycan xalqına və dövlət başçısına müraciət etddi
12 iyul tarixində, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz, Qazax və Naxçıvan istiqamətində, Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş hərbi təxribat nəticəsində artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutması və Azərbaycan əskərlərinin şəhid olması, “Vətən Uğrunda Hərakat” İctimai birliyində toplanmış ehtiyatda olan zabitlərimizi, müharibə vetranlarımızı və ziyalılarımızı bərk narahat etdi.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz və Qazax rayonu sahəsində Ermənistanın silahlı qüvvələrinin bölmələri beynəlxalq hüquq normalarını və atəşkəs rejimini kobud və nümayişkaranə şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmuşdur. Döyüş nəticəsində Azərbaycan Ordusunun əsgərləri arasında şəhid olan və yaralananlar vardır.
Bundan əlavəazğınlaşmış Ermənistan silahlı qüvvələrinin bölmələri öz xarici dövlət havadarlarına güvənərək, iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozaraq, Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan müvqelərimizi atəşə tutmuşdur. Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara yaxın ərazinin yanması ilə nəticələnmişdir.
Erməni tərəfinin bugünkü təxribatı və məğlubiyyəti bir daha Azərbaycan Ordusunun gücünü, cəsarətli Azərbaycan əsgərinin əzm və rəşadətini nümayiş etdirərək, hər iki istiqamətdə, Tovuzda, Qazaxda və Naxçıvanda düşmən cavab atəşi ilə susdurularaq, əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altında saxlanıldı.
Biz, hesab edirik ki, Tovuz və Qazax rayonu istiqamətində baş vermiş hadisə ermənilərin məkrli siyasətini təzahürü kimi, 2016–cı il 1-2 aprel döyüşlərinin təkrarıdır.
Təcavüzkar siyasətini özlərinin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə göstərir.
Bizdə hərakat olaraq hesab edirik ki, Ermənistan tərəfinin təxribatının əsas məqsədlərindən də biri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə üzvü olduğu hərbi-siyasi təşkilatları və üçüncü ölkələri cəlb etmək niyyəti durur.
Ermənistan bu kimi təxribatçı əməlləri ilə xarici siyasətdə münaqişəyə digər dövlətləri cəlb etməklə məğlub ordusunun qoruya bilmədiyi ərazisində və işğal altında olan torpaqlarımızda “dayaq” yaratmağa çalışır. Ermənistan Müdafiə və xarixi işlər nazirliyinin rəsmiləri tərəfindən verdiyi sərsəm və heç bir reallığı əks etdirməyən məlumatlar da beynəlxalq ictimaiyyəti aladmaqdan başqa bir şey deyildir.
Ermənistan silahlı qüvvələrinin bölmələrinin iyulun 12- ndə Tovuzda və Naxşıvanda törədiyi təxribatı fakt kimi, aparılan sülh danışıqlarının sonunun gəlib çatdığını birdaha təsdiq etddi.
Biz,“Vətən Uğrunda Hərakat” İctimai birliyi olaraq, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanına və ölkə ictimatətinə bəyanatla müraciət edərək bildirik ki,Ermənistan heç vaxt, Qarabağı sülh yolu ilə Azərbaycana qaytarmayacaqdır. Buna görədə Dağlıq Qarabağ münaqişəsinin həllinin alternativi yalnız müharibədir.
Bu, gün erməni dığaları və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərdəki, Azərbaycan deyil. İndi Azərbaycan Silahlı Qüvələri NATO standartlarına uyğun formalaşmış Qafqazın ən qüdrətli ordusudur.
Əgər Qarabağ savaşında Azərbaycan ordusunda 10 minə yaxın keçmiş gənc Əfqanıstan müharibəsi və az saylı hərbiçi mütəxəsislər döyüşürdüsə indi bunların sayı 100 minlərlədir. İndi hər bir Azərbaycan əskəri Azərbaycanın Milli Qəhramanı Mübariz Ibrahimov, Murad Mirzəyev, Fərid Əhmədov və başqa qəhraman oğullarımız kimi fədakarlıq göstərərək Qarabağ torpağı uğrunda döyüşməyə hazırdırlar.
Biz, “Vətən Uğrunda Hərakat” İctimai birliyində toplanmış ehtiyatda olan Azərbaycan Silahlı Qüvələrinin veteranları,Əfqanıstan, Qarabağda döyülərdə iştirak etmiş müharibə veteranları və ehtiyatda olan hərbiçiləri, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanına müraciət edərək, yenidən orduya səfərbər olaraq ordumuzla həmrəklik nümayiş edərək, əbədi və əzəli torpaqlarımızın ermənilərdən təmizləyib azad edərək şəhidlərimizin və dədə babalarımızın ruhlarını şad etmək istəyirik.
Əgər, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı, biz döyüşçülərin və xalqın iradəsi ilə, Azərbaycan Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyata başlayarsa onda biz, Azərbaycanın yadelli işğalçılar tərəfindən işğal olunmuş torpaqlarımızı azad edərək, Azərbaycanın ərazi bütövlüyünü qısa müddətdə bərpa edəcəyik. Biz, Qarabağı, bütün itirilmiş torpağlarimizı birləşdirmək uğrunda müqəddəs bir yola çıxmalıyıq. Biz bu ağır yükü və problemi gənc nəsilə saxlamamalıyıq.
“Vətən Uğrunda Hərakat” İctimai birliyinində məhs məqsədi və məramı, Azərbaycan Dövlətçiliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində xalq arasında vətənpərvərlik fəaliyyətini təşkil edərək, bu istiqamətdə, Azərbaycanın üzləşdiyi Qarabağ probleminin həll edilməsinə və ərazi bütövlüyünün tam şəkilində bərpa olunmasında, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmasına hərtərəfli yardım göstərməkdən ibarətdir.
“Vətən Uğrunda Hərakat”İctimai Birliyinin
İdarə Heyətinin sədri Əfqanstan və Qarabağ
müharibəsinin veteranı Xudu Xudiyev