Hesab edirəm ki, Operativ Qərargah Vətandaş Cəmiyyəti Təşkilatlarına yanaşmanı dəyişməlidir.
Bu fikirləri QHT.az-a açıqlamsında Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev bildirib.
“Əgər bütün sektorlara münasibət müəyyən edilibsə, Vətəndaş Cəmiyyətinin yalnız bir qisminə yox, bütövlükdə tam olaraq karantin rejiminin xüsusiyyətləri nəzərə alınmaqla QHT-lərin Pandemiya dövründə fəaliyyətinə imkan yaradılmalıdır. Əks halda İctimai nəzarət, ictimai qınaq, vətəndaş cavabdehliyi və həyata keçirilən siyasətə kütləvi dəstəyin təmin edilməsi ilə bağlı qoyulan məsəllərin həllində tam iştirakçılığı təmin etmək çətin olacaq.”